Azərbaycanla UNESCO arasında yüksək əməkdaşlıq var. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı Azərbaycanın irəli sürdüyü bir çox təşəbbüslər böyük əhəmiyyət daşıyır. UNESCO Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşlarından biridir. UNESCO çərçivəsində Azərbaycan Afrika ölkələri ilə bağlı çoxsaylı mühüm layihələr həyata keçirib.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNESCO-nun Afrika prioriteti və beynəlxalq əlaqələr üzrə Baş direktorunun müavini Eduard Matoko deyib.
E.Matoko bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində çox fəaldır. Çoxsaylı tədbirlər təşkil olunur. Təkcə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Qoşulmama Hərəkatı ilə bağlı artıq ikinci tədbirdir. UNESCO-nun mənzil-qərargahında da Qoşulmama Hərəkatı ilə bağlı tədbirlər keçirilib.
Baxış sayı: 779
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

