FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Milli qürurumuzun xilas səhifəsi
5-11-2021, 10:50 | TƏDQİQATLAR-ANALITIKA
Milli qürurumuzun xilas səhifəsi

Zəfər Günü xalqımızın əlahiddə bayramlarından biri olduğu üçün şər qüvvələrin qara əməllərini yada salıb ovqatımızı korlamaq istəməzdim. Lakin nəzərə alsaq ki, 28 illik torpaq həsrətinə son qoymaq və milli qürurumuzu xilas etmək üçün qlobal maneələri də dəf etməli olmuşuq, onlardan bəzilərini yada salmağa borcluyuq. Hər birimiz şahidi olduq ki, bəzi dünya gücləri qələbəmizə sevinmir, onu qısqanclıqla qarşılayır. Sözdə haqq və ədalətdən danışan həmin ölkələr nəinki qələbəmizə sevinmədilər, hətta uzun illər ərzində onu əngəlləməyə və ya ləngitməyə çalışdılar. Elə buna görə, 8 noyabr tarixi təkcə işğalçı Ermənistan üzərində deyil, həm də belələrinin riyakar oyunları üzərində qələbəmizi təcəssüm etdirir. Bu acı həqiqətləri nəinki özümüz unutmamalıyıq, əksinə, onları olduğu kimi gələcək nəsillərə də çatdırmalıyıq. Çatdırmalıyıq ki, onlar mümkün təhlükələri hansı ünvanlardan gözləməli olduqlarını əvvəlcədən bilsinlər. Bunu ona görə etməliyik ki, zaman öz yaddaşımızı da korşaltmasın. Unutmamalıyıq ki, BMT kimi ali beynəlxalq təşkilatın ölkəmizlə bağlı məlum dörd qətnaməsi 27 il ərzində yerinə yetirilmədi. Həmin təşkilatın başqa ölkələrə aid olan eyni mahiyyətli qətnamələri cəmi bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana gəldikdə, cəmiyyətimiz bu çevikliyi görmədi. Əksinə, qətnamələrin icrasını Ermənistandan tələb etməli olan böyük dövlətlər işğalçının yalanlarına, məkrli oyunlarına göz yumdular. Birinin siyası marağı, digərinin uydurma fobiya “azarı”, bir başqasının isə qərəzli yanaşması ədalətli davranmalarına imkan vermədi. Çünki siyasi maraqlar beynəlxalq hüquqdan üstün tutuldu. Xalqımıza, Azərbaycan hakimiyyətinə məhz güc müstəvisindən aşılanırdı ki, reallıqla barışın və Qarabağı birdəfəlik unudun...

Vətən müharibəsi günlərində bu cür riyakar mesajın başqa əlamətlərini də əyani olaraq gördük. Münaqişənin danışıqlar yolu ilə həlli öhdəliyini üzərinə götürən ölkələrdən biri bəyan etdi ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Daha sonra həmin ölkənin Senatı Azərbaycan ərazisindəki qondarma rejimin müstəqilliyini tanımağa təşəbbüs göstərdi. Bir başqası 28 il boyunca separatçı rejimə birbaşa maliyyə dəstəyi verdi və əsas işi işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında ədalətsiz şəkildə bərabərlik işarəsini qoymaqdan ibarət oldu. Üçüncüsü isə, istər müharibədən əvvəl, istərsə də müharibə günlərində Ermənistanı pulsuz-parasız silahlandırdı, sərhədlərinin keşiyində dayandı. Onların hər üçü-Fransa, ABŞ və Rusiya xüsusi həmrəylik göstərərək uydurma erməni soyqırımını tanısalar da, həqiqi soyqırımı-Xocalı qətliamını indiyədək tanımayıblar. Bu cür ayrı-seçkiliyin arxasında yalnız erməni təəssübkeşliyimi dayanır? Sualın cavabı cəmiyyətimizə məlum olsa da, xalqımız bəşəri dəyərlərə sadiq qaldığı və Haqqın təntənəsinə inandığı üçün bunun səbəblərini qabartmaq, onsuz da “ucuzlaşdırılmış” dünya ədalətini sonadək gözdən salmaq istəmir. Cəmiyyətimiz hələ də inanır ki, bəzilərinin ikili standartları, uydurma fobiyaları, günahı ucbatından baş verən siyasi riyakarlığa gec-tez son qoyulacaq, başqa ölkələr onlardan bizim qədər əziyyət çəkməyəcək.

Yuxarıda sadalananlar ölkəmizin üzləşdiyi ayrı-seçkiliyin kiçik bir hissəsidir və yalnız ictimailəşmiş faktlara aiddir. Lakin bütün bunlar da bilinənlərin hamısı deyil. Zəfər Günündə onları tək-tək yada salmaq istəmirəm. Amma heç vaxt unutmayacağımız bu həqiqətlər kifayət edir ki, tarixi Zəfər yolunda dəf etdiyimiz çətinliklərin və maneələrin miqyasını olduğu kimi dəyərləndirə bilək. Gələcək nəsillər də bilməlidir ki, qəhrəman Azərbaycan əsgər və zabiti öz canı-qanı bahasına yalnız Ermənistan üzərində deyil, həm də ona havadarlıq edənlərin ədalətsizliyi, siyasi riyakarlığı və qərəzli əməlləri üzərində qələbə çalıb. 44 gün ərzində dünya bir daha əmin oldu ki, torpaqlarımızın hər qarışı Azərbaycan övladları üçün Vətən deməkdir və onun bütövlüyü uğrunda, milli ləyaqətimizin qorunması naminə gənclərimiz hər cür fədakarlığa hazırdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa, qazilərimizə uzun ömür versin...

Təəssüf ki, eyni ünvanlar ölkəmizə qarşı ikili standartlardan, təzyiq və təhdid siyasətindən hələ də əl çəkmirlər. Ermənistanın yanında yer alan həmin dairələr bilməlidirlər ki, onların bu cəhdləri də əbəsdir və Vətən müharibəsində olduğu kimi, yenidən iflasa məhkumdur. Ola bilsin ki, belələri milli xüsusiyyətlərimizə bələd olmadıqları, xalqımızın tarixini incələmədikləri, az qala 30 il ərzində səbrli davranışımızı gördükləri və bunun elə belə də davam edəcəyinə özlərini inandırdıqları üçün, hələ də ədalətsiz yanaşmalarından və yanlış ritorikalarından əl çəkmirlər. Əgər onlar qələbəmizi şərtləndirən həlledici amili zamanında görüb nəzərə alsaydılar, bəlkə də Ermənistandakı revanşist qüvvələrin təşviq olunması siyasətindən çəkinərdilər və yaşadığımız coğrafiyada əmin-amanlıq da çoxdan təmin olunardı. Həmin siyasi dairələrin reallığı doğru-dürüst qiymətləndirmələri üçün, Ümummilli Lider Heydər Əliyevin müdrik kəlamlarından birini onlara xatırlatmağı faydalı hesab edirəm: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”. Azərbaycan Vətən müharibəsində məhz öz haqqı uğrunda savaşa çıxdığı üçün, Ermənistana havadarlıq edənlərin sayından və onların kimliyindən asılı olmayaraq, qalib gəldi. Azərbaycan tarixi ədalətə və beynəlxalq hüquqa söykəndiyinə görə, böyük məmləkətlərin gücü qarşısında geri çəkilmədi.

Gəlişigözəl adlar altında uzun illər cəmiyyətimizi işğal faktı ilə barışdırmağa çalışanlar və bu məqsədlə ölkəmizə rüzgar əsdirənlər bir həqiqəti də bilməlidirlər. Dünyaya sahiblik iddiasında olanların gözündə ölkəmiz kiçik görünə bilər. Lakin bu, o demək deyil ki, onlar siyasi maraqlarına görə xalqımızın və ya başqa cəmiyyətlərin haqlı iddiasının üstündən xətt çəkə bilərlər. Yəqin ki, həmin ünvanlar görkəmli dövlət xadimi U.Çörçillin siyasi dünyagörüşünü bölüşürlər və onu inkar etməzlər. O belə demişdi: “Şahin külək istiqamətində deyil, küləyə qarşı uçduqda yüksəyə qalxar”. Azərbaycan Vətən müharibəsində ona görə qələbə çala bildi ki, ölkəmizə qarşı əsdirilən küləklərin önündə qətiyyətlə dayanan və lazım gəldikdə onun əksinə də getməyi bacaran Prezident İlham Əliyev kimi dövlət başçısı fenomeni var. Ermənistanın və ona havadarlıq edənlərin məkrli planları ona görə iflasa uğradı ki, onların qarşısına məhz bu fenomen çıxdı. Həmin siyasi dairələr Azərbaycan Liderinin Vətənə və xalqımıza bağlılığını da lazımınca dəyərləndirmədilər. Ən başlıcası, onlar cəmiyyətimizdə bu bağlılığın qarşılıqlı inama söykəndiyini anlamadılar. İçərimizdə olan bir-iki siyasinin hakimiyyət naminə nala-mıxa vurmaları da xaricdəki dairələri çaşdırmamalıdır. Guya Azərbaycan ordusu Qaragöl ətrafında strateji yüksəklikləri tutmaqla Ermənistan ərazisinə keçib, guya Zəngəzur dəhlizi ölkəmizə yox, başqalarına lazımdır və sair bu kimi cəfəng fikirləri səsləndirən həmin şəxslər, təəssüf ki, özümüzə, ölkəmizə çamur atırlar. Yeganə səbəb budur ki, tarixi Zəfərin altında dayanan imza məhz Prezident İlham Əliyevə məxsusdur və Azərbaycan xalqı qalib imza müəllifinin ətrafında birləşib. Viktor Hüqonun dərin mənalı belə bir kəlamı var: “Öz Vətənini ləkələmək onu satmaq deməkdir”. Bu acı həqiqət Azərbaycan xalqına yaxşı məlumdur. Ona görə də heç kim özünü əbəs yerə yormasın. Xalqımız Vətəni sevənlərlə Vətəni ləkələyənləri ayırd edə bilir ...

2020-ci il sentyabrın 27-dən noyabrın 8-nə qədər davam edən və xalqımızın tarixi qələbəsi ilə yekunlaşan Vətən müharibəsi 44 gün çəkdi. 28 ildən sonra hər bir Azərbaycan vətəndaşı qürur hissi ilə deyə bilir ki, Qarabağ təkcə de-yure deyil, artıq de-fakto da Azərbaycandır! İşğal dövründə dədə-baba yurdlarımızın ermənilər tərəfindən necə viran edildiyini “görməyənlər” yaxud görsələr də, vandalı öz adı ilə çağırmaqdan yayınanlar, çox keçməz, onun da şahidi olacaqlar ki, Qarabağ və Şərqi Zəngəzur dünyanın ən cəlbedici yaşayış məskənlərindən və turizm məkanlarından birinə çevrilib. Cəmi 8 ay ərzində inşa olunan Füzuli Beynəlxalq Hava Limanı, Şuşaya çəkilən Zəfər yolu, tikilməkdə olan yeni avtomobil və dəmir yolları, çəkilən elektrik, su və digər kommunikasiya xətləri Böyük Qayıdışın müjdələridir. Ən uzağı gələn ilin əvvəlində Zəngilanda sıfırdan qurulan Ağalı kəndi ilk yaşayış məskəni qismində əsl sahiblərinin istifadəsinə veriləcək. Qarabağda dəyəri milyardlarla ölçülən quruculuq və bərpa işlərini ölkəmiz heç kimdən kömək ummadan, öz daxili imkanları hesabına həyata keçirir və bir daha bütün dünyaya sübut edir ki, bu torpaqların qanuni sahibləri geri qayıdıblar. Cəmi bir il 44 gün əvvəl hansımız düşünə bilərdik ki, Türkiyə Prezidentinin təyyarəsi Füzuli Beynəlxalq Hava Limanında qarşılanacaq, Azərbaycanın və Türkiyənin dövlət himnləri Zəngilanın Ağalı kəndində səslənəcək. Bir il əvvələ qədər kim təsəvvür edə bilərdi ki, Şuşada qardaş Türkiyə ilə Müttəfiqlik Bəyannaməsi imzalanacaq, tarixi Xarıbülbül Festivalı yenidən bərpa ediləcək və Şuşanın Yuxarı Gövhər ağa məscidindən ucalan azan səsi Xanın kəndində də eşidiləcək. 28 il ərzində hansımız düşünə bilərdik ki, gün gələcək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə birlikdə Şuşadan bütün dünyaya mesaj verəcəklər və dünya birliyi Prezident İlham Əliyevin dilindən bu fikirləri eşidəcək: “Biz bu vəsiyyətə sadiqik və XXl əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

Bu Zəfər son iki əsrlik tariximizdə ən böyük qələbəmizdir, iki yüz il boyunca verdiyimiz şəhidlərin, məruz qaldığımız etnik təmizləmələrin qisası və milli qürurumuzun xilas səhifəsidir!

Milli Məclisin deputatı

Ülvi Quliyevin




Baxış sayı: 782
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30