FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı
24-10-2021, 10:10 | TƏDQİQATLAR-ANALITIKA
Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı

Məqalədə bildirilir ki, hər hansısa bir Diasporun öz ölkəsinin siyasətinə təsir etmək istəməsi (və ya özünü belə hesab etməsi) normal hal deyil. 2011-ci ildə Tunis, öz əhalisinə nisbətdə xaricdən gələn əcnəbilərin və ikimilliyyətlilərin parlamentdə ən çox təmsil olunduğu dünya ölkəsi olub. Fransadakı Seneqal diasporasına gəlincə, bu Afrika ölkəsinin prezidentliyə namizədləri onu haqlı və ya haqsız şəkildə, həlledici çəkiyə malik hesab edirlər və onların parlamentdəki təmsilçiliyi 2018-ci ildə iki dəfə artıb.

Hərçənd, bu mövzuda çox qeyri-adi bir hal var: erməni diasporu [Fransada təmsil olunan]. Onun adından danışanların Fransanın siyasi həyatına simvolik və bəzən praktiki təsirinin demoqrafik çəki ilə və hətta Fransadakı Erməni assosiasiyalarının ideoloji bazası ilə heç bir əlaqəsi yoxdur. Onların qəzetləri, hətta saytları 2009-cu ildən oxucu çatışmazlığı səbəbindən bir-bir bağlanıb; 2007-ci ildən bəri Parisdəki nümayişlərinin əksəriyyəti 300-dən çox iştirakçı toplaya bilməyib. Yuxarıda qeyd olunan diasporalardan fərqli olaraq, Fransa və Amerika qitəsindəki erməni diasporu əsasən əcdadları Osmanlı İmperiyasından və ya ondan yaranan ölkələrdən, xüsusən də Livandan olan və buna görə də heç bir erməni milliyyətinə malik olmayan və hətta bu keçmiş sovet respublikasının vəziyyətini dərindən bilməyən insanlardan ibarətdir.

Halbuki, qorxulu şəkildə Ermənistanı ruhlandırdıqdan sonra, erməni diasporası adından danışanların əksər hissəsi seçkilərdən yenicə çıxmış Yerevan hökuməti ilə görünməmiş münaqişə vəziyyətinə düşüblər və bu münaqişədə Fransalı parlamentarilərdən seçici şantajı (yumşaq şəkildə desək) tətbiq edərək, istifadə etməyə çalışırlar. 1992-ci ildə Ermənistan təkcə keçmiş Dağlıq Qarabağ muxtar respublikasını (əsasən Azərbaycan vətəndaşı olan etnik ermənilərin yaşadığı ərazi) deyil, həm də 1989-cu il sovet siyahıyaalmasına əsasən, əhalisinin yalnız 1%-nin Ermənilərdən ibarət olan 7 ətraf rayonları işğal edib. Azərbaycanlıların əksəriyyəti və ümumiyyətlə müsəlmanlar sürgün və qətliam nəticəsində məhv edilib. BMT Təhlükəsizlik Şurasının 1993 -cü ildə qəbul etdiyi dörd qətnamə və 2008 -ci ildə qəbul edilən Baş Assambleyanın qətnaməsi işğalçı qüvvələrin dərhal geri çəkilməsini tələb etsə də heç bir nəticə verməyib. Bundan başqa, 2015 -ci ildə Avropa Məhkəməsinin Böyük Palatası Ermənistanı bir azərbaycanlı kürd ailəsini ölkədən qovmaqda günahlandırıb.

Erməni diasporu adından çıxış edənlər Ermənistandakı ən millətçi ünsürləri dəstəkləyir, onları barışmaz olmağa təşviq edir və yuxarıda qeyd olunan bütün qərarlara məhəl qoymurlar. Budur qaçılmaz nəticə: daha çox əhalisi olan, daha zəngin, Türkiyə tərəfindən, eləcə də İsrail, Ukrayna, Gürcüstan və Macarıstan tərəfindən dəstəklənən Azərbaycan keçən il beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyan öz səhvlərinin və aldanmalarının miqyasını, eləcə də sələflərinin səhvlərini ölçə bildi. Tamamilə fərqli bir xətt üzrə o, ötən ilin iyununda keçirilən qanunvericilik seçkilərində qalib gəlib. Lakin Fransadakı və Atlantik okeanının o tayındakı erməni assosiasiyalarının əksəriyyəti Paşinyana seçkilərdən qalib çıxdığına görə hələ də düşmən olaraq qalmaqdadır və Paris, Lion və ya Marseldə sərbəst şəkildə oturaraq, öz üzvləri üçün deyil, Ermənistanın özü üçün fəlakət doğura biləcək yeni bir müharibənin başladılmasından danışırlar.

TF1 Fransız Telekanalkının rəhbərləri və kanalın jurnalisti Lizeron Budul keçən il ölüm təhdidlərilə hədələnirdi, səbəb isə onların [Qarabağ haqqında Azərbaycan həqiqətlərindən bəhs edən] hazırladığı bir reportajın doğurduğu qıcıq idi. Fransada fəaliyət göstərən « Libération » adlı jurnalın əməkdaşları ASALA adlı Parisin Orli aeroportunda törədilmiş (8 nərin ölümü ilə nəticələnən ) təxribatla tanınan Ermənistanın terror təşkilatının yenidən yaradılması fikrində olan fanatikləri tərəfindən sui-qəsdlərlə hədələnib : bu jurnalistlər erməni tərəfdən cəlb olunan neonasistlərdən bəhs ediblər. Bu yaxınlarda, aprel ayında siyasətçi Brüno Tertre Facebook üzərindən “Yerkir” adlı Erməni Assosiasiyasının rəhbəri Armen Ğazaryan tərəfindən Ermənistanla Azərbaycan arasındakı münaqişə ilə bağlı müəyyən həqiqəti söyləməyə cəsarət etdiyinə görə hücümlara (təhqirlərə) məruz qalmışdır. Şərhçilərdən biri hətta cənab Tertreyə qarşı sui-qəsdin törədilməsinin lehinə danışıb. Bütün bunlar heç kəsi təəccübləndirməməlidir, çünki Lissabondan olan kamikadze terrorçulara (Erməni İnqilabi Ordusunun 1983-cü ildə Türkiyənin Portuqaliyadakı səfirliyinə intiharçı hücumu) ehtiram hər il tam cəzasız şəkildə Fransa torpaqlarında keçirilir.

Bununla belə, bu cür ehtiram təşkil edənlər bu gün Fransada yerli deputatlar tərəfindən mütəmadi olaraq qəbul edilir, sanki onlar özlərindən başqa bir şeyi təmsil edirlər. Bu kimi yanaşmalar Fransanın milli marağına və sülhə və barışığa ehtiyacı olan Ermənistanın özünə də ziyan vurur




Baxış sayı: 773
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30