Postmüharibə dövrünün yaratdığı reallığın nəticəsi olan, nəhəng tranzit layihələrin gerçəkləşməsinə yol açan Füzuli Beynəlxalq Hava Limanı region dövlətlərinin maraq dairəsindədir. Şübhəsiz ki, iqtisadi inteqrasiyanın dərinləşməsi bölgədə təhlükəsizlik məsələlərinin təminatını, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını hədəfləyir.
Prezidenti İlham Əliyev və Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə belə möhtəşəm məkanın açılışı regionda marağı olan bir çox qüvvələrə ciddi mesaj oldu. Bu mesaj ondan ibarətdir ki, əgər yenidən sabitliyə, sülhə təhlükə yaradacaq qüvvələr ortalığa çıxarsa, həmin təhlükəni aradan qaldırmağa yetərincə potensial var. Təxribatçı və Ermənistandakı revanşist qüvvələrin heç bir perspektiv şansı olmayacaq.
Nəhayət belə bir törənin təşkili region və dünya dövlətlərinə bir iqtisadi əməkdaşlıq çağırışdır. Belə əməkdaşlıq heç bir dövlətə qarşı yönəlməyən, yalnız normal iqtisadi əlaqələrə, sabitliyə xidmət edəcək faktordur. Digər tərəfdən Qarabağda yaşayan, qanlı cinayətlərdə iştirak etməyən Azərbaycanın erməni vətəndaşarına çağrışdır ki, gəlin, qanun çərçivəsində adam kimi yaşayın və resurslardan faydalanın.
Əkrəm Bəydəmirli
Baxış sayı: 1 027
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

