Kəlbəcərdəki yolların kənarında yeni dayaqlar basdırılıb. Bunu üçün isə Səhmdar Cəmiyyətin əməkdaşları ərazidə sovet dövründən qalmış və istifadəyə yararsız dayaqları ərazidən uzaqlaşdırıblar.
Qeyd edək ki, həmin xətlər yeni qurulan 110/35 Kv-luq Kəlbəcər yarımstansiyasından qidalanır.
Çətin keçilən dağlıq relyefə malik olması Kəlbəcərdə energetiklərin fəaliyyətini çətinləşdirib. Belə ki, kadrlardan da göründüyü kimi rayonun Çopurlu kəndi ərazisində 35 kilovotluq xəttin çəkilişi üçün yol infrastrukturunun olmaması energetiklərə məcbur edir ki, ilk olaraq yol çəkilişini həyata keçirsinlər.
Məlumata görə, "Azərişıq" Kəlbəcərdəki işləri qarşıdakı həftələrdə tam yekunlaşdıracaq.
Xatırladaq ki, ötən il 44 günlük vətən müharibəsi nəticəsində Ermənistan baş nazirinin imzaladığı təslimçilik aktı nəticəsində 30 ilə qədər erməni işğalında qalan Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixində bir güllə belə atılmadan Azərbaycana qaytarıldı.
Baxış sayı: 839
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

