Qazaxıstan Respublikasının suverenliyinin 30-cu ildönümü ərəfəsində baş tutan səfərin ilk günündə qoruq əməkdaşları Əl-Farabi adına Qazaxıstan Dövlət Universitetinin rəhbərliyinin dəvəti ilə universitetin qonağı olublar. Universitetin yeni korpusu və zəngin kitabxanası ilə tanışlıqdan sonra qoruq əməkdaşları üçün Əl-Farabi adına Qazaxıstan Dövlət Universitetinin Tarix fakültəsinin dekanı xanım Mendiqul Noqaybayevanın bələdçiliyi ilə N.Nazarbayev adına "Atameken" tarixi- mədəni mərkəzinə ekskursiya təşkil olunub.
Qeyd edək ki, səfər çərçivəsində oktyabrın 21-də Əl-Farabi adına Qazaxıstan Dövlət Universitetində Qazaxıstan Respublikasının suverenliyinin 30-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə Qobustan Milli Tarix-Bədii Qoruğunun Qobustan qayaüstü abidələrini əks etdirən sərgisi nümayiş olunacaq. Səfər oktyabrın 22-də UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olunmuş Tambalı Dövlət Qoruğu ilə Qobustan Milli Tarix-Bədii Qoruğu arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandumun imzalanması və Qobustan qayaüstü abidələrini əks etdirən sərginin açılışı ilə başa çatacaq.
Baxış sayı: 866
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

