FACT-INFO.AZ » XƏBƏR » Mediada islahatlar zamanın tələbidir – Elçin Mirzəbəyli
11-01-2021, 18:05 | XƏBƏR
Mediada islahatlar zamanın tələbidir – Elçin Mirzəbəyli

İndi Azərbaycan mediası, təkcə imkanlarına və potensialına görə deyil, həm də söykəndiyi hüquqi bazaya görə də, işıq sürəti ilə uçan raketin arxasınca əllərini qeyri-ixtiyari yuxarı-aşağı hərəkət etdirməklə “uçduğunu” nümayiş etdirən piyadaya bənzəyir. Yəni biz, indiki durumumuzla “yeni nəsil hibrid və elektrik avtomobilləri”nin arxasınca “qaçmaq” mərhələsini belə adlamamışıq. Bir az kəskin yanaşma oldu, amma reallıq belədir. Hətta bunu etiraf etmək ağır olsa da... Son 21-22 il ərzində medianın problemləri ilə bağlı çoxsaylı verilişlər hazırlayan, araşdırma və köşə yazıları yazan, müsahibələr, açıqlamalar verən bir media nümayəndəsi kimi, kosmetik dəyişikliklərin medianın “sürətini” artırmaq üçün yetərli olmadığını yazmışam, demişəm və bütün yazdıqlarım, dediklərim bu gün də əlçatandır.

Təxminən 13 il öncə medianın müstəqil inkişafına mane olan səbəblər haqqında Beynəlxalq Mətbuat Mərkəzində keçirilən toplantıda söz açmışdım. Əgər yanılmıramsa, o zaman Natiq Məmmədlidən başqa fikirlərimə şərik çıxan olmamışdı.

Sitat:

“Azad rəqəbətin diqtə etdiyi şərtlər altında formalaşmış, vahid mərkəzdən idarə edilməyən, bazar qanunlarına tabe olan reklam bazarı yoxdursa o zaman “avtomobi”lin “arxa işıqları”, “şüşəsiləni” haqqında danışmaqla problem öz həllini tapmayacaq. İqtisadiyyatın mühərriki azad bazar münasibətləri, medianın mühərriki isə azad reklam bazarıdır. Problemin həllində də mühərrikdən başlamaq lazımdır, “arxa işıq”dan, “şüşəsilən”dən yox!”

Konfutsinin ideal cəmiyyət haqqında məhşur bir ehkamı var. Doğrudur, sonralar bolşeviklər bu ehkamı istedadından, bacarığından asılı olmadan “hər kəsə bərabər” qaydada tətbiq etməyə çalışdılar – “vahid qazandan hər kəsə eyni çömçə ilə...” Sonrası bəllidir, “çömçə” yemək çəkənin arzu və istəklərindən asılı olaraq, qazandan gah yarımçıq, gah da dolu çıxdı. Forma qaldı, məzmun dəyişdi. Və yaxud əksinə...

Medianın problemləri çoxdur, şübhəsiz. O qədər çoxdur ki, sadalamaqla bitməz. Problemin kökündə isə ilk növbədə nəinki bu günümüzlə, hətta 5-10 il öncə yaranmış reallıqlarla belə ayaqlaşa bilməyən hüquqi baza – “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanun dayanır. Artıq əlavə və dəyişikliklərlə “yamaq vurmaq” da bir işə yaramır və qanun mahiyyət etibarilə müasir dövrün reallıqları nəzərə alınmaqla yenidən hazırlanmalı, Milli Məclisin müzakirəsinə təqdim olunmalıdır.

Qüvvədə olan qanunda kütləvi informasiya vasitələrinin təsnifatı, hətta sonradan əlavə və dəyişikliklər olunsa da belə, kifayət qədər arxaikdir və faktiki olaraq media kimi fəaliyyət göstərən resursların qanun qarşısında hüquqi bərabərliyini və məsuliyyətini təmin edə bilmir. Bu isə öz növbəsində sektorda xaosun, özbaşınalığın və dərəbəyliyin baş alıb getməsinə, peşəkar, jurnalistlərinin peşə davranışı qaydalarına, ölkə qanunlarına əməl edən resursların qeyri-peşəkar, cinayətkar məqsədlərin həyata keçirilməsi niyyətilə yaradılan və sayı hər “yağış”dan sonra artan zəhərli “göbələk”lərlə rəqabətdə məğlub duruma düşmələrinə imkan yaradır.

“Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunda “internet informasiya ehtiyatları”ndan söz açılsa da və onlar mövcud hüquqi-normativ akta uyğun olaraq, KİV sayılsalar da, bu resursların fəaliyyətilə bağlı hüquqi tənzimləmə mexanizmləri, faktiki olaraq mövcud deyil. Eyni problem sosial mediada daha qabarıq, daha acınacaqlı şəkildə özünü büruzə verir. Hazırda “Facebook”, “YouTube”, “Twitter”, “İnstagram”, “Telegram” və bu kimi çoxsaylı sosial media resurslarında de-fakto jurnalistika ilə məşğul olan saysız-hesabsız bloqqer, vloqqer, vayner, yutubber və müxtəlif digər adlarla çağırılan “yeni media” təmsilçiləri var ki, onların fəaliyyəti Azərbaycanda faktiki olaraq qanunvericiliklə tənzimlənmir. Ölkənin onsuz da məhdud olan reklam bazarı, əsasən sosial şəbəkələrdə cəmləşir və nəticədə ənənəvi mediadan, peşəkar jurnalistlərdən daha çox qazanc əldə edən “yeni media” təmsilçiləri hüquqi məsuliyyətlə yanaşı, vergi ödəməkdən də yayınırlar.

Ölkədə ənənəvi medianın uzun müddətdir ki, böhran vəziyyətində olduğunu, iqtisadiyyatın və reklam bazarının tam liberallaşmamasından, müasir informasiya-kommunikasiya texnologiyalarından lazımınca istifadə edilməməsindən və digər amillərdən qaynaqlanan problemlərlə qarşı-qarşıya qaldığını nəzərə alsaq, bu sahədə köklü islahatların aparılmasının labüdlüyünü müəyyənləşdirə bilərik.

Çap mediasının durumu artıq uzun illərdir ki, getdikcə daha da pisləşir. Poliqrafiyadan başlamış yayıma, satışadək hər şey göründüyündən daha bərbad vəziyyətdədir. Heç kim döşünə döyməsin, çünki bu sektorda fəaliyyət göstərənlər real vəziyyətin necə olduğunu kifayət qədər yaxşı bilirlər. İndiki halda “çap mediası”nın ayaqda saxlanılması siyasətilə hər hansı irəliləyişə nail olmaq mümkün deyil. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ayırdığı yardımlar isə, ən yaxşı halda çap mediasının “ayaq üstə qalması” üçün tutarğac funksiyasını yerinə yetirir, vəssalam. Əksər hallarda “kağıza xərclənən” və nəticə etibarilə maklaturaya çevrilən qəzetlərin mövcudluğunu qoruyub saxlamağın yeganə yolu, ona “yeriməyi” öyrətməkdən və onun müasir informasiya-kommunikasiya məkanındakı yerini müəyyənləşdirməkdən ibarətdir. Amma heç bir halda medianın klassik məzmunundan və institutlarından imtina edilməməlidir. Onlar sadəcə modernləşdirilməli və fəaliyyətləri üçün həm hüquqi, həm də iqtisadi müstəvində bərabər, ədalətli rəqabət mühiti yaradılmalıdır. Çünki medianın ənənəvi instutlarından və dəyərlərindən imtina bu sektordakı “xaos texnoloqları”nın mövqelərini daha da möhkəmləndirə, informasiya məkanının milli seqmetintni bütün təhlükələrə və neqativ çağırışlara qarşı müqavimətsiz hala gətirə bilər. Necə ki, bunun təzahürlərini son 10-15 ildə görməkdəyik. Bu gün media adına iddia edən resursların böyük əksəriyyyətində jurnalistikanın peşə qaydaları ilə yanaşı, Azərbaycan dilinin qaydalarına, ölkə qanunlarının tələblərinə, hətta hər bir vətəndaşın bilməli olduğu konstitusiya normalarına belə əməl olunmur. Ölkə KİV-lərinin böyük əksəriyyətində redaktorluq, korrektorluq insitutları sıradan çıxıb.

Peşəkarlıqla, ixtisaslaşma ilə bağlı probleblemlər özünü getdikcə daha qabarıq şəkildə büruzə verir. Bu və ya digər resursun KİV olaraq fəaliyyət göstərməsi üçün minimum standartlar, hətta qanunvericilik səviyyəsində belə müəyyənləşməyib. Hüquqi boşluqlar medianı asanlıqla öz cinayətkar əməlləri üçün vasitə edən təhsilsiz, istedadsız, cəmiyyəti ayaqda saxlayan bütün dəyərləri öz korparativ maraqları üçün təməlindən söküb atmağa hazır olan uğursuzların meydan suladığı məkana çevirib. Nəticədə jurnalsitikanın nüfuzuna xələl gəlib, insanların mediaya olan inamı azalıb və bu da şübhəsiz ki, düşmənlə üz-üzə qalan Azərbaycanın informasiya təhlükəsizliyi üçün ciddi problemlər yaradır.

Azərbaycan Ordusunun möhtəşəm zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsində Ermənistanın təxribat xarakterli məlumatlarını ölkəmizin informasiya məkanına daşıyan, aldığı, yaxud əldə etdiyi xəbərin mənbəyini araşdırmayan, təhlil etməyi bacarmayan qeyri-peşəkarların və onların “reytinq savaşı” tələsinə düşən oxucu və izləyicilərin necə ciddi və aradan qaldırılması böyük zəhmət tələb edən problemlərə yol açdıqlarının şahidi olduq.

Media cəmiyyətin bir parçasıdır və cəmiyyətin hər bir fərdinin hüquq və vəzifələri qanunlarla tənzimləndiyi, icrasına nəzarət edildiyi halda, kütləvi informasiya vasitələri bu prosesdən kənarda qala bilməz. Qanunlar və onların icrasına nəzarət mexanizmləri informasiya məkanının bütün real və virtual seqmentlərində tətbiq olunmalı, öz əksini tapmalıdır. Əks təqdirdə bu birgəyaşayışı alt-üst edən hüquqi nihilizmə, xaosa yol aça, mövcud çatışmazlıqları, ziddiyyətləri dərinləşdirə, buraxılan boşluqların milli identikliyimizi, mədəniyyətimizi, bir xalq olaraq varlığımızı sarsıda biləcək ideyalara və texnologiyalara qarşı müqavimətsiz vəziyyətə sala bilər. Məhz bu aspektdən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun da formaca mövcud çağırışlara və tələblərə cavab vermədiyi qənaətindəyəm. İndiki şəraitdə KİVİDF-nin bazasında daha geniş səlahiyyətləri olan, media ilə bağlı bütün seqmentlərdə prosesləri tənzimləyə biləcək bir qurumun yaradılmasına ehtiyac var.

Mediadakı sistemsizliyə, hüquqi nihilizmə, özbaşınalığa yol açan, milli informasiya məkanına münasibətdə etimadsızlıq mühitinin yaradılmazına, sui-istifadə hallarına imkan verən bütün problemlər, qanunların aliliyinin təmin edilməsi və çevik tənzimləmə mexanizmlərinin tətbiqi yolu ilə aradan qaldırılmalıdır.

Mediada köklü islahatların aparılması zamanın və Azərbaycan xalqının maraqlarının tələbidir. Ola bilsin ki, bu proses kimlər üçünsə ağrılı olacaq. Amma peşəkarlar, öz işinə sayğı duyanlar, jurnalist adını şərəflə daşıyanlar, Azərbaycanın milli mətbuatının inkişafını ürəkdən arzulayanlar, mövcud xaotik duruma və cinayətkarların şərəfli peşəmizi gözdən salmaq “missiyası”na son qoyulmasını istəyənlər bu prosesdən uğurla çıxacaqlar. Nəticədə isə Azərbaycan qazanacaq!

Elçin Mirzəbəyli

Əməkdar jurnalist, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru




Baxış sayı: 853
DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib Bu gün, 10:30 Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb Bu gün, 10:00 Tarixin yaddaşına işıq salan alim — Qafar Cəbiyev Bu gün, 09:30 Eşqin Abbasov – Qəhrəmanlıqla ucalan ömür Dünən, 18:00 Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür Dünən, 16:30 Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb Dünən, 10:30 Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var Dünən, 09:00 Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib Dünən, 08:00 Qazaxıstanın Orta Dəhliz strategiyası Azərbaycan üzərindən Pakistan üçün yeni imkanlar yaradır 15-08-2026, 11:00 Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində 15-08-2026, 10:30 Azərbaycanın mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub 15-08-2026, 09:00 Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil 14-08-2026, 21:00 Quba rayonunda zəlzələ baş verib 14-08-2026, 21:00 Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation” 14-08-2026, 17:00 “Azərbaycanla münasibətlərin yeni səhifəsini birgə yazmağa hazırıq” - Səfir 14-08-2026, 16:00 Мировые медиа широко осветили заявления Президента Ильхама Алиева, сделанные в Нахчыване 14-08-2026, 14:00 Kəlbəcərdə minanın partlaması nəticəsində yaralanan şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır 14-08-2026, 11:30 Pakistan səfiri: Regionda sülhün təmin olunması üçün səylərimizi davam etdiririk 14-08-2026, 11:00 “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib 14-08-2026, 10:30 Xankəndi, Ağdərə və Xocalı ilə Rumıniyanın şəhərləri arasında əlaqələr qurulur 14-08-2026, 10:00 Xankəndi şəhərinə növbəti köç yola salınıb 14-08-2026, 08:00 Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir 13-08-2026, 21:00 Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb 13-08-2026, 19:00 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib 13-08-2026, 17:00 Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb 13-08-2026, 17:00 President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan 13-08-2026, 15:00 Zelenski ABŞ-dən "Patriot" raketlərinin ən azı 5 faizini Ukraynaya satmağı xahiş edib 13-08-2026, 10:30 İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi 13-08-2026, 10:00 BDYPİ piyadalara müraciət edib: “Yol təhlükəsizliyi hər kəsin düzgün davranışından başlayır” 13-08-2026, 10:00 Türk dünyasında diasporun rolu müzakirə edilib 13-08-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31