FACT-INFO.AZ » SİYASƏT » Dünyanın ən böyük dövlətlərindən koronavirusla bağlı BİRGƏ QƏRAR
27-03-2020, 07:55 | SİYASƏT
Dünyanın ən böyük dövlətlərindən koronavirusla bağlı BİRGƏ QƏRAR

"G20-lərin (“böyük iyirmilər”) toplantısı tarixdə ilk dəfə olaraq onlayn rejimdə keçirildi. Onlayn rejimdə keçirilən sammitə şərti olaraq Səudiyyə Ərəbistanı başçılıq edirdi. Çünki, sammit əvvəlcədən planlaşdırıldığı kimi canlı keçirilsəydi, dövlət başçıları Səudiyyə Ərəbistanında toplanmalı idilər. Bəlkə də belə yaxşıdır, ümumiyyətlə gələcəkdə də sammitlərin virtual keçirilməsi ənənəyə çevrilə bilər. Liderlər səfərlərə və görüşlərə günlərini sərf etməkdənsə bunların hamısını yerlərindən qalxmadan həyata keçirə bilərlər".

Publika.az xəbər verir ki, bu fikirləri politoloq, "Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, sammitdən kənar ikitərəfli görüşləri də onlayn keçirmək olar. Məsələni sammit başlamadan öncə Rusiya və Fransa prezidentləri onlayn rejimdə fikir mübadiləsi aparıblar: "Sammitin əsas mövzusu gözlənildiyi kimi koronavirus olub. Başqa mövzular zatən yoxdur. Koronavirus bütün mövzuları gündəmdən çıxardıb. Böyük dövlətlər nə müharibələri, nə də neftin qiymətlərinin enməsini müzakirə edirlər. Buna ehtiyac da yoxdur. Koronavirus olan yerdə müharibələr, enerji qiymətləri mövzuları arxa plana keçib. Halbuki, hələ bir neçə gün əvvəl beynəlxalq aləmin mövzuları bunlar idi: Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft qiymətləri ilə bağlı mübarizəsi, Liviya və Suriyada davam edən müharibələr, Amerikanın yeni Yaxın Şərq planı və buna Fələstinin və digər müsəlman ölkələrinin etirazı və s. Koronavirus var olduğu müddətdə bu mövzuların müzakirəsi aktual deyil. Çünki bu mövzularda adı keçən dövlətlərin özləri də insanlarını itirməmək üçün koronavirusla mübakirə aparırlar.

Müharibədə vuruşan tərəflər özlərini qarşı tərəfin raket və top atəşindən qorumaq əvəzinə gözügörünməz düşməndən – koronavirusdan qorumağa çalışırlar. Bu virus sərhəd və tərəf tanımır, hamını hədəf götürür. Ona görə də ən azı mart ayı ərzində dünyanın müxtəlif ölkələrindəki toqquşmalar özlüyündən ya dayanıb, ya da şiddəti azalıb.

Böyük dövlətlər onlayn sammitdə qərara gəliblər ki, koronavirusla mübarizədə fəaliyyətlərini birləşdirsinlər. Həqiqətən hər dövlətin elmi mütəxəssislərinin virusa qarşı birgə çalışmalarının aktuallğı artıb. Virusa qarşı dərmanın formalaşacaq beynəlxalq komanda tərəfindən icadı hamı üçün faydalı olar. Digər tərəfdən, onlayn sammitdə qərara alınıb ki, qlobal iqtisadi böhrandan qurtulmaq üçün dünya iqtisadiyyatına 5 trilyon dollar yatırım qoyulmalıdır. Böyük dövlətlər tibbi ləvazimatların istehsalına diqqəti artıracaqlar. Bu məqsədlə böyük dövlətlərin səhiyyə nazirləri aprel ayında bir araya gələcəklər.

Böyük dövlətlər qərarlarını verdilər. Bəşəriyyət böyük təhlükə qarşısındadır. Ona görə də keçmişdəki toplantılarda verilən qərarlardan fərqli olaraq bu dəfəki qərarların icrası vacibdir. Hazırda böyük dövlətlər qarşısında iki böyük vəzifə dayanır. Birinci vəzifə virusa qarşı mübarizə tədbirlərini əlaqələndirmək və gücləndirmək, ikinci vəzifə isə ağır yara alan dünya iqtisadiyyatını əvvəlki axarına qaytarmaq olmalıdır. Odur ki, virusla mübarizədən kənar mövzularda didişməyə və fikir ayrılıqlarını dərinləşdirməyə zaman yoxdur".




Baxış sayı: 843
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031