FACT-INFO.AZ » MÜSAHİBƏ » Məmməd Əsədov: “Sərsəng su anbarı böyük təhlükə mənbəyinə çevrilib”
9-02-2016, 09:25 | MÜSAHİBƏ
Məmməd Əsədov: “Sərsəng su anbarı böyük təhlükə mənbəyinə çevrilib”

O,  Azərbaycanın su ehtiyatları, meliorasiya və su təsərrüfatı kompleksi, onun idarə olunması,  Sərsəng su anbarının taleyi və digər məqamlara aydınlıq gətirib:

-Öncə ondan başlayaq ki,  meliorasiya tikinti işləri bu gün necə aparılır?

-Onu qeyd etmək istərdim ki,  meliorasiya və su təsərrüfatı respublikamızın iqtisadiyyatında, xüsusən kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.

Xəzər dənizinin qərb sahilində, Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində yerləşən Azərbaycan quru iqlimə malikdir. Burada kənd təsərrüfatının inkişafı həmişə süni suvarma aparmaqla mümkün olmuşdur. Ölkədə su ehtiyatlarının qıtlığı, bu ehtiyatların bölgələr üzrə qeyri-bərabər paylanması və əsas əkinçilik bölgələrində torpaqların şorlaşmaya meylli olması meliorasiya və suvarma işlərini zərurətə çevirmişdir.  Suvarılan torpaqlar ölkənin kənd təsərrüfatına yararlı torpaq sahələrinin üçdə birini (1432,7 min hektar) təşkil etsə də ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90-95%-i bu torpaqlardan götürülür. Qədim suvarma əkinçilik diyarı olan  Azərbaycanda   müasir meliorasiya və irriqasiyanın təməli hələ keçən əsrin əvvələrində qoyulmasına baxmayaraq, onun əsas inkişafı   Ulu öndərmiz  Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərə təsadüf edir. Bu illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə-axtarış institutlarına malik ixtisaslaşmış  meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır. Azərbaycan müstəqilliyinə qədəm qoyduqdan sonra, xüsusulə Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə meliorasiya sahəsi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdu.

Meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və inkişaf istiqamətləri müəyyənləşdirilmişdi.  Pespublikaya ayrılan xarici investisiyalar ilk növbədə  bu sahənin  inkişafına yönəldilmişdi və çox ciddi işlərə start verilmişdi. Bu gündə  Ulu Öndərimizin  respublikada meliorasiyavə su təsərrüfatının inkişafı sahəsindəki siyasəti və ideyaları hazırda möhtərəm  Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Belə ki, təməli Ulu Öndərimiz Heydər Əliyev  tərəfindən qoyulmuş bir çox layihələr onun köməkliyi sayəsində başa çatdırılmışdı. Məhz bu diqqət və qayğı nəticəsində ölkə iqtisadiyyatının inkişafında öz yeri olan  meliorasiya və su təsərrüfatının potensialı son illərdə daha da güclənmiş, sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmış,  onun maddi-texniki bazası xeyli möhkəmlənmiş, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi  həyata keçirilmişdir.

-Həyata keçirilən bu layihələr hansı dəyişikliyə gətirib çıxardı?

-Son 20 ildə    MDB  ölkələrinin heç birində meliorasiya və su təsərrüfatı sahəsində belə tikinti işləri həyata keçirilmədiyi halda 2013-cü ildə istifadəyə verilmiş  Su elektrik  stansiyası  ilə birlikdə  Taxtakörpü su anbarının davamı olaraq, 2014-cü ilin  noyabar ayının 15-də respublikamızda yeni 2-ci su anbarı olan Şəmkirçay su anbarı istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızın iqtisadiyyatında, ölkənin su təhlükəsizliyinin təmin olunmasında Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinin, bu istiqamətdə həyata keçirilən digər layihələrin mühüm əhəmiyyətini xüsusi qeyd etmişdir. Meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirlən bu layihələr hesabına yalnız  2004-2015-ci illərdə  266 min hektar sahədə suvarılan torpaqların su təminatı və 217 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılmış, 43 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1493 ədəd subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı 181 km-dən artıq sahilbərkitmə və məcratəmizləmə işləri həyata keçirilmişdir.

- Meliorasiya sahəsində həyata keçirilən dəyişikliklər ötən illərlə müqayisədə hansı istiqamətlərdə davam edib?

-2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi bizim məsuliyyətimizi daha da artırmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 22 iyul 2014-cü il tarixində yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suyun Xızı rayonunun torpaq sahələrinə verilməsinin təməlqoyma və 4 sentyabr 2015-ci il tarixində Xızı və Siyəzən rayonlarında ilkin mərhələdə  yeni suvarılan torpaqların istifadəyə verilməsi  mərasimlərində  Taxtakörpü su anbarının tikintisi ilə əlaqədar  30 min hektara yaxın yeni suvarılan torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinin sürətləndirilməsi barədə verdiyi tapşırıqların icrası olaraq, 2015-ci ildə Xızı rayonunda 5400 ha və Siyəzən rayonunda 2539 ha yeni suvarılan sahələr istifadəyə verilmiş, iki rayonda 2377 hektar sahənin su təminatı yaxşılaşdırılmışdır.

Ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarının 2013-cü ildə istifadəyə verilməsi nəticəsində son illərdə yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, anbarda toplanan su hesabına Bakı  şəhərinin və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su  təminatında yarana biləcək  çətinliklərin qarşısının alınması  mümkün olmuşdur.

Şəmkirçay su anbarının Su elektrik stansiyasl ilə birlikdə istifadəya verilməsi   isə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 54 min hektar torpaq sahələrinin su təminatının yaxşılaşdırılması, 17 min hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi, eləcə də Gəncə və Şəmkir şəhərlərinin əlavə içməli su ilə təmin edilməsi və  ildə 56 milyon kvt elektrik enerjisinin istehsal edilməsinə imkan verəcəkdir. 2015-ci ildə əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km uzunluğunda Şəmkirçay magistral kanalların tikinti işləri başa çatdırılmışdır. Bu kanallardan  Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların, eləcə də Goranboy rayonunun əkin sahələrini suvarma suyu ilə təmin etmək  məqsədi ilə uzunluğu 27,9 km olan Şəmkir maşın kanalının 2- ci növbəsinin  tikintisi işlərinə başlanılmışdır.

Eyni zamanda 2015-ci ildə Sovetlər Birliyi dövründən tikintisi yarımçıq qalmış Tovuz və Şəmkir rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kbm olan Tovuzçay su anbarının inşası başa çatdırılmışdır.

- Sərsəng su anbarı bu gün işğal ərazisində qalsada əhəmiyyətli su mənbəyi olub. Həminm mənbənin real təhlükəliliyi barədə nə deyə bilərsiniz?

 -Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altında qalıb və bunun nəticəsində həmin cəbhəyanı rayonlar bu anbarın suyundan istifadə etmək imkanlarından məhrum edilib. Sərsəng su anbarı işğal altında olduğu 20 ildən artıq müddət ərzində qurğular və avadanlıqlar baxımsızlıqla üzləşib, onlara xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətinə düşüb. Qeyd edilmiş səbəblər nəticəsində Sərsəng su anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilib, bu təhlükə zaman keçdikcə daha real xarakter almaqdadır. Hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza ekoloji böhranla və bioloji müxtəlifliyin məhvi ilə yanaşı, Azərbaycanın işğal edilməmiş ətraf düzənlik rayonlarında məskunlaşmış 400 min nəfərə yaxın mülki əhalinin həyatına təhlükə yaradıraraq və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı böyükdür. Odur ki, hazırda həmin əhalinin həyatı Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı daim təhlükə altındadır, onlar bu təhlükəli vəziyyətin girovuna çevriliblər. Eyni zamanda  uzun illərdən bəri Tərtər, Bərdə, Ağdam, Goranboy, Yevlax və Ağcabədi rayonlarının işğaldan kənarda qalan 56 min hektardan çox torpaq sahələrinə suvarma suyunun verilməməsi respublikanın bu regionunun iqtisadiyyatına hər il əvəzolunmaz zərər vurur. Güman edirik ki, Avropa Şurasında qəbul edilən son qətnamə bu problemin həllinə kömək olacaqdır.

-Cəbhəyanı ərazilərdə, sərhəd rayonlarında belə meliorasiya layihələri həyata keçirilirmi?

  -Sərsəng su anbarı ilə birlikdə işğal zonasında ümumimi su tutumu 640 milyon kubmetr olan 10 su anbarı qalmışdır.  Sərhəd rayonlarında, xüsusilə, cəbhə bölgələrinə yaxın ərazilərdəki  yaşayış məntəqələrində  hər zaman erməni təxribatı nəticəsində qarşı tərəfdən axıb gələn çayların suya tələbat cox olan vaxtlarda buraxılmır və yaxud  çirklənməyə məruz qalır. Yəni belə təxribatlar davam edir. Təbii ki, Azərbaycan Meliorasiya və Su Təsərüfatı  Açıq Səhmdar Cəmiyyəti işgal zonasına yaxın ərazilərdə əkin sahələrini suvarma suyu ilə təmin edilməsini daimi diqqət mərkəzində saxlayir və bizim layihələrimizin xeyli hissəsi həmin  əraziləri əhatə edir.  Sərhəd rayonlarımızda  həm suvarma, həm də içməli su probleminin həllinə dəstək məqsədilə son illərdə istifadəyə verilmiş 1493 ədəd, o cümlədən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyein müvafiq sərəncamları ilə 2013-2015-ci illərdə  qazılmış 657 subartezian quyularının  əsas hissəsi  həm suvarma, həm də içməli su probleminin həllinə dəstək məqsədilə  qeyd etdiyim  ərazilərdə qazılmışdır.

-Hansı beynəlxalq maliyyə institutları  ilə birlikdə layihələr həyata keçirirsiniz və həmin qurumların ekspertlərinin bu layihələr barəsində reytinq göstəriciləri necədir?

-Müstəqillik dövründə  beynəlxalq maliyyə institutları  ilə ilk layihələr həyata keçirən qurumlardan biri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti olmuşdur. 1994-cü ildə  Ulu Öndərimiz Heydər Əliyev Səudiyyə Ərəbistanında  rəsmi səfərdə olarkən,  İslam dünyasının ona olan böyük hörmətinin və ehtiramının rəmzi olaraq,  İslam İnkişaf Bankının rəhbərliyinin Kür çayının sağ sahilində yerləşən 500 min hektar suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən və tikintisi yarımçıq qalmış  Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsi məqsədilə və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması  planının hazırlanmasına qrant ayırmışdır. Bundan sonra bizim İslam İnkişaf Bankı ilə  çox mühüm layihələrimiz olmuşdu. Sonradan həmin müsbət təcrübəni dəyərləndirən Dünya Bankı bizimlə növbəti layihəni icra etməyə başladı. Hazırda Dünya Bankının krediti ilə respublikanın 8 rayonunda içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, 15 rayonda təsərrüfatdaxili suvarma və drenaj şəbəkələrinin təmir-bərpası və tikintisi işləri davam etdiriləcəkdir.Onu da qeyd edim ki, bizim layihələrimiz Dünya Bankının ekspertləri tərəfindən ən reytinqli layihə kimi dəyərləndirilmişdir.  Məhz bu reytinq göstəricilərinin nəticəsi və həyata keçirilən «Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi» layihəsi çərçivəsində aparılan işlərin  effektliliyini nəzərə alan Dünya Bankı tərəfindən bu layihənin davan etdirilməsi məqsədilə növbəti mərhələdə daha 50 milyon dollar kredit ayırmaq niyyətində olduğunu  bildirilmişdir.

Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda cəmləşmişdir. Əkinə yararlı 3,2 milyon hektar sahənin təxminən yarısı, yaxud 1 milyon 453 min hektarı suvarılan torpaqlardır. Bu torpaqlar  daimi mühəndisi suvarma və kollektor - drenac şəbəkələri ilə təchiz edilmişdir. İstehsal edilən kənd təsərrüfatı məhsullarının 90 faizindən çoxu bu torpaqların payına düşür.

 Fact-info.az   saytı




Baxış sayı: 2 992
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930