Fevralın 20-də Türkiyənin İzmir şəhərində Forumun İkinci toplantısı keçirələcək. Forumda Azərbaycan, Türkiyə və Gürcüstandan 50-yə qədər Qeyri-Hökumət Təşkilatı təmsil olunur. İrandan 4 nəfərlik nümayəndə heyəti forumun toplantısına müşahidəçi qismində qatılır, digər ölkələrdən də nümayəndələrin iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, Beynəlxalq Forumun Birinci Təsis toplantısı 2015- ci il dekabrın 29-da Bakıda keçirilib, Forumun yaradılmasına dair Bəyannamə elan olunub. İkinci (İzmir) toplantıda Təsis Bəyannaməsinin imzalanması, həmçinin bir sıra aktual məsələlərin, o cümlədən ATƏT Minsk qrupunun fəaliyyəti, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi və digər məsələlərin müzakirəsi, qərarların qəbulu nəzərdə tutulur. Forum üzvləri İzmir toplantısından sonra fevralın 21-26-da İzmir, Ankara, Sakarya, İzmit, İstanbul şəhərlərində bir sıra rəsmi və qeyri-rəsmi görüşlər keçirəcək, Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək, İstanbul yürüşünə qatılacaqlar.
Beynəlxalq Forumun fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstək verilir.(qhtxeber.az)
Baxış sayı: 2 273
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

