Bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun iclasında bildirilib.
Qeyd edilib ki, Azərenerji ASC-nin sifarişi əsasında Ağdam elektrik xətti və Qubadlı rayonu ərazisində əkin sahəsi tam təmizlənib və iki layihə üzrə ümumi sahəsi 1 020 ha təşkil edən ərazi aidiyyəti üzrə təhvil verilib. Həmçinin, FHN-nin 5 baş minaaxtaran itləri ANAMA tərəfindən akkreditasiyadan keçirilərək təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən Ağdam və Füzuli rayonları istiqamətində bu ilin 28 oktyabr tarixinədək ümumilikdə 1 161 632 kv.m ərazi təmizlənmiş və 3490 ədəd mina və partlamamış hərbi sursat aşkar edilib. Ərazilərin minalardan təmizlənməsi işinə 33 nəfər FHN minaaxtaranı cəlb edilib.
Baxış sayı: 886
Azerbaijan's Foreign Ministry calls on Russia to thoroughly investigate provocative incident in front of its Embassy
French media highlights President Ilham Aliyev’s visit to Uzbekistan
Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation”
President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan
Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media

