Məqalədə xalçanın özünəməxsus sirlərinin olduğu bildirilir, onun bəzəklərində gizlədilmiş simvolların ölkənin tarixini və qədim ənənələrini əks etdirdiyi, gələcək nəsillərin yaddaşında iz qoyduğu vurğulanır. Azərbaycan xanımlarının əsrlər boyunca xalçaya vurduqları naxışların mənasının gizli saxlandığını yazan müəllif naxışların xalqın milli-mifoloji köklərini yaşadan faktları, ailədə olan ənənələri, həyatı əks etdirdiyini vurğulayır. Müəllif xalçalardakı gül, ağac, bitki, heyvan motivlərinin açıqlamasını verir.
Qanadlar, dimdik, caynaqların azadlığın və gücün simvolu kimi istifadə edildiyini vurğulayan jurnalist buynuzlarda “S” işarəsinin də gizli məna daşıdığını diqqətə çatdırır. Bu naxışların xalça üzərində yalnız qoruyucu vasitə deyil, həm də ezoterik məna, müsbət enerji daşıyıcısı kimi çıxış etdiyi bildirilir. Olia Al Ahmed qeyd edir ki, Azərbaycan xalçalarında 13 kodlaşmış simvol var ki, bu işarələrlə müraciətlərin mənasını başa düşmək mümkündür.
Baxış sayı: 2 753
Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See
Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan

