FACT-INFO.AZ » MEDİA » Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb
24-11-2024, 10:30 | MEDİA
Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb

zərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov COP29-la bağlı “BBC” kanalına müsahibə verib.

Müsahibədə səfir Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı inklüziv müzakirələrə üstünlük verdiyini vurğulayıb. O, qeyd edib ki, iqlim dəyişikliklərinə səbəb olan resursların nümayəndələri də daxil olmaqla, bütün tərəflərin iştirakı ilə müzakirələr aparılmalıdır: "Dəyişiklik istəyiriksə, hər kəs masa ətrafında olmalıdır. 28 COP keçib, hələ də danışırıq. Bunun əsas səbəblərindən biri, kifayət qədər inklüziv müzakirələrin aparılmamasıdır. Azərbaycan isə bu dəfə fərqli yanaşma tətbiq edir”, - deyə səfir bildirib.

E.Süleymanov müsahibə zamanı Azərbaycana qarşı yönəlmiş bəzi ittihamlara da cavab verib. O, diqqəti iqlim dəyişikliyi məsələlərinə yönəltməyin vacibliyini vurğulayaraq, müzakirələrə aidiyyəti olmayan məsələlərin COP konfranslarında diqqəti yayındırdığını qeyd edib.

Səfir bildirib ki, COP29 Azərbaycanın qlobal iqlim dəyişikliklərinə dair səylərini təqdim etmək üçün vacib platformadır. Azərbaycanın məqsədi yalnız müzakirələr aparmaq deyil, həm də konkret həll yollarına nail olmaqdır: "Bizim məqsədimiz qlobal ölçülərə uyğun, davamlı razılaşma əldə etməkdir. Azərbaycan bu sahədə öz öhdəliyini nümayiş etdirir. Razılıq əldə edilsə, bu, yalnız Azərbaycanın deyil, bütün dünyanın uğuru olacaq. Əks təqdirdə bu, kollektiv uğursuzluq olacaq. Bəzi Qərb dövlətlərinin liderləri iqlim böhranı ilə mübarizəyə həqiqətən də əhəmiyyət versəydilər, onlar da Britaniyanın Baş naziri Kir Starmer kimi şəxsən COP29-da iştirak edərdilər”, - deyə səfir qeyd edib.




Baxış sayı: 145
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30