FACT-INFO.AZ » XƏBƏR » Elm Tarixi İnstitutunda 20 Yanvar Ümumxalq Hüzn Gününün 30-cu ildönümü qeyd olunub
17-01-2020, 09:00 | XƏBƏR
Elm Tarixi İnstitutunda 20 Yanvar Ümumxalq Hüzn Gününün 30-cu ildönümü qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığıyla 20 Yanvar Ümumxalq Hüzn Gününün 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.Tədbir ziyalılarla məktəblilər arasında görüş formatında təşkil olunub. Tədbiri giriş sözü ilə açan AMEA-nın I vitse-prezidenti akademik İsa Həbibbəyli bildirib ki, 20 yanvar hadisəsi SSRİ hakimiyyətinin qansız simasını, başqa millətlərə olan işğalçı sifətini açıq-aydın dünyaya göstərdi. Həmçinin, bu hadisə Azərbaycan xalqının sovet imperiyasının tərkibində yaşamasının qeyri-mümkün olduğunu bəlli etdi. İ.Həbibbəyli 20 yanvar hadisəsindən sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini kəskin tənqid etdiyini, faciəni törədənlərin dərhal cəzalandırılmasını tələb etdiyini xatırladaraq, xalqımızın səsinin dünyaya məhz ulu öndər tərəfindən çatdırıldığını deyib. Akademik vurğulayıb ki, hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə ulu öndərin bu cür bəyanatla çıxış etməsi yas içində olan Azərbaycan xalqına ümid verdi, onun səsləndirdiyi fikirlərin işığında xalq yenidən səfərbər olub azadlıq uğrunda mübarizəsini davam etdirdi.

Akademik vurğulayıb ki, “qan tökülərək qazanılan müstəqilliyimizi ölkə başçısının rəhbərliyi altında hər gün fəaliyyətimizlə, yaxşı təhsilimizlə, işimizlə, mövqeyimizlə möhkəmləndirmək, onu daha da inkişaf etdirmək hər bir Azərbaycan gəncinin, aliminin müqəddəs vətəndaşlıq borcudur”. Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı 20 yanvar faciəsi xalqımızın əzmkarlığını, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr səlahiyyətini əvəz edən Aynur Sofiyeva qeyd edib ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hadisənin təfərrüatlarını xatırladan komitə rəhbəri: “bu gün Azərbaycan dünyada inkişaf edən stabil bir ölkə kimi tanınır, Azərbaycan söz sahibidir, öz mövqeyini ortaya qoymuş, müstəqil siyasət həyata keçirən bir ölkədir. Bu inkişafın dayanıqlı və davamlı olması üçün bizim üzərimizə böyük vəzifələr düşür. Bu vəzifələrdən ən mühümü Azərbaycanın keçmişini-bugününü layiqli şəkildə gələcəyə daşıya bilən və gələcəyimizin uğur salnaməsini yaratmağa qabil olan vətənpərvər, intellektual nəslin yetişdirilməsidir" - deyə vurğulayıb.

Tədbirdə AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə “Müstəqilliyə aparan yol”, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov “20 Yanvar – Azərbaycanlılara qarşı 1918-ci il soyqırımı cinayətinin davamıdır”, Elm Tarixi İnstitutunun əməkdaşları – Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “20 Yanvar hadisəsinin hüquqi və siyasi qiymətləndirilməsi”, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov isə “Xalq hərəkatı və 20 yanvar” mövzusunda məruzələrlə çıxış ediblər. Sonra orta məktəb şagirdlərindən Nurlan Cəbrayılzadə, Xədicə Ağayeva, Tuğray Abbaszadə , Fidan Əliyeva, Abdulla Nağıyev çıxış edərək 20 yanvar hadisəsinə öz münasibətlərini bildiriblər.

Tədbirin sonunda “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” sənədli filmi nümayiş olunub.

Fact-info.az




Baxış sayı: 1 021
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031