FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan Fransa kimi böyük ölkələrin təzyiqlərini dəf edə biləcək gücdədir
10-01-2023, 09:00 | SİYASƏT
Azərbaycan Fransa kimi böyük ölkələrin təzyiqlərini dəf edə biləcək gücdədir

Həmçinin Cənubi Qafqazda müharibələrə son qoymaq, sülhə töhfə vermək üçün kompleks təkliflər irəli sürüb. Amma bəzi dövlətlər regionda sülhün bərqərar olmasını maraqlarına zidd olaraq gördükləri üçün Ermənistanı bir vasitə kimi istifadə edirlər. Hazırda isə biz yenə də görürük ki, Fransa başda olmaqla, bəzi böyük dövlətlər Azərbaycanın uzunmüddətli sülhün bərqərar edilməsi üçün atdığı addımların qarşısını almaq üçün işlər aparırlar. Onlar bunun üçün də müxtəlif yollar, bəhanələr axtarırlar. Son dövrlər görürük ki, Fransa həm rəsmi səviyyədə, həm də media qurumları vasitəsilə ölkəmizə qarşı qərəzli davranışlar sərgiləyir. Onlar bununla Azərbaycanın haqlı mövqeyinə zərbə vuraraq dövlətimizi beynəlxalq aləmdə gözdən salmaq istəyirlər.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Murad Sadəddinov söyləyib.

M.Sadəddinov qeyd edib ki, Fransanın növbəti belə addımı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında (TŞ) ölkəmizə qarşı irəli sürdüyü qətnamə idi. Qətnamədə ərazilərimizdə yaşayan ermənilərin guya humanitar böhran yaşadıqları qeyd edilirdi. Bu da özlüyündə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına salınmasıdır. Bundan əlavə, Ermənistanın maraqlarına cavab verən Azərbaycanın Qarabağ iqtisadi rayonuna beynəlxalq müşahidəçilərin yerləşdirilməsi məsələsi də Fransanın məqsədlərini özündə əks etdirir. Bunlar reallığı əks etdirməməklə yanaşı, həm də qeyri-adekvat davranışlardır.

“Faciə isə ondan ibarətdir ki, Fransa BMT TŞ-nin 5 daimi üzvündən biridir və qurumda sədrliyi həyata keçirir. Bu ölkə BMT-nin Təhlükəsizlik Şurasında olduğu üçün bütün dünyada sülhün təmin edilməsinə çalışmalıdır. Rəsmi Paris isə bunun əksinə davranaraq fundamental hüquqlara zidd olaraq dövlətlərarası münasibətlərə zərbə vurur. Bu isə birbaşa BMT-nin nüfuzuna xələl gətirən amillərdəndir.

Ümumiyyətlə, Fransa anlamalıdır ki, Cənubi Qafqazda yeni reallıq yaranıb, dünya, sadəcə, 5 dövlətdən ibarət deyil. Eynilə Azərbaycan da qalib ölkə kimi nəinki regionda, eyni zamanda, dünyada Fransa kimi böyük ölkələrin təzyiqlərini dəf edə biləcək gücdədir. Azərbaycan diplomatiyası uzun illər idi ki, beynəlxalq aləmdə böyük işlər görürdü. Bu səbəbdən Azərbaycan özünə dost ölkələr qazanıb. Bunun nəticəsidir ki, BMT TŞ-də Fransanın ölkəmizə qarşı qətnaməsi müzakirə olunarkən 5 daimi üzvdən ikisi - Rusiya ilə Böyük Britaniya, həmçinin qeyri-daimi 10 üzvdən ikisi - Albaniya və BƏƏ Azərbaycanın ədalətli mövqeyini müdafiə ediblər. Qeyd etdiyimiz dövlətlər Fransanın irəli sürdüyü həqiqətə uyğun olmayan, beynəlxalq qanunvericiliyə və BMT-nin Nizamnaməsinə zidd olan fikirləri mətndən çıxarmağı tələb ediblər. Bununla da istəklərinə nail olmayan Fransa qətnaməsini geri götürməyə məcbur qalıb. Hətta bu addım Fransa diplomatiyasında böyük qalmaqala da səbəb olub.

“Bu cür fikirlər söylənilir ki, rəsmi Paris özünün BMT-dəki daimi nümayəndəsini və onun müavinini geri çağırmaq istəyir. Ölkəmizə qarşı həyata keçirilən bu proses bir daha göstərdi ki, Azərbaycan Vətən müharibəsi dövründə öz ədalətli mövqeyini bərpa edə bilibsə, bundan sonra diplomatiya meydanında da öz layiqli yerini müdafiə edəcək”, - deyə o qeyd edib.

 




Baxış sayı: 328
“Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub Bu gün, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək Bu gün, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb Bu gün, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub Bu gün, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb Bu gün, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb Dünən, 21:30 MEK elektron xidmətlərini təqdim edir Dünən, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Dünən, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Dünən, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Dünən, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Dünən, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Dünən, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Dünən, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu 21-09-2026, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir 21-09-2026, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib 21-09-2026, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub 21-09-2026, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN 21-09-2026, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb 21-09-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930