FACT-INFO.AZ » SİYASƏT » “Azərbaycan azad edilmiş ərazilərin bərpasında BMT ilə əməkdaşlıqda maraqlıdır”
3-11-2021, 07:20 | SİYASƏT
“Azərbaycan azad edilmiş ərazilərin bərpasında BMT ilə əməkdaşlıqda maraqlıdır”

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, nazir Ceyhun Bayramov Azərbaycanın BMT ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin ölkəmizdə həyata keçirilməsinin diqqət mərkəzində saxlanıldığını bildirən nazir, bu istiqamətdə Azərbaycan tərəfindən atılan mühüm addımları, o cümlədən Azərbaycanın keçmiş SSRİ məkanında BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) himayəsi altında keçirilən Yüksək Səviyyəli Siyasi Forumlarda üç dəfə Könüllü Milli İcmal təqdim etmiş ilk ölkə olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Nazir Ceyhun Bayramov, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 ilə mübarizə sahəsində irəli sürdüyü təşəbbüslərdən, o cümlədən peyvəndlərin dünyada ədalətli paylanması təşəbbüsündən, ÜST vasitəsilə dünyanın 30-dan artıq ölkəsinə yardım təqdim edilməsindən danışıb.

Nazir, həmçinin həmsöhbətinə keçmiş münaqişənin doğurduğu ağır fəsadlar, münaqişə sonrası mərhələnin yeni reallıqları, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib. Bərpa və yenidənqurma işlərində beynəlxalq tərəfdaş qismində BMT ilə əməkdaşlıqda maraqlı olduğumuz və bir sıra BMT qurumları ilə bu istiqamətdə iş getdiyi qeyd edilib.

Xanım Qui-Yeop Son Ceyhun Bayramova beynəlxalq inkişaf naminə əməkdaşlığın dəstəklənməsində və Qoşulmama Hərəkatında (QH) uğurlu sədrliyinə görə təşəkkürünü ifadə edib. 2022-ci ildə BMT - Azərbaycan əməkdaşlığının 30 illik ildönümü olduğunu xatırladan UNDCO regional direktoru bu münasibətlə müvafiq tədbirlərin təşkil edilməsini qeyd edib.

Ölkəmizin münasibətləri normallaşdırmaq niyyətinin BMT tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb. Ərazilərin bərpası və regionda sülh quruculuğu prosesində, o cümlədən iki ölkə arasındakı münasibətlərin normallaşmasına yönəlmiş hər hansı fəaliyyətdə BMT-nin fəal iştirak etməyə və Azərbaycanın səylərinə dəstək verməyə hazır olduğu səsləndirilib.

Görüşdə tərəflər, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.




Baxış sayı: 652
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30