FACT-INFO.AZ » XƏBƏR » Vətəni sevmək imandandır- Torpağı Vətən edən Şəhidlərimiz
8-11-2021, 09:20 | XƏBƏR
Vətəni sevmək imandandır- Torpağı Vətən edən Şəhidlərimiz

İndi daha bir şəhidimizin həyat yolu və döyüş tarixi ilə tanış olaq.

Vüsal Səbuhi oğlu Babayev

Şəhid zabitimiz Vüsal Babayevin ailə üzvləri görüşdük. Baş leytnant Vüsal Babayev cəsur, imanlı komandir kimi neçə-neçə nəsillərə örnək olacaq əfsanəvi hərbiçi idi.

Vüsal Səbuhi oğlu Babayev 8 yanvar 1992-ci ildə anadan olub, tərbiyəsi, ağlı ilə yaşıdlarından həmişə seçilib. 1999-cu ildə Pirallahı rayon 186 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. Müəllimləri onu dərslərinə bağlı, savadlı məktəbli kimi xatırlayırlar. Musiqi dərsində sinif yoldaşları sıra ilə hərə bir mahnı oxuyub. Vüsala növbə çatanda isə o, Dövlət himnimizi ifa edib.

Vüsal Babayev orta məktəbi bitirdikdən sonra elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirib. Daha sonra baş leytenant rütbəsinə layiq görülüb. Həmin il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olub. 2015-ci ildə Yerüstü artilleriya taqım komandiri kursunu bitirib.

Vüsal Babayev 2015-ci ildə Goranboy rayonunda “N” saylı hərbi hissədə, sonuncu dəfə, 2018-ci ildə isə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində ağır artilleriya hissəsində komandir vəzifəsində xidmət göstərib. Vüsal bir çox hərbi təlimlərdə də iştirak edib. 2015-ildə ailə həyatı qurub. 2017-ci ildə Selcan adlı ilk qız övladı dünyaya gəlir. 2019-cu ildə yanvarın 4-ü ikinci dəfə ata olur. Balaca Rüqəyyə bu xoşbəxt ailəyə daha bir sevinc yaşadır. Vüsal Babayev dinə, namaza çox bağlı olduğundan körpə fidana məhz Rüqəyyə adını qoyur.

2015-ci ildə Goranboy rayonunda “N” saylı hərbi hissədə, sonuncu dəfə, 2018-ci ildə isə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində ağır artilleriya hissəsində komandir vəzifəsində xidmət göstərib. Xidmət müddətində əsgərlərinin, iş yoldaşlarının sevgisini, rəğbətini qazanıb. Əsgərlərə qarşı tək komandir deyil, həm də ata münasibəti göstərərək, hər zaman onların qayğısına qalıb. Bu müddətdə məsuliyyətli, peşəkar hərbçi mütəxəssis kimi Fəxri fərman və medalla təltif olunub.

Vüsal bir çox hərbi təlimlərdə də iştirak edib. 2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi başlayan kimi Vətəni canından artıq sevən cəsur zabit öz vəzifə borcunu yerinə yetirmək üçün ön cəbhəyə yollanır. Cəsur komandir, nümunəvi ailə başçısı Vüsal Babayev 2020-ci il oktyabrın 21-i Füzuli rayonunun Gecəgözlü kəndində yaralı döyüş yoldaşını xilas edərkən yanına mərmi düşməsi nəticəsində qəhrəmancasına ən ali məqama - Şəhidlik zirvəsinə ucalır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 29. dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah Şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ölməz, Vətən bölünməz!

Şəkildə Vusalın atası I Qarabağ müharibəsinin iştirakçısı Səbuhi bəy, anası Əntiqə xanım, həyat yoldaşı Aynur xanım və qızı beş yaşlı Selcan balamız.

Fact-info.az




Baxış sayı: 1 132
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30