FACT-INFO.AZ » CƏMİYYƏT » Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb
21-10-2026, 10:00 | CƏMİYYƏT
Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb

AMEA-nın Folklor İnstitutunun əməkdaşının “Azsaylı xalqların folkloru” seriyasının növbəti nəşri – “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” adlı VIII kitabı işıq üzü görüb.

Nəşrdə Oğuz və Qəbələ rayonlarında yaşayan ləzgilərin folklor irsi toplanaraq sistemləşdirilib. Kitabda bölgənin etnik-mədəni xüsusiyyətləri, ləzgilərin məskunlaşdığı ərazilər, ləzgi dili və xalqın adət-ənənələri haqqında məlumatlarla yanaşı, yerli sakinlərdən qeydə alınmış şifahi xalq yaradıcılığı nümunələri də təqdim olunur.

Nəşrin ilk bölmələrində Oğuz-Qəbələ bölgəsinin etnik və mədəni mənzərəsi, ləzgilərin tarixi-mədəni xüsusiyyətləri və ləzgi dili haqqında məlumat verilir. Əsas hissədə isə folklor nümunələri janr və məzmun xüsusiyyətləri baxımından təqdim edilir. Kitabın sonunda söyləyicilər və tərcüməçilər haqqında məlumatlar, eləcə də bölgənin milli müxtəlifliyini əks etdirən fotoşəkillər yer alır. Nəşrin diqqətçəkən cəhətlərindən biri “Azsaylı xalqların folkloru” seriyasında ilk dəfə olaraq bölgədə yaşayan xalqların dilləri üzrə tərcüməçi-mütəxəssislərin, Azərbaycan türkləri ilə çiyin-çiyinə döyüşmüş, Vətən uğrunda canlarından keçmiş qəhrəmanların və qazilərin fotoşəkillərinin təqdim edilməsidir. Bu materiallar bölgə xalqlarının ortaq tarixi təcrübəsini, Vətənə bağlılığını və birgəyaşayış ənənələrini əks etdirməklə nəşrin elmi və ictimai əhəmiyyətini artırır.

“Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı bölgədə yaşayan ləzgilərin şifahi xalq yaradıcılığının toplanması, qorunması, sistemləşdirilməsi və elmi dövriyyəyə daxil edilməsi baxımından əhəmiyyətli mənbədir. Folklor nümunələrində xalqın tarixi-mədəni yaddaşı, dünyagörüşü, mənəvi dəyərləri və ənənəvi həyat tərzi öz əksini tapır. Bu baxımdan nəşr həm ləzgi folklorunun, həm də Azərbaycanın etnik-mədəni müxtəlifliyinin öyrənilməsi üçün mühüm elmi material təqdim edir.

“Azsaylı xalqların folkloru” seriyasının VIII kitabı ölkəmizdə yaşayan etnik qrupların zəngin folklor irsinin tədqiqi, milli-mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsi və Azərbaycanın çoxəsrlik birgəyaşayış ənənələrinin elmi əsaslarla araşdırılması istiqamətində həyata keçirilən işlərə töhfədir.




Baxış sayı: 80
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30