FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan Zəfər Gününü qeyd edir
8-11-2021, 01:25 | XƏBƏR
Azərbaycan Zəfər Gününü qeyd edir

44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçib, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olunub.

Azərbaycan Ordusunun zəfər yürüşünə tap gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Bütün bunlara baxmayaraq, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olub. Zəngin dövlətçilik və hərb tarixinə malik Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib, düşmən üzərində tarixi zəfər çalıb.

Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.

Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.

Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Azərbaycan və Ermənistanın hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb.

Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək, bununla belə, Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altına verilib.

Bəyanatda qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Üçtərəfli Bəyanatda Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması da əksini tapıb.

Noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Azərbaycan bu üç rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Zəfər Günü ilə əlaqədar noyabrın 8-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.




Baxış sayı: 932
Türkiyə İranla ABŞ arasında aparılan danışıqları müsbət qiymətləndirir Dünən, 11:30 Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbir Dünən, 11:30 Qlobal dəyər böhranı və gələcəyin geosiyasi gücü - milli kimlik Dünən, 10:30 Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir Dünən, 08:30 Milli Qəhrəmanımıza həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı film Dünən, 08:30 Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb Dünən, 08:30 Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib Dünən, 08:00 Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub 4-06-2026, 19:00 Rəcəb Tayyib Ərdoğan: Türkiyə Afrika ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurur 4-06-2026, 18:00 Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib 4-06-2026, 17:00 Azerbaijani Culture Days to open in Turkmenistan 4-06-2026, 15:30 QHT Agentliyində könüllülərlə görüş keçirilib 4-06-2026, 13:30 Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək 4-06-2026, 13:30 “4-cü Milli Kibertəhlükəsizlik Forumu” keçirilir 4-06-2026, 10:30 Akademikin 90 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb 4-06-2026, 09:30 Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır 4-06-2026, 09:30 Xəzərdə zəlzələ olub 4-06-2026, 09:30 Ermənistanın Aİ-yə inteqrasiyası Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir - Şoyqu 4-06-2026, 08:00 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib 3-06-2026, 20:00 Zəngilanda növbəti əmək yarmarkası keçirilib 3-06-2026, 18:00 US Secretary of State: TRIPP project is the anchor of a peace agreement between Armenia and Azerbaijan 3-06-2026, 17:30 В Баку начала работу международная конференция на тему возвращения в Западный Азербайджан 3-06-2026, 16:00 Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir 3-06-2026, 15:00 Baş nazir: Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı bizim üçün xüsusi əhəmiyyət kəsb edir 3-06-2026, 15:00 Zəngəzur layihəsinin əngəllənmək ehtimalı yoxdur 3-06-2026, 11:00 Qərbi Azərbaycana qayıdış mövzusunda I beynəlxalq konfrans başlayıb 3-06-2026, 11:00 BMT: Yaxın Şərqdəki müharibənin pozduğu humanitar təchizat zəncirləri 2027-ci ildən əvvəl bərpa olunmayacaq 3-06-2026, 10:00 Tramp İrandan nüvə öhdəliklərinin yazılı təsdiqini tələb edir 3-06-2026, 09:00 Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb 3-06-2026, 08:00 XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub 2-06-2026, 21:00
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930