FACT-INFO.AZ » İQTİSADİYYAT » Anar Məmmədov: 2020-ci ilin birinci rübünün sosial-iqtisadi inkişaf dinamikası inkişaf və tərəqqi ilə müşahidə olunub
15-04-2020, 10:10 | İQTİSADİYYAT
Anar Məmmədov: 2020-ci ilin birinci rübünün sosial-iqtisadi inkişaf dinamikası inkişaf və tərəqqi ilə müşahidə olunub

2019-cu ilin sonundan etibarən Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırdı, iqtisadi inkişafın yeni mənbələrinin tapılmasına imkan yaratdı, qeyri-neft sektorunun sürətli inkişafını təmin etdi. Təbii ki, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin yüksəlməsində, ixracın və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərdi.

Koronavirus pandemiyasının bütün dünyada yaratdığı qlobal problemlərə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində ölkəmizdə sosial-iqtisadi inkişaf uğurla davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı və əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Belə bir şəraitdə sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilməkdədir.

Aparılan islahatlara və təşəbbüslərə, dövlətimizin başçısının çağırış və tövsiyələrinə iqtisadi subyektlər lazımi dəstəyi və reaksiyanı verərək makroiqtisadi göstəricilərdə müsbət dinamika göstəriblər. Belə ki, ötən müddət ərzində ümumi daxili məhsul 3 faizə yaxın artıb, qeyri–neft sektorunda isə təxminən 7 faizə yaxın artım olub, qeyri–neft sənaye sektorunda artım 23 faiz olub. Bu isə onu göstərir ki, ötən dövr dövlət başçısı tərəfindən bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz müsbət nəticəsini göstərməkdədir.

Eyni zamanda Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb. Dövlətimizin başçısı daim sosial problemlərin həllini diqqət mərkəzində saxladığına görə yaranmış imkanların, ilk növbədə, məhz sosial sferaya yönəldilməsini təmin edib. Hazırda ölkəmizdə inflyasiya 3 faiz səviyyəsindədir. Əhalinin gəlirləri isə 7 faizə yaxındır. İlk üç ay ərzində vergi və gömrük orqanlarının tərəfindən daxilolmalar da proqnozdan artıq olub. Orta aylıq əməkhaqqının 28 faiz, orta pensiyanın təqribən 27 faiz artması isə onu göstərir ki, bu istiqamətdə müsbət işlər görülüb. Bu gün Azərbaycanda orta aylıq əməkhaqqı 712 manat, orta pensiya 295 manat, yaşa görə pensiya isə 330 manata yaxındır.

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin elan olunması isə sosial sahəyə ayrılan diqqəti günü-günə artırır, işsiz şəxslərlə bağlı problemlər öz həllini tapır və iş axtaranlar öz adlarını kütləvi surətdə qeydiyyata salırlar. Hazırda ünvanlı sosial yardım alan insanların sayı 70 mindən çoxdur. Mövcud vəziyyətlə əlaqədar olaraq, son aylar ərzində ünvanlı sosial yardım alan insanların sayında isə demək olar ki, artım müşahidə olunur. Müraciətlərlə bağlı hər bir məsələyə ayrı-ayrılıqda baxılır və vahid meyarlar tətbiq olunur. Təbii ki, bunlar Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayandığı tezisini bir daha təsdiq edir.

Öz çıxışında koronavirusla mübarizə sahəsində lazımi avadanlıqların, ləvazimatların alınması üçün Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrılması, 150 milyon manatın ayrılmasının da nəzərdə tutulduğunu qeyd edən ölkə başçısı vəziyyətin nəzarət altında saxlanıldığını bildirməklə yanaşı, iqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar da verdi və bununla da 2020-ci ili dərin islahatlar dövrü olacağını vurğuladı.

Milli Məclisin deputatı Anar Məmmədov




Baxış sayı: 1 249
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30