FACT-INFO.AZ » İQTİSADİYYAT » Əcnəbi media Azərbaycanın xarici iqtisadi əlaqələrindən yazıb
4-11-2021, 09:15 | İQTİSADİYYAT
Əcnəbi media Azərbaycanın xarici iqtisadi əlaqələrindən yazıb

İtaliyanın nüfuzlu “İl Giornale” qəzetinin xüsusi buraxılışı olan “Insideover” analitik portalında Azərbaycanla İtaliyanın iqtisadi əlaqələrinə dair məqalə dərc edilib. Məqalədə bildirilir ki, İtaliya türk xalqları arasında ən möhkəm əlaqələri Azərbaycanla qurub.

Hər iki ölkənin müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin son iki ildə Trans-Adriatik təbii qaz kəməri (TAP) ilə yüksəliş tendensiyası nümayiş etdirdiyi qeyd olunub. Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi barədə məlumat verilən məqalədə bildirilir ki, cari ilin ilk üç rübündə İtaliya Azərbaycanın birinci və əsas ticarət tərəfdaşı olub. Hesabat dövründə iki ölkənin ticarət dövriyyəsi 5,9 milyard dollar təşkil edib. Bunun 5,6 milyard dolları Azərbaycandan İtaliyaya, 327,9 milyon dolları isə İtaliyadan Azərbaycana ixrac olunan məhsulların hesabınadır. Ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə təxminən iki dəfə artıb. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında 3,4 milyard dollarlıq ticarət dövriyyəsi qeydə alınıb.

Məqalədə ilin sonunadək Azərbaycanla İtaliyanın ticarət dövriyyəsində yeni rekord göstəricinin qeydə alınacağı bildirilir. Qeyd olunur ki, Azərbaycan Cənubi Qafqazda İtaliya istehsalı olan məhsulların əsas alıcısıdır.

Yazıda TAP-ın istifadəyə verilməsi və İkinci Qarabağ müharibəsindən sonra iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdiyi, investisiya axınlarının artdığı qeyd olunub. Bildirilir ki, hazırda Azərbaycanda ümumilikdə 11,8 milyard dollarlıq layihələr həyata keçirən 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. İtaliya Qarabağdakı yenidənqurma prosesinin fəal iştirakçılarındandır. İtaliya şirkətləri Qarabağın dirçəldilməsi ilə məşğul olur, Cənubi Qafqazda - Zəngilan rayonunda ilk “ağıllı şəhər”lərə öz imzalarını atırlar.

Qeyd edilir ki, Azərbaycan indiyədək İtaliya iqtisadiyyatına 2 milyard dollar sərmayə yatırıb. İtaliya isə Azərbaycan iqtisadiyyatına 1 milyard dollar investisiya yönəldib.




Baxış sayı: 844
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031