FACT-INFO.AZ » AKTUAL » “Torpaqların işğalı məsələsinin beynəlxalq hüquqa uyğun həllini gözləyirik”
14-07-2016, 08:40 | AKTUAL
“Torpaqların işğalı məsələsinin beynəlxalq hüquqa uyğun həllini gözləyirik”

- Açılış toplantısından bəri yeni dönəmdə dünyanın UNESCO-ya daha çox ehtiyacı olacağı vurğulanmaqdadır. Müzakirələrinizin gedişi UNESCO-ya doğacaq olan ehtiyaca nə dərəcədə cavab verir?

- Komitənin 21 üzvü olan ölkənin burada qəbul edəcəyi qərarların önəmini bəri başdan vurğulamaq istərdim. Qapalı qapılar ardında qəbul ediləcək qərarların hamısı beynəlxalq ictimaiyyətin gözlənti və tələblərinə cavab verəcəyinə görə, toplantının ev sahibinin Türkiyə və ya başqa bir ölkə olması o qədər də önəmli deyil. 192 dövləti Türkiyəyə dəvət edərək 11 gün  toplantı keçirmək bizim həm mədəniyyət, həm də təbiət abidələrinin qorunmasına verdiyimiz önəmi göstərməkdədir. Biz komitəyə 1983-cü ildə “Heç bir tarixi mirası qeydiyyatda olmayan ölkə” kimi üzv olmuşuq, indi isə UNESCO-nun tarixi miras siyahısında 15 mədəniyyət sahəmiz var. 2013-cü ildə digər ölkələrlə bərabər hüquqla komitə başqanlığına namizəd olduq və seçkilər tarixində ən yüksək reytinq olan 121 səs alaraq komitəyə seçildik. Həm Xarici İşlər nazirliyimizin diplomatiya sahəsindəki təcrübəsi, həm Mədəniyyət və Turizm nazirliyimizin UNESCO sazişlərini icra edən müvafiq qurumu, həm İstanbul bələdiyyəsinin bu işlərə verdiyi çox böyük dəstək və həm dəUNESCO Türkiyə Milli Komitəsi kimi bizim çalışmalarımız nəticəsində belə bir toplantı yüksək səviyyədə təşkil edildi. Dünyanın hər guşəsindən 1500-dən çox nümayəndə və qonaq bu toplantıya qatılıb. Bölgəmizdəki terror hadisələri və İstanbul aeroportunda baş vermiş nifrət doğurucu aksiya bu toplantının keçirilməsi ilə bağlı bizdə heç bir tərəddüd yaratmadı və qonaqlarımızda yaranmış narahatlığı da aradan qaldıraraq bu toplantını uğurla davam etdiririk. 

- Toplantının başlamasından əvvəl Qarsdakı Ani xarabalıqlarının “Dünya tarixi mirası” siyahısına təklif ediləcəyi bildirilmişdi. O məsələ müzakirə edildimi? 

- Mənim şəxsi fikrimcə və mütəxəssislərimizin araşdırmalarına görə, Ani Qafqazdakı çoxmədəniyyətliliyin və memarlıq təcrübələrinin nümunəsidir. Anidə erkən Səlçuq mədəniyyətinin bir çox simvolu olduğu kimi, Qafqazın və Orta Asiya xalqlarının memarlıq təcrübələrinin bir çox izi var. Ona görə də Ani Orta Asiyanı, Qafqazı və Anadolunu birləşdirən simvolik nöqtədir. Orada bölgənin bütün mədəniyyətlərinin qalıntılarını tapa bilərsiniz. Ani bəzi xalqlar üçün paytaxt olub, başqaları orada ilk cümə namazını qılıb, digər xalqlar isə orada öz mədəniyyət nümunələrini yaradıb-yaşadıblar. Bilirsiniz ki, Alparslan Anadoluya gələndə ilk cümə namazını qıldığı məscid də oradadır. Bu, o deməkdir ki, Ani 1000 illik türk mədəniyyətinin mühüm abidəsidir. Digər tərəfdən, orada gürcü mədəniyyətinin önəmli izləri var. Qafqazdakı digər qohum və qardaş toplumlar kimi, ermənilərin də orada izləri mövcuddur. Ona görə, oradan gələcəyə yönəlmiş bir dialoq mədəniyyəti yaranacağını düşünürük. 

- Keçmişdə Türkiyədə zirvə toplantıları olanda Ermənistan “düşmən ölkə” hesab etdiyi Türkiyəyə gəlməzdi. UNESCO toplantısını da o şəkildə dəyərləndirirlərmi? 

- Hökumətə aid olan siyasi məsələlərlə bağlı mənim fikir irəli sürməyim mümkün deyil. Hal-hazırda hökumətimiz beynəlxalq hüquq normaları və standartları içərisində müəyyənləşdirilmiş sərhədlərdə sülhün olmasını istəyir. Biz sərhədlərimizə hörmətlə yanaşmalı, bir-birimizdən torpaq işğal və tələb etməyə həvəslənməməliyik. Beynəlxalq hüquq normalarına hörmətlə yanaşaraq münasibətlərimizi iqtisadiyyat, mədəniyyət, elm sahəsində inkişaf etdirməliyik. Türkiyə həm ikitərəfli şəkildə, həm də UNESCO çərçivəsində bölgədə başqa ölkənin torpağının işğal edilməsini  istəmir. Beynəlxalq hüquqa uyğun şəkildə sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü qorunmaqla, qonşularla münasibətlərimizi inkişaf etdirməyin tərəfdarıyıq. Bölgədə işğal altında olan torpaqlarla bağlı beynəlxalq hüquq normalarının yerinə yetirilməsini gözləyirik. 

- Erməni işğalı altındakı Azərbaycan torpaqlarında tarixi abidələrin dağıdılması məsələləri bu toplantılarda hansı şəkildə gündəmə gətirilir?

- Azərbaycan daim erməni işğalı altındakı tarixi abidələrinin durumunu həssaslıqla gündəmə gətirir. Eyni zamanda, Ermənistanın da bu barədə çıxışlarına şahid oluruq. Türkiyə Cümhuriyyəti dövləti bunu beynəlxalq toplantılarda gündəmə gətirmək yerinə, daha dar çərçivəli toplantılarda həll etməyə üstünlük verir. Türkiyə öz torpaqları üzərindəki bütün tarixi mədəniyyət miraslarını həssaslıqla qoruduğu kimi, başqa ölkələrdən də bunu gözləyir. Daşı daş üstündə qalmayan məscidlərin, körpülərin, qalaların, digər tarixi abidələrin siyahıları bizdə də var. Biz bütün ölkələri tarixi miraslara hörmətlə yanaşmağa, onları lazımi şəkildə qoruyaraq bir əmanət kimi gələcək  nəsillərə çatdırmağa dəvət edirik. Tarixi mirasın qorunması sahəsində görülmüş konkret işlərdən danışmaq həmişə ən düzgün işdir. 

- UNESCO toplantısının başlaması ərəfəsində ermənilər lavaşın da onlara aid olduğunu iddia etdilər. Lavaş məsələsini də müzakirə edirsinizmi?

- Bunu da beynəlxalq ictimaiyyətin gündəminə gətirərək çox lazımsız mübahisə yaratdılar. Mədəniyyət və turizm nazirimiz dedi ki, biz heç kimin çörəyi ilə oynamarıq. Ermənistanda qadınlar lavaş bişirirlərsə, bişirsinlər. Ancaq lavaş bişirmə mədəniyyəti təkcə Ermənistanda yoxdur. Türkiyədə, Azərbaycanda, İranda, Orta Asiyada da var. Bunu alimlər də, dövlətlər də bilir. “Mənim çörəyim varsa, sənin çörəyin ola bilməz” prinsipi UNESCO-nun qəbul edə biləcəyi bir şey deyil. Mətbuat da məsələyə bu cür yanaşsın. Hər kəsin lavaşı var və o lavaşı gələcək nəsillərə çatdırmalıyıq.

APA

 

 

 

 




Baxış sayı: 2 110
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30