FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycan diplomatiyası strateji maraqlar üzərində qurulub
10-03-2020, 09:05 | İQTİSADİYYAT
Azərbaycan diplomatiyası strateji maraqlar üzərində qurulub

Dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmlənməsinə xidmət edən Azərbaycan diplomatiyası çox çətin və şərəfli inkişaf yolu keçib. Azərbaycanın diplomatik uğurları xalqın milli mənafeyini özündə əks etdirir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq birliyin fəal üzvünə çevrilməsində diplomatlarımızın, diplomatik xidmət orqanlarının müstəsna xidmətləri vardır.

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a müsahibəsində politoloq İlqar Vəlizadə söyləyib.

Azərbaycan diplomatiyasının böyük ənənələrə söykəndiyini vurğulayan politoloq bildirib ki, diplomatlarımız müxtəlif dövrlərdə, müxtəlif siyasi arenalarda ölkəmizi hər zaman layiqincə təmsil ediblər. Çar Rusiyası və SSRİ dövrlərində xalqın elçiləri ölkəmizin mənafelərini hər zaman ləyaqətlə qoruyublar.

İ.Vəlizadə vurğulayıb ki, diplomatiyadan danışarkən, ümummilli lider, dahi siyasi xadim Heydər Əliyevin xidmətlərini qeyd etməmək mümkün deyil “1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yenidən dəyişərək, onu strateji maraqlar əsasında qurdu. Müstəqil ölkəmizdə digər sahələr kimi, diplomatiya məktəbi də yenidən formalaşmağa başladı. Hələ Milli Məclisin sədri seçilərkən Heydər Əliyev xarici siyasətin başlıca vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. Azərbaycanın indiyə qədər belə sağlam düşüncəli xarici siyasəti olmayıb”. Əsası Ulu Öndər tərəfindən qoyulan xarici siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Azərbaycan Prezidenti son dərəcə təcrübəli və bacarıqlı diplomatdır”, - deyən politoloq bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yüksək diplomatik peşəkarlıq tələb olunur. Azərbaycan Prezidenti məhz yüksək diplomatik peşəkarlıq nümayiş etdirərək, yüksək tribunalardan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına nail olur. Biz dövlətimizin başçısının diplomatiyasının gücünü “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında, eləcə də Münxen Təhlükəsizlik Konfransının panel müzakirələrində aydın şəkildə gördük. Azərbaycan Prezidenti hazırlıqlı olması, tarixi faktlarla və sübutlarla danışaraq soyuqqanlı tərzdə fikrini əsaslandırması qarşı tərəfi susdurmağa məcbur etdi.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş danışıqlar prosesində vaxtın Azərbaycanın xeyrinə işlədiyini diqqətə çatdıran İ.Vəlizadə bildirib ki, Azərbaycan ildən-ilə güclənir, beynəlxalq mövqelərini möhkəmləndirir və bütün bunlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacağına ümidləri artırır. Təhlillər göstərir ki, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında müvafiq qətnamələrinin mövcudluğu, Avropa Şurası və ATƏT-in qəbul etdiyi bir sıra qərarlarda Ermənistanın təcavüzkar dövlət olduğunun təsbit edilməsi, Prezident İlham Əliyevin hücum diplomatiyasının uğurlu nəticələri, informasiya müharibəsində münaqişə barədə erməni tərəfin yaydığı dezinformasiyanın ifşa olunması, ölkəmizin iqtisadi-hərbi baxımdan güclənməsi, nəhayət, problemin digər vasitələrlə həlli hüququnu özündə saxlaması problemin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinə ciddi əsaslar verir.

Politoloq münaqişənin nizama salınması ilə bağlı BMT-nin Nizamnaməsinin, Helsinki Yekun Aktının, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin, habelə ATƏT və Avropa Şurasının müvafiq sənədləri və qərarlarının qəbul edilməsini Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirib. Digər tərəfdən, ölkəmizin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinə maraq göstərən dövlətlərin sayının artması, Azərbaycanın dünyanın ən böyük təşkilatları BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsi, beynəlxalq təşkilatlarda, Şərq Tərəfdaşlığı Proqramlarında layiqincə təmsil olunması xarici siyasətimizin dünya birliyi tərəfindən dəstəkləndiyini deməyə əsas verir. Dünya ictimaiyyətini narahat edən məsələlərin həlli yollarını əks etdirən hədəflərin ölkəmizdə müəyyənləşdirilməsi, Bakının NATO-nun, AŞPA-nın, ATƏT-in tədbirlərinə ev sahibliyi etməsi respublikamızın daxili sabitliyi, xarici siyasəti sayəsində qazanılan uğurlardandır.

Onun sözlərinə görə, ötən il Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü və Dünya dini liderlərinin II Sammitinin keçirilməsi Azərbaycanın xarici siyasət strategiyasının uğurlarının davamıdır. Qoşulmama Hərəkatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizin 120 ölkə tərəfindən dəstəklənməsi o deməkdir ki, dünya dövlətlərinin dörddə üçü Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir. İslam Konfransı Təşkilatı ilə sıx əməkdaşlıq da qlobal və regional məsələlərin həllində mühüm amil kimi qiymətləndirilə bilər.

“Bu gün Azərbaycanın nəqliyyat və logistika qovşağına çevrilməsi üçün mühüm addımlar atılır. Azərbaycanın Şərqlə Qərb, Şimal ilə Cənub arasında qovşaq rolunu oynaması bütövlükdə regionda və dünyada birgə əməkdaşlığa xidmət edir. Qazanılan uğurlar, əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, uğurlu xarici diplomatiyamızın sayəsində ölkəmiz bundan sonra daha inkişaf edəcək və möhkəmlənəcək”, – deyə, İ.Vəlizadə vurğulayıb.




Baxış sayı: 1 178
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30