FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Sonsuzluğa uzanmış gecə” filmi beynəlxalq festivallarda iştirak edəcək
5-03-2020, 09:45 | MƏDƏNİYYƏT
“Sonsuzluğa uzanmış gecə” filmi beynəlxalq festivallarda iştirak edəcək

Xocalı soyqırımına həsr olunmuş “Sonsuzluğa uzanmış gecə” filmi İtaliya və Özbəkistana dəvət alıb.

Filmin quruluşçu rejissoru Nadir Maçanov AZƏRTAC-ın müxbirinə deyib:

“Sonsuzluğa uzanmış gecə” filmi “1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalının bir məhəlləsində baş verən faciəvi hadisələrdən bəhs edir. Filmi Xocalı rakursunda ümumiyyətlə soyqırımına qarşı bir fəryaddır, üsyandır!

Filmin İtaliya ilə bağlılığının kökündə Xocalının həmin məhəlləsində yaşayan, Qarabağ savaşında kontuziya almış cavan bir rejissorun məşhur italiyalı kinorejissor Fideriko Felliniyə yazdığı məktub durur: “Film haqqında fikirləşəndə bilmirdim ki, 2020-ci il İtaliyada Fellininin 100 illiyi ilə bağlı “2020 Fellini ili” kimi qeyd olunacaq. İtaliyadakı sənət yoldaşlarım, dostlarım yeni proyektimlə maraqlananda, onlara ssenarinin süjet xəttində Fideriko Felliniyə yazılan məktub olduğunu söylədim. Bununla əlaqədar onlardan bir neçə dəvət aldım. Təbii ki, onlara Xocalı haqqında da geniş məlumat da verdim ki, ssenarinin məğzini bilsinlər. Maraqla qarşılandı və elə ona görə də dəvətlər aldım”. Quruluşçu rejissorun sözlərinə görə, filmi Özbəkistanda nümayiş etdirmək, Xocalı dərdimizi qardaş özbək xalqı ilə bölüşmək çox önəmlidir. Onlar bizi daha yaxşı anlayarlar, çünki özləri də Fərqanə vadisində bu acını yaşayıblar...

“Mən Özbəkistanın paytaxtı Daşkənddə məşhur kinorejissor Şuxrat Abbasovun tələbəsi olmuşam və sonra Moskvada təhsilimi bitirdikdən sonra yenə də Daşkəndə qayıtmışam. Kinematoqrafiyada ilk addımlarımı Özbəkistanda atmışam. Ən çətin günlərimdə özbək dostlarım yanımda olublar, kömək ediblər, inanıblar. Yəni, Özbəkistan mənim üçün ikinci Vətən olub. Özbəklər də bir millət kimi çox əzablı yollar keçiblər və bolşeviklər üsyanı vaxtı daşnaklar tərəfindən dəhşətli soyqırımına məruz qalıblar. Bu haqda mənim özbək dostum tarixçi-publisist Şuxrat Barlas geniş araşdırmalar aparıb və kitab hazırlayıb”, - deyə rejissor söyləyib.

O bildirib ki, “Sonsuzluğa uzanmış gecə” filminin Daşkənd şəhərində təqdimatını keçirmək təklifini Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev verib. Rejissor filmin təqdimatının Özbəkistanda uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

Nadir Maçanov vurğulayıb ki, filmin ssenarisini konkret aktyorları nəzərə alaraq yazıb və onları da dəvət edib: “Çünki mən şəxsən bu aktyorları tanıyıram, bir yerdə filmdə işləmişik, güvənirdim və gerçəkdən etimadımı doğrultdular”.

Rejissor deyib: “Aktyorlarımızı dünyada tanıtdırmaq lazımdır. Bu isə artıq prodüserlərin işidir. Azərbaycanda yaxşı kinolar çəkilməli və bu kinolar Beynəlxalq Kino Festivallarında iştirak etməlidir. Həm də xarici ölkələrlə birgə filmlər çəkilməlidir ki, bizi tanısınlar, biz tanıyaq. Bu praktikanı artıq Azərbaycanda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Bakı, mən səni sevirəm” filmində tətbiq etdik və öz bəhrəsini verdi. Bizim aktyorların xarici rejissorlarla, prodüserlərlə, operatorlarla birgə işləmək və təcrübə qazanmaq şansı oldu”.

Qeyd edək ki, film “Art house” ( müstəqil çəkilən, kommersiya üçün nəzərdə tutulmayan film) janrında çəkilib, klassik kino meyarlarından kənara çıxıb. Ekran əsərinin bir neçə festivala göndərilməsi planlaşdırılır, bu haqda da ətraflı məlumatlar veriləcək.




Baxış sayı: 1 120
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031