FACT-INFO.AZ » XƏBƏR » “8 noyabr Zəfəri xalqımızın yenilməz, dəmir iradəli xalq olduğunu sübut etdi” - Anar Xəlilov
3-11-2021, 16:30 | XƏBƏR
“8 noyabr Zəfəri xalqımızın yenilməz, dəmir iradəli xalq olduğunu sübut etdi” - Anar Xəlilov

Ermənistan təslim Aktına 10 noyabrda imza atsa da, biz Zəfər günümüzü uca Qalamız Şuşanın azad olunduğu gün olaraq qeyd edirik”. Bunu SİA-ya açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında ictimai Şuranın sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, Şuşanın azad olunmağı ilə mənfur düşmən tam olaraq darmadağın edildi: “Şuşaya qalxan yolların üzərinə səpələnmiş saysız-hesabsız erməni əsgərlərinin leşləri bu ordunun biyabırçı məğlubiyyət səhnəsi idi. Tarix boyu daim bütün xainlərin sonu bu cür bitmişdi. Xain qonşularımızın da bizə qarşı xəyanətinin sonu bu məntiqi sonluqla bitməliydi. SSRİ-nin dağılma prosesinin vintləri olan xain erməni siyasətinin sonu bu olmalı idi. Ermənilər Azərbaycanın müstəqilliyinin ilk günlərindən, dövlətçiliyimizin hələ də tam formalaşmamasından, hakimiyyət uğrunda gedən mübarizədən istifadə edərək, havadarlarının yaxından iştirakı ilə torpaqlarımızı işğal etmişdi. Yüz minlərlə soydaşımızı öz vətənlərindən didərgin salan, yedikləri çörəyə xəyanət edən bu mənfurların dərsi, nəhayət, Ali Baş komandanımızın apardığı siyasət və misilsiz rəhbərliyi ilə xalqımızın birliyi, rəşadəti sayəsində layiqincə verildi. Ordumuzun dəmir yumruğu ermənilərin xain başını əzdi. 8 noyabr Zəfəri Azərbaycan xalqının həm də dünyaya bir daha yenilməz, səbirli, dəmir iradəli xalq olduğunu sübut etdi. Dahi rəhbərinin komandanlığı ilə Azərbaycan ordusu düşmənin 27 sentyabr növbəti hücumunun qarşısını alaraq əks hücumla 44 günlük Vətən müharibəsinə başladı. Xalq öz müdrik Prezidentinin ətrafında birləşərək bu Tarixi savaşa başladı”.

A.Xəlilov onu da bildirdi ki, Azərbaycan oğulları 30 illik erməni lovğalığının sonunu gətirdi. Bu yolda canından keçərək şəhid oldu: “Onlara tarixi bir dərs verildi. Əminəm ki, bu dərsi onlar heç vaxt yaddan çıxarmazlar. Son iki əsrdə Azərbaycan xalqının başına gətirilənlər dünyada az sayda xalqların taleyinə yazılıb. Torpaqları zəbt olunub, dəfələrlə soyqırım yaşayıb, tarixi ərazisində saxta erməni dövləti yaradılıb. Uzun illər repressiyalar yaşayıb. Amma bu xalq sınmayıb mübarizə aparıb. Bir əsrdə iki dəfə müstəqillik əldə edib. Şərqdə ilk demokratik dövlət yaradıb. Nəhayət, XX əsrin sonunda növbəti və daimi olaraq öz müstəqilliyinə qovuşub. Vətəndaş müharibəsi yaşayıb. Torpaqları xaincəsinə işğal olub. Amma bu xalq öz mübarizliyinə, oğullarına güvənib ümidli olub. Məhz Ümummilli Lider Heydər Əliyev kimi tarixi şəxsiyyət bu xalqın fəxri olaraq onun çətin dönəmində məsuliyyəti öz üzərinə götürərək xalqımızı baş verəcək faciələrdən xilas edib. Erməni işğalı dayandırılıb. Möhkəm təməllər üzərində dövlətçiliyimiz qurulub. Ordu quruculuğu başladılaraq ölkənin müdafiə qabiliyyəti artırılıb. Ən əsası iqtisadiyyat bərpa edilərək gücləndirilməyə başladılıb.

Ümummilli Liderin layiqli davamçısı cənab İlham Əliyevin Prezidentliyi dönəmində başladılan bütün islahatlar uğurla davam etdirilib. Xüsusilə, güclü dövlət və ordu yaradılıb. Ən əsası xalqın birliyi möhkəm təməllər üzərində yaradılıb. Məhz bunun sayəsində biz 8 noyabr Zəfərinə qovuşduq. 8 noyabr Zəfər Günü ilə bağlı çox müsbət ifadələr işlətmək olar. Zamanla daha çox Zəfər günümüzlə bağlı müsbət fikirlər səslənəcək. Fikrimin sonunda mən 8 noyabr günü Ali Baş Komandanımızın Şuşanın azad olunmasını xalqımıza müjdə ilə xəbər verdiyi çıxışı zamanı səsləndirdiyi bir ifadə ilə bitirmək istəyirəm. "Şuşa, sən Azadsan! Biz sənə qayıtdıq!" Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram. Qarabağ Azərbaycandır!!!”




Baxış sayı: 759
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30