Fact-info.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün ADA Universitetində təşkil olunan “44 Günlük Zəfər Yolu” konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, artıq Azərbaycan tarixində də belə bir Zəfər Günü var: “Xaricdə tədbirlərdə məğlub olmuş ölkənin nümayəndəsi kimi çıxış etmək də çox çətindir. İndi xaricdəki diplomatik nümayəndəliklərimizdə Zəfər Günü ilə bağlı tədbirlər təşkil olunur. Ali Baş Komandana təşəkkür edirik!”
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərdə problem mövcuddur və bu münasibət dəyişməlidir.
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalı, ölkələr bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımalıdır”, - H. Hacıyev vurğulayıb.
Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddialar onu göstərir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır: “Buna son qoyulmalıdır. Ermənistan Azərbaycan ərazilərinə iddialardan əl çəkməlidir”.
O vurğulayıb ki, Ermənistanın Cənubi Qafqazda daha bir dövlət yaratmaq niyyəti iflasa uğradı.
Baxış sayı: 747
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

