Transsərhəd çaylarımızın Ermənistan tərəfindən çirkləndirilməsinin qarşısını almaq üçün ən müxtəlif səviyyələrdə məsələni gündəmdə saxlayırıq.
Bunu Trend-ə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, məqsəd çirklənmənin qarşısını tamamilə almaqdır: "Oxçuçayla bağlı ötən ilin sonlarında səsimizə səs verən yox idi. Amma həm diplomatik korpusun dəstəyi ilə, həm də özümüzün təmsil olunduğumuz beynəlxalq təşkilatlar və konvensiyalardan ekspertləri dəvət edərək bu məsələni aktuallaşdıra, həm diplomatik, həm də müzakirələr müstəvisinə çıxarmağa nail ola bilmişik. Oxçuçayla yanaşı, bir neçə transsərhəd çayımızda da çirklənmə müşahidə edilir. Əsas məqsəd çirklənmənin qarşısının alınmasıdır. Əvvəlki dövrlərdə vurulan zərər hesablanıb və təqdim olunub. Qarabağa əhali qayıdana qədər çaylar təmizlənməlidir ki, su mənbələrinə əlçatanlıq təmin edilsin".
Baxış sayı: 810
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

