FACT-INFO.AZ » İQTİSADİYYAT » “Zəngəzur dəhlizi regionda əməkdaşlıq mühiti üçün bir vəsilə olacaq”
31-10-2021, 21:15 | İQTİSADİYYAT
“Zəngəzur dəhlizi regionda əməkdaşlıq mühiti üçün bir vəsilə olacaq”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da ölkəmizə səfəri ölkələrimizin və xalqlarımızın qardaşlığının növbəti parlaq nümunəsidir. Bu səfər zamanı tarixi anlar yaşandı. Füzuli Beynəlxalq Hava Limanına ilk beynəlxalq uçuşun qardaş ölkədən olması, hava limanının açılışının Azərbaycan və Türkiyə prezidentləri tərəfindən gerçəkləşməsi xalqımızda qürur doğurur”.

Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri tarixdə indiki qədər güclü olmayıb və qardaşlıq səviyyəsində olan bu münasibətlər davamlı olaraq inkişaf edir. 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycana qətiyyətli dəstək göstərdi və qələbəmizin əldə olunmasında bu amil mühüm rol oynadı. Bu il iyunun 15-də isə Şuşa Bəyannaməsinin imzalanması qardaşlığımızın ən yüksək zirvəsi oldu.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə tarix yazır. Həmin ərazilərdə cəmi bir il ərzində reallaşdırlan irimiqyaslı layihələr onu deməyə əsas verir ki, müharibənin qalib tərəfi olan ölkəmiz özünün strateji hədəflərinə doğru inamla irəliləyir. Qarabağın bərpasında Türkiyə şirkətləri də fəal iştirak edirlər, biz bu işdə də çiyin-çiyinə fəaliyyət göstəririk.

Fatma Yıldırım qeyd edib ki, Vətən müharibəsində qazanılan qələbə regionda yeni reallıqlar yaradıb:

“Burada Azərbaycan və Türkiyə aparıcı rol oynayır. Müəyyən dairələr tərəfindən regionda önəmli layihələrin gercəkləşməsinə mane olmaq cəhdləri olsa da, iki qardaş ölkə bu yolda inamla, qətiyyətlə irəliləyir. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər buna sübutdur. Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Zəngəzur dəhlizinin bir hissəsidir. Zəngəzur dəhlizinin yaradılması milli, tarixi və gələcək maraqlarına tam cavab verir. İlk növbədə, bu dəhliz Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxşıvanın üç onillik ərzində davam edən blokadasına son qoyulacaq. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Zəngəzur dəhlizinin açılması regionda sabitlik, etimad və əməkdaşlıq mühitinin möhkəmlənməsi üçün bir vəsilə olacaq. Bütün region ölkələri bu dəhlizdən fayda götürəcək. Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri isə türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların yaranması ilə bağlıdır. Türkdilli ölkələr arasında inteqrasiyanın möhkəmlənməsi baxımından Zəngəzur dəhlizi çox böyü önəm kəsb edir. Prezident İlham Əliyevin dediyi kimi, Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Beləliklə, həm Azərbaycan, həm də Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək”.

Deputat vurğulayıb ki, Azərbaycan xalqı Türkiyənin göstərdiyi dəstəyi hər zaman yüksək dəyərləndirir:

“Şuşada və Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi tarixi hadisələrdir. Bu tarix birlikdə yazılır. Necə ki, Vətən müharibəsi dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik. Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə Prezidentinin Qarabağa gerçələşən səfərləri də əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir”.




Baxış sayı: 678
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30