FACT-INFO.AZ » AKTUAL » Kamil Hacıyev: “44 günlük müharibə zamanı həkimlərimiz böyük fədakarlıq göstərdi”
3-11-2021, 16:45 | AKTUAL
Kamil Hacıyev: “44 günlük müharibə zamanı həkimlərimiz böyük fədakarlıq göstərdi”

Bu müqəddəs yolda, qələbəmizin qazanılmasında hər bir soydaşımız öz töhfəsini verdi. Həkimlərimiz də bu tarixi Zəfərimizin qazanılmasında əvəzsiz xidmətlər göstəriblər.

Bu sözləri Bakı Sağlamlıq Mərkəzinin həkimi Kamil Hacıyev Fact-info.az saytına deyib: O, bildirib ki, 27 sentyabr 2020-ci il tarixində bizim xəstəxananın rəhbərliyinin iştirakı ilə biz təcili iclas keçirib qərara aldıq ki, btün tibbi heyət bu prosesə hazır olsun. 500 xəstəni qəbul etnəyə, eyni vaxta 52 xəstəni əməliyyat etməyə hazır olan 24 əməliyyat otağı tam hazır vəziyyətə gətirildi. Bir sıra həkimlərimiz yerindəcə əsgərlərimizə lazım olan anda yardım etmək üçün cəbhə bölgəsinə ezam olundu. Böyük ruh yüksəkliyi ilə bu işə başladıq. Bizim mərkəzə gətirilmiş 200-dən artıq yaralını əməliyyat etdik. Onu deyim ki, əməliyyat etdiyimiz xəstələrin xeyli hissəsi sonradan hərbi xidmət üçün tam yararlı oldu. Hərbiçilərimizə yüksək xidmət, onlaraın müalicəsi ilə bağlı görülmüş işlər bizim ən vacib vəzifəmiz idi.

Kamil Hacıyev daha sonra bildirib ki, bizim xəstəxanada mövcud olan ən yüksək tibbi avadanlıqlar, peşəkar tibbi heyət çox yüksək səviyyədə çalışdı. Məhz fədakar həkimlərimizin səyi nəticəsində biz həm xəsarət almış hərbiçilərimizi müalaciə etdik, həm də çox ciddi çalışmağımız nəticəsində ölüm saylarının azalmasına nail olduq. Təbii ki, bu tarixi qələbəmizin qazanılmasında, torpaqlarımızın erməni təcavüzündən azad edilməsində itkilərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında baş əyirik.

Kamil Hacıyev daha sonra qeyd etdi ki, müharibədən sonrakı dönəmdə də biz müharibə iştirakçılarına, qazilərimizə öz dəstəyimizi göstəririk. Psixoloji yardıma ehtiyacı olan qazilərimizə üzün müddətli müalicə prosedurları davam etdirilib. Çünki bir sıra müalicə prosesləri uzun müddətli olur. Ona görə, bizim həkimlərimiz bu missiyanı axıra qədər davam edirirlər. Bizim təbabətimiz bütün işlərin öhdəsindən gəlmək gücündədir. Mənim qənaətimcə, həkimlərimiz, ümumilikdə, təbabət sahəmiz ən çətin əməliyyatlar yerinə yetirərək kifayət qədər təcrübə qazandı. Bu isə dünyaya inteqrasiya prosesində zəruri məsələdir. Bir məqamı da vurğulamaq istərdim ki, postmüharibə dövründə əcnəbi həmkarlarımız bizim təcrübəmizlə maraqlanıb öyrənirlər.

Fact-info.az




Baxış sayı: 1 224
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30