FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasının iclasında Ermənistan nümayəndə heyətinin yalan bəyanatlarını ifşa edib
17-11-2021, 11:05 | SİYASƏT
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasının iclasında Ermənistan nümayəndə heyətinin yalan bəyanatlarını ifşa edib

İclasda BMT-nin əsas orqanlarının bütün rəhbərləri – Baş katib Antonio Quterreş, Baş Assambleyanın prezidenti Abdulla Şahid, EKOCOS-un sədri Kollen Kelapile, Beynəlxalq Məhkəmənin prezidenti Coan Donahyu, Təhlükəsizlik Şurasının fəaliyyətdə olan üzvlərinin daimi nümayəndələri və bir sıra başqa dövlətlərin nümayəndələri iştirak ediblər. İclasda Azərbaycan da iştirak edib və Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın 120 üzvünün adından bəyanatla çıxış edib.

İclas zamanı Ermənistanın daimi nümayəndəsi BMT Təhlükəsizlik Şurasının beynəlxalq platformasından sui-istifadə edərək həqiqətə uyğun olmayan bir sıra kəskin bəyanatlarla çıxış edib, Azərbaycanı guya 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəlikləri yerinə yetirməməkdə və Ermənistan-Azərbaycan sərhədində gərgin vəziyyət yaratmaqda təqsirləndirməyə çalışıb.

Azərbaycanın daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Yaşar Əliyev həqiqi vəziyyəti izah etmək və razılaşmaların pozulmasında, münaqişənin genişlənməsində Ermənistanın təhrikçi rolunu göstərmək üçün ikinci əlavə bəyanatla çıxış edib.

Azərbaycan diplomatı öz cavabında Ermənistanın təhrikçi və yalan iddialarını qətiyyətlə rədd edib və həqiqi vəziyyəti ətraflı təsvir edib. Diplomat qeyd edib ki, Azərbaycan 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən zorla cəlb edildiyi müharibənin dağıdıcı nəticələrindən ciddi zərər çəkib. O vurğulayıb ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın suveren ərazisinin xeyli hissəsi işğal edilib və Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləyən və onların bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını, habelə azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün şərait yaradılmasını tələb edən qətnamələrinin qəbul edilməsinə baxmayaraq bu ərazi təqribən otuz il ərzində işğal altında qalıb.

Azərbaycanın BMT yanında diplomatik missiyasının rəhbəri bəyan edib ki, işğal zamanı beynəlxalq humanitar hüququn ciddi pozuntuları törədilib, nəticədə on minlərlə dinc sakin qətlə yetirilib, 700 mindən çox azərbaycanlının yaşadığı işğal edilmiş bütün ərazilərdə etnik təmizləmələr aparılıb. Azərbaycanın işğal edilmiş şəhərləri, qəsəbələri və kəndləri yerlə-yeksan edilib.

Y.Əliyev qeyd edib ki, son 30 il ərzində rəsmi Yerevan Ermənistanın cəzasız qalmasından sui-istifadə edib, bu, ötən ilin payızında Azərbaycana qarşı növbəti təcavüz aktına gətirib çıxarıb. Azərbaycanın fəal döyüş əməliyyatları zonası hüdudlarından uzaqda yerləşən, əhalisi sıx olan şəhərlərinə artilleriya atəşləri nəticəsində yüzlərlə dinc sakin qətlə yetirilib və yaralanıb, həmçinin çoxsaylı mülki obyektlər məhv edilib və ya zədələnib. Diplomat bildirib ki, Azərbaycan Ermənistanın təcavüzünə cavab olaraq, beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə tam uyğun surətdə öz xalqını müdafiə etmək və məcburi köçkünlərin öz evlərinə qayıtmalarına şərait yaratmaq üçün işğal altında olan ərazilərin azad edilməsi üzrə əks-hücum əməliyyatına başlayıb.

Azərbaycanın diplomatik missiyasının rəhbəri vurğulayıb ki, otuz il davam etmiş silahlı münaqişə artıq həll olunub. Azərbaycan Ermənistanla dövlətlərarası münasibətləri, o cümlədən sülh müqaviləsi imzalanması vasitəsilə normallaşdırmağa hazır olduğunu bildirib.

Azərbaycanın öz üzərinə götürdüyü bütün öhdəlikləri ardıcıl və vicdanla yerinə yetirdiyini bəyan edən səfir Yaşar Əliyev deyib: “Möhkəm sülhün, inkişafın, tərəqqinin və mehriban qonşuluğun təmin edilməsi Azərbaycanın gələcək barədə təsəvvürünün əsasıdır. Lakin Azərbaycanın təklifinə Ermənistanın cavabı adekvat olmayıb. İki dövlət arasında sərhədyanı zonada Ermənistanın Azərbaycana qarşı noyabrın 16-da törətdiyi silahlı təxribatlara Azərbaycan Silahlı Qüvvələri adekvat cavab verib, Ermənistanın davam edən ərazi iddiaları Ermənistanın dövlət səviyyəsində məsuliyyətsiz hərəkətlərinin və erməni cəmiyyətində hakimiyyət orqanları tərəfindən şüurlu şəkildə qızışdırılan təhlükəli revanşist əhval-ruhiyyənin birbaşa nəticəsidir”.

Azərbaycanın daimi nümayəndəsi sonda əmin olduğunu bildirib ki, Cənubi Qafqazda vəziyyətin dinc yolla inkişafının və iki ölkə arasında münasibətlərin normallaşdırılmasının yeganə mümkün yolu suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır. O, dünya birliyini bu istiqamətdə səyləri davam etdirməyə çağırıb.




Baxış sayı: 688
Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30