FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir
22-10-2026, 11:00 | MƏDƏNİYYƏT
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Qazaxıstanın tanınmış dövlət və ictimai xadimi, jurnalist, ədəbiyyatşünas, yazıçı və tərcüməçi, parlament deputatı Sauıtbek Abdrahmanovun “Korifey” kitabının təqdimatı keçirilib.

Fact-info.az xəbər verir ki, görkəmli qazax yazıçısı, mütəfəkkiri və dövlət xadimi Abiş Kekilbayevin həyat və yaradıcılığına həsr olunan kitab Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, “Korifey” əsəri qazax xalqının görkəmli şəxsiyyətlərindən biri olan Abiş Kekilbayevin zəngin ədəbi, ictimai və siyasi irsinin daha geniş auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, kitabın “Müdriklik üfüqləri” adlı “Ön sözü”nün müəllifi Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdir.

“Əsərdə Abiş Kekilbayev yalnız qüdrətli yazıçı, şair və dramaturq kimi deyil, həm də dərin fəlsəfi dünyagörüşünə malik tərcüməçi, tarixçi və təcrübəli siyasətçi kimi təqdim olunur. Kitabda onun məqalələri və fəlsəfi mülahizələri əsasında Qazaxıstanın ictimai fikrinin inkişafına, mənəvi dirçəlişinə verdiyi töhfələr geniş təhlil edilir. Eyni zamanda, müstəqillik illərində dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli kimliyin qorunması və müasir mədəni mühitin formalaşmasında xidmətləri ətraflı işıqlandırılır”, – deyə Aktotı Raimkulova vurğulayıb.

Bildirilib ki, kitabın Azərbaycan dilinə tərcüməçiləri Rabiqə Nazimqızı və Xanım Aydındır.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel çıxışında Abiş Kekilbayevin çoxşaxəli yaradıcılığı və zəngin fəaliyyəti ilə qazax ədəbiyyatında və ictimai fikir tarixində mühüm yer tutduğunu diqqətə çatdırıb.

Səfir əsərin Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmasından məmnunluğunu ifadə edib: “Çox şadam ki, bu kitab Azərbaycan oxucularına təqdim olunur. Ümid edirəm ki, əsər həm oxucular, həm də ədəbiyyatşünaslar tərəfindən böyük maraqla qarşılanacaq, xalqlarımız arasında ədəbi və mədəni əlaqələrin daha da zənginləşməsinə töhfə verəcək. Bildiyiniz kimi, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Xüsusilə xalqlarımız arasında mədəni və humanitar əməkdaşlığın genişlənməsi olduqca sevindirici haldır”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər bütün sahələrdə ardıcıl şəkildə inkişaf edir və mühüm nəticələr əldə olunur. Bu əməkdaşlıqda elm, ədəbiyyat və mədəniyyət sahələri xüsusi yer tutur.

Akademik qeyd edib ki, kitabın müəllifi Sauıtbek Abdrahmanov çoxşaxəli fəaliyyəti ilə seçilən, Qazaxıstanın ədəbi və ictimai həyatında mühüm xidmətləri olan şəxsiyyətdir.

Tədbirdə çıxış edən akademik Nizami Cəfərov isə qazax xalqının zəngin ədəbi-mədəni irsinin Azərbaycanda daha geniş tanıdılmasının vacibliyini vurğulayıb.

Akademik əlavə edib ki, belə nəşrlər xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsinə, qarşılıqlı anlaşmanın və ədəbi əməkdaşlığın genişlənməsinə töhfə verir.

Daha sonra kitabın tərcüməçiləri Rabiqə Nazimqızı və Xanım Aydın çıxış edərək əsərlə bağlı təəssüratlarını bölüşüblər.

Sonda çıxış edən kitabın müəllifi Sauıtbek Abdrahmanov Abiş Kekilbayevlə bağlı xatirələrini bölüşüb. O bildirib ki, görkəmli yazıçını yaxından tanıyıb və onunla uzun illər ünsiyyətdə olub.




Baxış sayı: 100
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30