Məktubunda Jerom Lambert Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış uğurlu müharibə nəticəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulmasını Azərbaycan xalqı üçün uzun və üzücü bir dövrün başa çatması kimi xarakterizə edib.
Münaqişənin mülki əhali arasında çoxsaylı itkilərə səbəb olmasından təəssüflə söz açan Jerom Lambert Gəncədə olarkən erməni raketlərinin atəşinə məruz qalmış məhəllələri öz gözü ilə gördüyünü qeyd edib.
Məktub müəllifi bütün bu illər ərzində mülki vətəndaşların kütləvi yerdəyişməsinə gətirib çıxaran müharibələri və faciələri indi bütün regionun tərəqqisinə aparan yeni eranın əvəz etdiyini bildirib. Fransalı deputat azad edilmiş ərazilərə səfəri zamanı bərpa dövrünün başlandığının şahidi olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərin yenidən qurulması və yurdlarından didərgin salınmış əhalinin qayıdışı üzərində iş getdiyini deyib.
O, məktubunda keçdiyi sınaqlardan daha da güclənərək çıxan Azərbaycanın və etnik mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlıların daha parlaq gələcəyinə inandığını ifadə edib.
Sonda Jerom Lambert Azərbaycan parlamentinin sədrini və Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbərini Fransa-Azərbaycan dostluq qrupunun xalqlarımız arasında sülhün qorunması və münasibətlərin ahəngdar inkişafının təmin olunması üçün çalışacağına əmin edib.
Baxış sayı: 818
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

