Görüş zamanı Bağdad Amreyev Türküstanda baş verən dəyişiklikləri, görülən işləri müsbət qiymətləndirərək Türk Şurası çərçivəsində bir sıra mühüm təşəbbüsləri həyata keçirməyə hazır olduğunu bildirib.
Baş katib bildirib ki, hazırda Türk Şurasına üzv dövlətlər arasında sahibkarlığın dəstəklənməsi üçün ümumi investisiya fondunun yaradılması istiqamətində iş aparılır.
O, həmçinin Türküstanın təkcə tarixi-mədəni deyil, həm də iqtisadi rolunun artırılması istiqamətində Şura çərçivəsində əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Umirzak Şukeyev Türk Şurasının investisiya fondunun rəsmi qərargahının Türküstanda açılmasını təklif edib. O, Türküstanda azad iqtisadi zonanın açılması, Türküstanda türk dövlətlərinin sahibkarlarının forumunun keçirilməsi üçün logistika məsələlərinin həllində maraqlı olduğunu da vurğulayıb.
“Türküstanı türk dünyasının mərkəzi etmək bizə tapşırılıb. Eyni zamanda hesab edirəm ki, qardaş ölkələr üçün ortaq olan beynəlxalq təşkilatlardan birinin baş ofisi Türküstanda yerləşməlidir. Biz Türk Şurası ilə birlikdə irimiqyaslı layihələri həyata keçirməyə hazırıq, - deyə vilayət başçısı bildirib.
Baxış sayı: 744
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

