FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Zehinlərin savaşı: mədəniyyətlərin toqquşması və informasiya müharibəsi
6-03-2020, 11:05 | TƏDQİQATLAR-ANALITIKA
Zehinlərin savaşı: mədəniyyətlərin toqquşması və informasiya müharibəsi

Bir gerçək dünya var...

Bir böyük güclərin planlaşdırdığı dünya modeli var...

Bir də dünyanı bəşəriyyətə təqdim edən, dünya haqqında beynəlxalq ictimai rəyi formalaşdıran informasiya şəbəkəsi var.

- İnsanların gördüyü-bildiyi bunlardan hansıdır?!

- İnsanlar bilavasitə görmə-duyma məsafəsində olanları, bir də ona təqdim olunanları görə bilir.

Böyük güclərin planlaşdırdığı dünya modeli - qlobal proje/layihələr gizli saxlanır. Üzə çıxarılan bu qlobal layihələri həyata keçirmək üçün vacib olan hazırlıq işləri, ilkin addımlardır. Bu addımların arxasında nə gizləndiyini sadəcə o layihəni quranlar bilir(di). Beynəlxalq ictimaiyyət isə bunlardan xəbərsizdir, çünki gizli saxlanır.

İnformasiya, ictimai rəy, psixoloji durum... Və ən əsası lokal siyasi güclərin, dövlət rəhbərləri və xarici siyasət "uzmanlarının", yerli ideoloqların dünyaya baxışlarının yönləndirilməsi, onların da hərlənib-fırlanıb bu tilova düşməsi...

Bəli, yeni dövrün yeni də müharibə formaları var.

Qloballaşma şəraitində hər ölkənin daxili ictimai rəyi yetərli olmur; beynəlxalq ictimai rəy böyük güclərin uzun əli ilə dünyanın fərqli məkanlarındakı "daxili" məsələlərin həllinə təsir edir, onlara yön verir.

İctimai rəy təkcə münaqişələrin, müharibələrin gerçək səbəbləri, haqlı və haqsız məqamları ilə bağlı deyil, həm də bu müharibənin tərəfləri olan ölkələr haqqında, onların Qərb standartlarına - demokratiya, hüquqi dövlət prinsiplərinə uyğunluğu haqqında təsəvvürlər, gerçək və yanlış məlumatlar əsasında formalaşır. Yəni ölkəyə olan münasibət konkret hadisəyə də münasibət üçün şərt olur. Ona görə də münaqişənin həlli bəzən ölkələrin ictimai-siyasi durumu ilə müəyyənləşir.

Bəs bu sahədə erməni sindromu necə təzahür edir və bizim bu virusa yoluxmaq durumumuz nə yerdədir?

İlk baxışda ermənilər də beynəlxalq ictimai rəyi öz xeyirlərinə dəyişmək üçün işlər görür, özlərini yazıqlamaqla başqa xalqların simpatiyasını qazanırlar. Və bu aldadıcı vəziyyət hərdən bizimkilərin də analoji kampaniyalar təşkil etməsinə səbəb olur.

Amma bir neçə mühüm məqamı unuduruq.

Əvvəla, bu cür məsələlər, lokal gerçəklərin beynəlxalq ictimai rəyə təqdim edilməsi ildə bir dəfə - kampaniya şəklində həyata keçirilməməlidir. Ağlayıb-sızlamaq fərdi miqyasda, kimlərdəsə bir duyğusal münasibət yarada bilər, amma ictimai rəyin dəyişməsi üçün yetərli deyil. Biz məhz bu cür kampaniyaçılığı erməni sindromu adlandırmışdıq. Kim isə deyə bilər ki, bəs onda ermənilər bu yolla necə uğur qazanırlar?

- Bu, ermənilərin uğuru deyil, dünya öncədən yönləndirilib və ancaq görmək istədiyini görür. Yəni böyük güclərin layihələrinə uyğun olduğuna görə. Belə olanda hətta yalanlar da rahatca həzm edilir.

- Bəs onda biz nə etməliyik?

- Öncə beynəlxalq ictimai rəyi formalaşdıran amillərə kompleks halda, sistemli şəkildə nəzər salmalıyıq. İkincisi, düşdüyümüz labirintə daha böyük kontekstdə baxmalı, ən azından indi Suriyada baş verənləri, sürəkli qırğınlar, milyonlarla insanın yurdundan didərgin düşməsini, böyük qaçqın-köçkün ordusunun yaranmasını və bütün bunların dünyanın gözü qarşısında necə həyata keçdiyini, bunu törədənlərin və arxasında duranların kimliyini götür-qoy etməli, öz problemimizlə müqayisələr aparmalıyıq.

Daha sonra o böyük layihələri hazırlayanların məqsədlərini üzə çıxarmağa çalışmalıyıq. Onlar əslində, nə istəyirlər? Nə istədiklərini bilirlərmi, yoxsa yeni texnoloji vasitələr, iqtisadi və hərbi güc keçmiş ideoloji layihələrin gerçəkləşdirilməsinə inersiya ilə yönəldilir? Bəlkə bu böyük güc dediyimiz subyektlər də əslində, nə istədiklərini dəqiq bilmirlər? Bəlkə onların əsl məqsədlərinə çatmaları üçün daha optimal, qırğınsız-qadasız yollar var?

Dünya müharibələrinin və o vaxtdan qalan nihilist və antihumanist ideologiyaların sadəcə tarixi qalmayıb, onların indi də davam edən gizli həyatı var. Müharibənin ancaq görünən tərəfləri bitmiş və bəzi tərəf-müqabillər dəyişmişdir.

İdeoloji inersiya... Əski düşüncələrin yeni dövr üzərinə saldığı qaranlıq ləkələr, Marşall planları və bu qəbildən olan neçə-neçə layihələr, məkrli tuzaqlar...

Onlar bu qartımış, artıq bəlkə də şüuraltıya keçmiş ideoloji kabusun kölələrinə çevrilmişlər.

Biz yeni mərhələdə böyük güclərin söykəndiyi fəlsəfi-ideoloji təməllərdən danışırıq. Onun nəticəsidir ki, İslam dünyasına qarşı təxribatçı planlar, xüsusən "Ərəb baharı" deyilən çevrilişlər şəbəkəsi, Toynbi-Hantinqton ideoloji xəttinə söykənir. Sanki ayrı-ayrı Xristian və İslam sivilizasiyaları var və onlar arasında toqquşmalar, savaşlar qaçılmazdır və bunun həll yolu İslam ölkələrinə reforma gətirməli olan iç savaşlarıdır. Əslində isə bu ideoloji sistem yanlış fəlsəfi təmələ söykənir. Bizim - Türk-islam dünyasının gerçək dünyagörüşünə əsaslanan fəlsəfi sistem isə, təəssüf ki, hələ də oluşmadığına görə alternativ ideoloji konsept də irəli sürmək mümkün olmamışdır.

Qərbdə isə yeni fəlsəfələr qafaları sarmış olan bu ideoloji doqmatizmdən xilas yolu aramaq əvəzinə, yaxasını kənara çəkir, özünə qondarma problemlər oluşdurur. Bəli, müasir Qərb bu absurdun çözülməsinə yaxın durmur. Bu vəziyyət Qərb filosoflarını bəlkə heç narahat da eləmir. Düzdür, tək-tək filosoflar bu vəhşətə seyrçi münasibət bəsləməyərək, sözlərini deyirlər. Mən əvvəllər Umberto Ekonun Qərb siyasi-ideoloji gerçəkləri barədə fikirlərini bu qəzetin oxucuları ilə bölüşmüşdüm. Amma belə insanlar çox azdır... Niyə biz Qərb filosoflarından mədəd umuruq; əslində, bu durum onlardan əvvəl bizim problemimiz deyilmi? Axı, od düşdüyü yeri yandırar. Və xilas/şəfa pöhrələri də öncə burda - İslam dünyasında cücərməlidir. Dini zəmində deyil, fəlsəfi zəmində. Amma bizim hələ ancaq cücərtiləri görünən milli fəlsəfi fikir belə ağır bir yükün altına girməyə hazırdırmı?

Hələ oluşmamış fəlsəfəmizə rekviyemmi yazaq?!

Nə qədər ağır bir missiya!

Amma nə etmək olar?! Ya bu fəlsəfə doğulacaq, oluşacaq və dünyanı bu yanlış ideoloji axından xilas edəcək, ya da bu zehinlərin savaşına heç girmədən məğlub duruma düşəcək, olub-bitənləri sadəcə seyr edəcəyik - budur tarixin qarşıya qoyduğu seçim.




Baxış sayı: 1 326
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30