FACT-INFO.AZ » QHT » Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib
20-10-2026, 18:00 | QHT
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib

Oktyabrın 20-də “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında - “Place du Luxembourg” meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib. Fact-info.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

Bildirilir ki, aksiyada etiraz bəyanatı oxunub. Bəyanatda deyilir: “Biz Avropa İttifaqı institutlarının yerləşdiyi bu şəhərdə 30 ildən çoxdur doğmalarından xəbər ala bilməyən ailələrin, illərdir qapısı döyülməyən evlərin, övlad yolunu gözləyən anaların və valideyninin üzünü xatırlamayan uşaqların səsiyik. Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4010 azərbaycanlı itkin düşüb. Onlar arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs olub. Hər rəqəmin arxasında bir insan həyatı, cavabsız qalan suallar dayanır. Sülh gündəliyinin irəlilədiyi bir dövrdə itkinlərin taleyinə aydınlıq gətirilməsi xüsusi əhəmiyyət daşıyır. Davamlı sülh yalnız dövlətlər arasında deyil, insanların həyatında da hiss olunmalıdır”.

Bəyanatda o da vurğulanıb ki, bu günədək işğaldan azad edilmiş Azərbaycan ərazilərində 32 kütləvi məzarlıq aşkarlanıb. Məhkəmə-genetik ekspertizalar nəticəsində 328 itkinin kimliyi müəyyən edilib, 273 nəfərin nəşi ailələrinə təhvil verilib: “Bu nəticələrin hər biri qeyri-müəyyənliyin aradan qaldırılması yolunda mühüm addımdır. Amma hələ də gözü yolda olan ailələr var. Onlar həqiqəti bilmək istəyir! İstəkləri Ermənistan tərəfindən mövcud məlumatların və arxivlərin açıqlanması, kütləvi məzarlıqlar və itkinlərin sonrakı taleləri barədə məlumatların təqdim edilməsidir”.

Azərbaycanlı itkin ailələri Ermənistanı daim müdafiə edən, bir dəfə də olsun azərbaycanlı itkinlərlə bağlı məsələ qaldırmayan, beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin nümunəsi kimi qəbul edilən Avropa Parlamentinə səsləniblər: “Ötən il BMT-nin Cenevrədəki ofisinə çatdırdığımız humanitar çağırışı bu gün Brüsseldə davam etdiririk. İnsan hüquqları universaldırsa, həqiqəti bilmək hüququ da universaldır! Ötən il itkin anası Elmira Dadaşova oğlunun taleyi barədə çağırışını dünyaya çatdırmaq üçün Cenevrəyə yollandı. Cenevrə aksiyasından qısa müddət sonra isə oğlu barədə məlumat əldə edə bilmədən dünyasını dəyişdi. Avropa İttifaqı institutlarından soruşuruq: Daha neçə ana övladından xəbərsiz dünyadan köçməlidir?”.

Aksiya çərçivəsində Azərbaycanın itkin düşmüş şəxslərinin fotoşəkilləri, geyimləri və məktub zərflərindən ibarət xüsusi instalyasiya nümayiş etdirilib. Zərflərdə itkinlərin dilindən yazılmış “Mən sadəcə bir rəqəm deyiləm. Mənim adım var, ailəm var”, “Mən hələ də kiminsə övladıyam. Ailəm nə vaxta qədər gözləməlidir?” kimi təsirli mesajlar yer alıb. Bu məktublar vasitəsilə 30 ildən artıqdır səsi eşidilməyən itkin azərbaycanlılar sanki özləri sükutu pozaraq dünyaya xitab ediblər.

İnstalyasiya ilə tanış olan ziyarətçilər itkin ailələrinə dəstək mesajları yazıb, xatirə lentləri bağlayıb və güllər qoyaraq həmrəylik nümayiş etdiriblər.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova Ermənistanın azərbaycanlı itkinlərin taleyi ilə əlaqədar birbaşa cavabdehlik daşıdığını vurğulayıb: “Dünyaya çağırışımız budur: Biz itkin düşmüş əzizlərimizin taleyi ilə bağlı cavablar axtarırıq. Onilliklərdir qeyri-müəyyənlik içində yaşayan ailələrlə həmrəy olun! Ermənistanı kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycanla bölüşməyə çağırın! Heç bir ailə sonsuza qədər gözləməməlidir!”.

Qeyd edək ki, ötən il avqustun 30-da - Beynəlxalq İtkin Düşmüşlər Günündə “Qarabağ İtkin Ailələri” İctimai Birliyi Cenevrədə BMT-nin Avropa ofisinin yerləşdiyi “Millətlər sarayı” meydanında silahlı zorakılığın bütün formalarından əziyyət çəkən insanların fəryadını təcəssüm etdirən rəmzi “Sınıq stul” abidəsi qarşısında da aksiya keçirmişdi.

İtkin ailələri ailə üzvlərindən xəbər alanadək Avropada aksiyalarının davamlı olacağını bildiriblər.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi Azərbaycanın QHT Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində “Yoxluğun sədası” layihəsi üzrə qalibdir.

Xatırladaq ki, son günlərdə Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi də Avropanın 7 ölkəsinin şəhərlərində - İsveçrənin Cenevrə, Çexiyanın Brno, Sloveniyanın Lyublyana, Bosniya və Herseqovinanın Sarayevo, Xorvatiyanın Zaqreb, Avstriyanın Salzburq, İtaliyanın Roma şəhərlərində “Minasız dünya” beynəlxalq kampaniyası çərçivəsində fotoekspozisiyalar təşkil edib. Həmin aksiyalarda da qeyd olunub ki, Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibə olub. Azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində, qəbiristanlıqlarda, hətta bir sıra itkinlərin qalıqlarının tapıldığı kütləvi məzarlıqların ətrafında da minaların basdırıldığı aşkarlanıb.




Baxış sayı: 105
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30