“Bir millət, iki dövlət” prinsipinə əsaslanan qardaşlıq münasibətlərində böyük məsafə qət etmişik.
Fact-info.az xəbər verir ki, bunu Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti deyib ki, Azərbaycanla birgə strateji layihələr həyata keçirilib: “İğdır-Naxçıvan qaz kəməri enerji sahəsində strateji təşəbbüslərimizi tamamlayacaq”.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə və Azərbaycan sülhün, rifahın tərəfindədir: “Bölgədə ancaq sabitlik, barış və əməkdaşlıq, birgə inkişaf istəyirik. Bu istiqamətdə indiyə qədər bir çox addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra bölgədə rifaha, barışa yönəlik hər cür layihəni birlikdə həyata keçirməkdə qərarlıyıq. Türkiyədə zəlzələ zamanı, ən ağır günlərdə necə can Azərbaycanı yanımızda gördüysək, biz da qardaşlarımızın ehtiyac duyduğu hər anda onların yanında olacağıq”. (APA)
Baxış sayı: 230
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
