FACT-INFO.AZ » XƏBƏR » Orqanizminizi mikroblardan təmizləyin
6-12-2022, 11:55 | XƏBƏR
Orqanizminizi mikroblardan təmizləyin

Fact-info.az Axşam.az-a istinadən xəbər verir ki, disbakterioz zamanı normal və atipik mikroflora arasındakı tarazlıq pozulur. Bu xəstəliyə yaşlıların 90 faizində, uşaqlarınsa 95 faizində rast gəlmək mümkündür. Disbakterioz əsasən, nazik və yoğun bağırsaqda aşkarlanır. Nazik bağırsaqda disbakterioz sərbəst yox, hansısa bir xəstəlikdən sonra meydana gəlir. Yoğun bağırsağın disbakteriozu isə normal mikrofloranın müxtəlif səbəblərindən (orqanizmin müdafiə qüvvsinin zəifləməsi, həzm traktı xəstəlikləri, qeyri-düzgün qidalanma) baş verə bilər.

Yenicə doğulmuş körpələrdə disbakterioz xəstəliyinin yaranmasının bir neçə səbəbi var. Onlar arasında ananın körpəni gec əmizdirməsi, bağırsaq funksiyasının yetişməməsi ilkin sıradadır.

Disbakterioz zamanı bağırsaqda candida cinsinə aid olan şərti-patogen göbələkləri çoxalmağa başlayır. Bu zaman kökəbənzər uzun substansiyalar inkişaf edir. Nəticədə, həzm traktı ilə qan damarları arasında sərhəd pozulur və həzm olunmayan zülallar qana keçərək, immun sisteminə təsir göstərir.

Disbakteriozun səbəbləri:
¨ Antibiotiklər
¨ Hormonal dərmanlar
¨ Antidepressantlar
¨ Məbə xorası
¨ Kolit
¨ Konservləşdirilmiş ərzaqlar
¨ Keyfiyyətsiz ət

Disbakteriozun əlamətləri:
¨ İshal
¨ Steatoreya
¨ Çəkinin günü-gündən azalması
¨ Anemiya
¨ İştahasızlıq
¨ Qarında köp
¨ Ağızda xoşagəlməz dad
¨ Ürəkbulanma
¨ Ən ağır halda isə bağırsaq xorası meydana çıxır
¨ Saçların tökülməsi
¨ Aqressivlik
¨ Tez yorulma

Xəstəliyin fəsadları:
Müalicəsiz qalan xəstəlik daha da irəliləyərək, bir çox fəsadlar ortaya çıxarır. Xəstədə ekzema, bronxial astma, qaraciyər sirrozu, şəkərli diabet, allergiya kimi xəstəliklər əmələ gəlir. Hətta müalicəsiz qalan disbakterioz  yoğun bağırsaq xərçənginə də səbəb olur.

Profilaktikası:
Spirtli içki qəti qadağandır. Xroniki stres faktorlarından uzaq olmaq lazımdır. Qidalanma rejiminə nəzarət edilməlidir. Süd məhsullarının qəbulu məsləhət görülür. Antibiotik və digər infeksiyaəleyhinə preparatlar qəbul edilməlidir.

Diqqət! Diqqət!
Disbakterioz zamanı yeməkdən sonra çay və ya kofe içmək olmaz. Qətiyyən duza qoyulmuş tərəvəzlər yemə. Çalışın, qızartma yeməklərdən uzaq olun.

Disbakterioz əleyhinə əla vasitə:
¨ Səhər və ya axşam bir diş sarımsaq yemək orqanizmin mikrob balansını tənzimləyir, disbakteriozun qarşısını alır.
¨ Bataqlıq zanbağından 10 qr., tikanlı murdarça qabığından 30 qr., nanə qurusundan 20 qr., gicitkən yarpağından 20 qr., zəncirotu kökündən 10 qr., pişikotu kökündən 10 qr. götürüb qarışdır. Qarışıqdan 1 xörək qaşığı götürüb, 1/2 stəkan qaynar suya töküb dəmlə. Gündə iki dəfə bu dəmləmədən iç.
¨ 20 qr. tikanlı murdarça qabığını, 20 qr. anisi, 10 qr. boymadərəni, 20 qr. sarpet xardalını, 30 qr. biyan kökünü qarışdır. Qarışığın üstünə 1 litr su tök. Məlhəmdən gündə 2 dəfə 1/2  stəkan iç.
¨ Mərsindən, dəmrovotundan, nanədən, qarağat yarpağından, öküzboğandan, qızıl çətirdən eyni miqdarda götürüb qarışdır. Bu qarışıqdan 0,5 litr qaynar suya 2 xörək qaşığı töküb, 1 gecə termosda saxla. Gündə iki dəfə, yeməkdən 30 dəqiqə əvvəl məlhəmdən yarım stəkan iç.




Baxış sayı: 401
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031