FACT-INFO.AZ » XƏBƏR » The Jerusalem Post: “Azərbaycanda koronavirus: çağırışlar və reallıq”
30-04-2020, 17:15 | XƏBƏR
The Jerusalem Post: “Azərbaycanda koronavirus: çağırışlar və reallıq”

2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bildirilmişdi ki, Çinin Uxan şəhərində aşkar edilmiş yeni koronavirus mənbəyi bir qrup insanın respirator xəstəliyinə tutulmasına səbəb olub. 2020-ci il yanvarın 12-də ÜST bu məlumatın həqiqət olduğunu təsdiq etdi.

2020-ci il fevralın 27-də koronavirus pandemiyasının doğura biləcəyi təhlükənin qarşısının alınması və təcili profilaktik tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycanın Baş Naziri Əli Əsədov başda olmaqla müvafiq dövlət təşkilatlarının rəhbərlərindən ibarət operativ qərargah yaradıldı.

Modern.az xəbər verir ki, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Azərbaycanda koronavirus: çağırışlar və reallıq” sərlövhəli məqaləsində bu haqda yazır.

İstinad: https: //www.jpost.com / opinion/coronavirus - in-azerbaijan - challenges-and - reality-626065

İsrailli ekspertin fikrincə, gözəgörünməz düşmən olan bu yeni koronavirus dənizə çıxışı olmayan Azərbaycana gizli yolla daxil olub. İsrailli ekspert öz məqaləsində yazır: “Bu gün İsrailin Avrasiyada etibarlı tərəfdaşı və müttəfiqi olan Azərbaycan güclü, müstəqil dövlət və Cənubi Qafqaz regionunda geosiyasi və geoiqtisadi proseslərin lideridir.

Geoiqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq üzrə müxtəlif layihələri həyata keçirən Azərbaycan regionda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və firavanlığın sərhədlərinin genişlənməsinə imkan yaradır. Başqa sözlə, bu gün Azərbaycan təhlükəsizliyin və sabitliyin ixracatçısıdır. Bundan başqa, ölkə beynəlxalq ictimaiyyətin müasir təhdidlərin qarşısının alınmasına yönəlmiş səylərini birbaşa dəstəkləyir”.

Arye Qut qeyd edir ki, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionuna nəzər salsaq, adi gözlə görmək olar ki, bu ölkə çox mürəkkəb, kompleks “geosiyasi mühitdə” Rusiya, Türkiyə və İran kimi qeyri-adi geosiyasi aktorların əhatəsindədir.

Arye Qut vurğulayır: “Azərbaycan virus təhlükəsini ilk gündən kifayət qədər ciddi qəbul etdi. Virusun yayılmasını məhdudlaşdırmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə kompleks tədbirlər həyata keçirilib. COVID-19 virusuna yoluxma ilə bağlı ilk bir neçə hadisə aşkar ediləndən dərhal sonra bütün uşaq bağçaları, məktəblər və universitetlər bağlandı.

Adamlar evlərindən yalnız təcili tibbi məhsulları almaq üçün, onların həyatlarına və ya sağlamlığına təhlükə yarandıqda və ya zibil atmaq üçün çıxa bilərlər. Nazirlər Kabinetinin qərarına əsasən, aprelin 20-sinə qədər bazarlar, apteklər və onlayn-mağazalardan başqa bütün mağazalar və restoranlar, bütün əyləncə mərkəzləri, muzeylər, kinoteatrlar, teatrlar, idman zalları, bərbərxana və gözəllik salonları, dərzi və fotoqraf xidmətləri bağlanmışdı. Dəfn mərasimlərindən başqa insanların kütləvi şəkildə toplaşması, toylar və əyləncə gecələri də daxil olmaqla, qadağan idi. Bir neçə gündən sonra Azərbaycan öz sərhədlərini qismən bağladı, hava nəqliyyatının hərəkətini əhəmiyyətli dərəcədə azaltdı. Kütləvi yığıncaqlar qadağan edildi, mədəni və əyləncə müəssisələrini bağladılar, kafelər, restoranlar, mağazalar, ticarət mərkəzləri və ictimai nəqliyyat üçün konkret göstərişləri qəbul edildi. Sonra virusun yayılmasının ləngidilməsi üçün əlavə məhdudiyyətlər qəbul edildi, 2020-ci il aprelin 5-dən Azərbaycanda bütün ölkə üzrə karantin elan edildi”.

Məqalənin müəllifi qeyd edir ki, hazırda ölkə vətəndaşları və xarici vətəndaşlar qida məhsulları, dərmanlar kimi ilkin tələbat malları almaq, tibb müəssisəsinə baş çəkmək və ya zəruri səfər etmək məqsədilə evdən çıxmaq üçün müəyyən nömrəyə pulsuz mətn mesajı göndərib, icazə almalıdırlar. Azərbaycanın bütün sərhədləri sərnişin daşımaları üçün tamamilə bağlanıb.

Arye Qut yazır: “Yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxması qadağandır, tənha yaşayan ahıl insanlara hökumət yardım göstərir. Eyni zamanda, tənha ahıl insanların “60+ risk qrupu”nda qeydiyyatı üçün xüsusi platforma yaradılıb. Belə insanlara xüsusi çağrı mərkəzinə zəng vuraraq və tənha olduqlarını bildirmək və ya onlayn rejimdə qeydiyyatdan keçmək imkanı verilir.

Artıq həqiqətən köməyə ehtiyac duyan1408 nəfər sosial cəhətdən həssas və zəif insan aşkar edilib. Bu insanlara bilavasitə dövlət tərəfindən və Heydər Əliyev Fondunun dəstəyi ilə könüllülər hərəkatının üzvləri tərəfindən kömək göstərilir. Bu risk qrupundan olan bütün insanlar yeməklə və bütün zəruri vasitələrlə təmin edilib. Mağazalardan mallar onlara pulsuz çatdırılır. Belə malların hamısının haqqını dövlət ödəyir”.

Məqalənin müəllifi vurğulayır ki, Azərbaycanda 75.000-dən çox test keçirilib. Bu, əhalinin hər milyon nəfərinə təxminən 7300 test deməkdir.

İsrailli ekspert yazır: “Bu rəqəm onu göstərir ki, Azərbaycan sınaqların miqdarına görə bütün regionda birinci yeri tutur və keçirilmiş testlərin sayına görə qabaqcıl Avropa ölkələrinin çoxundan irəlidədir. İndi bütün Azərbaycan karantindədir. İnsanlar parklara və kababxanalara getmir, ibadət yerlərinə getməyə çalışmırlar. Ən başlıcası, bütün bunlar sivil şəkildə baş verir. Çünki ölkədə lüzumsuz təlaş yoxdur. Dövlət təsisatlarına etimad yüksək səviyyədədir, insanlar əmindirlər ki, onları atmayacaqlar və onlara humanist münasibət göstəriləcək”.

Arye Qut qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev COVID-19-un iqtisadi və sosial təsirini yumşaltmaq və azaltmaq, koronavirus pandemiyasına qarşı mübarizədə üçün real kömək etmək üçün ölkə üzrə ÜDM-in 3 faizi (2,5 milyard manat və ya 1,47 milyard dollar) məbləğində vəsait ayırıb. Bu, bütün post-sovet dövrü üçün Azərbaycanın ÜDM-inin ən böyük hissəsi deməkdir.

Arye Qut vurğulayır: “600.000-dən çox insan dövlət proqramından dəstək alacaq. Hökumət maaşların əhəmiyyətli hissəsini ödəyəcək. Bu kateqoriyaya aid olan insanlar əhalinin aztəminatlı təbəqələrinin nümayəndələri, həmçinin koronavirusa görə işini itirmiş və qeyri-rəsmi işləyən insanlardır.

Postpandemiya dövründə biznesin iqtisadi fəallığının daha sürətli bərpası məqsədilə sahibkarlar üçün vergi güzəştlərini genişləndirən, onların güzəştli kreditlərdən bəhrələnə bilməsi üçün dövlət dəstəyi şəklində stimullar paketi tətbiq edilir.

Məqalənin müəllifi qeyd edir ki, Azərbaycan dövləti işsizliklə bağlı problemləri də həll edir - 70.000-dən çox insan ünvanlı sosial yardım alır. Arye Qut vurğulayır: “Bütün bu addımlar Azərbaycan dövlətinin öz vətəndaşlarına böyük qayğı və diqqətin, həmçinin indiki böhranın nəticələri fonunda ciddi dəstəyin göstəricisidir. Sosial paketdə yeni koronavirusun təsiri ilə bağlı problemləri yüngülləşdirməyə yönəlmiş bir sıra tədbirlər, o cümlədən 200.000 işsiz vətəndaşa iki ay ərzində yaşam minimumu həcmində birdəfəlik ödəmələr, 50.000 ödənişli ictimai iş yeri yaradılması, sosial baxımdan həssas ailələrdən olan tələbələr üçün təhsilə dəstək proqramı, ipotekaların və kreditlərin təminatı mexanizmi üçün maliyyə dəstəyi proqramı, kommunal ödənişlərin dəstəyi proqramı, ilk növbədə, əhali tərəfindən elektrik enerjisi istehlakı və həyati əhəmiyyətli sərnişin nəqliyyat əməliyyatları üçün maliyyə dəstəyi proqramı nəzərdə tutulur”.

Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsinin sonunda yazır: “Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının yaratdığı COVID-19-a qarşı qlobal səylərin dəstəklənməsi Fonduna 5 milyon dollar ianə verib. Qeyd edək ki, postsovet məkanında və bütün Avrasiyada belə bir addım atmış yeganə ölkə Azərbaycandır. Göründüyü kimi, Azərbaycan koronavirusun yayılmasının qarşısını almaq üçün, həmçinin pandemiyanın ölkə iqtisadiyyatına və əhaliyə vurduğu zərəri yumşaltmaq üçün mümkün olan bütün tədbirləri həyata keçirir”.




Baxış sayı: 1 027
Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir Dünən, 12:00 Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək Dünən, 11:30 Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib Dünən, 11:30 Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir 4-09-2026, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 4-09-2026, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib 4-09-2026, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək 4-09-2026, 18:00 Azerbaijan’s mine problem raised in Prague 4-09-2026, 17:30 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı 4-09-2026, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb 4-09-2026, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova 4-09-2026, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib 4-09-2026, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 3-09-2026, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır 3-09-2026, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib 3-09-2026, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb 3-09-2026, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi 3-09-2026, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb 3-09-2026, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir 3-09-2026, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub 3-09-2026, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib 3-09-2026, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər 3-09-2026, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930