FACT-INFO.AZ » XƏBƏR » Gəncə Qarnizonunda “Heydər Əliyev və Azərbaycan əsgəri” adlı vətənpərvərlik tədbiri keçirilib
10-12-2019, 10:20 | XƏBƏR
Gəncə Qarnizonunda “Heydər Əliyev və Azərbaycan əsgəri” adlı vətənpərvərlik tədbiri keçirilib

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ərəfəsində Gəncə Qarnizonunun İdeoloji və Mədəniyyət Mərkəzində “Heydər Əliyev və Azərbaycan əsgəri” adlı vətənpərvərlik tədbiri keçirilib.

Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Ulu Öndərin digər sahələrlə yanaşı, Azərbaycanın ordu quruculuğundakı müstəsna xidmətlərindən və dünya şöhrətli şəxsiyyətlə bağlı xatirələrindən danışıb.

Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı nəticəsində müstəqilliyin ən mühüm atributu olan milli ordu hissələri ləğv olunduğundan və azərbaycanlılar sovet ordusu sıralarında hərbi xidmətə cəlb edildiyindən Azərbaycanın SSRİ tərkibində olduğu illərdə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüksək hərbi rütbə və vəzifələrə irəli çəkilməsinə qarşı müxtəlif süni maneələr yaradılırdı. Belə bir şəraitdə xalqımızın dahi oğlu Heydər Əliyev uzaqgörənliklə ötən əsrin 70-ci illərində böyük çətinliklərlə indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsasını qoyub. Beləliklə də respublikamızın müstəqil gələcəyinə hesablanmış bu təhsil ocağının təsis edilməsi ölkəmizdə hərbçi sənətinə marağın güclənməsinə, zabit kadrlarının yetişdirilməsinə zəmin olub.

Tədbirdə xatırlanıb ki, 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş respublikamız mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətlə üzləşmişdi. Ordu quruculuğunda kobud səhvlərə yol verilir, yeni yaranmaqda olan ordu daxili siyasi mübarizəyə cəlb edilir, ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahlı dəstələr yaradılırdı. Bu səhvlər isə son nəticədə torpaqlarımızın 20 faizinin işğalı, milyona yaxın soydaşımızın köçkün vəziyyətinə düşməsinə səbəb olmuşdur.

1993-cü ildə unudulmaz Heydər Əliyevin xalqın xahişi və tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoyur, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu yaradılır.

Ulu Öndərimizin timsalında Azərbaycan əsgəri Silahlı Qüvvələrin Ali Baş Komandanını cəbhəyanı bölgədə, döyüş mövqeyində, ön səngərdə görür. Müdrik və qətiyyətli rəhbərdən öyüd-nəsihət, xeyir-dua alan Azərbaycan əsgəri üzərində “Heydər Əliyev uğrunda!” sözləri yazılmış zirehli texnikalarla müqəddəs savaşlara atılır. Bir neçə günün ərzində neçə-neçə yaşayış məntəqəsi düşmən işğalından azad edilir. Dövlətimizin başçısı əsgərlərimizin xidmətlərini yüksək qiymətləndirir, neçə-neçə silahdaşımız “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülür, neçəsi döyüş orden-medalları ilə təltif olunur. Şəhidlərin xatirəsi əziz tutulur, döyüşlərdə sağlamlığını itirənlərə, eləcə də şəhid ailələrinə xüsusi qayğı göstərilir.

Gənc əsgərlərin diqqətinə çatdırılıb ki, Heydər Əliyev hərbi peşəni seçənlərə, taleyini ömürlük Vətənə xidmət peşəsinə həsr edənlərə, Vətənin dar günündə könüllü olaraq silaha sarılan əsgər oğullara həmişə xüsusi rəğbət bəsləyər, onları digər vətəndaşlardan yüksəkdə tutardı. Əbədiyaşar Ali Baş Komandanımız həmişə arzu edərdi ki, Azərbaycan əsgəri qorxmaz, cəsarətli, mərd olsun. Hər hansı bir texnikanın sükanı arxasında əyləşən əsgər bilməlidir ki, onun məharətindən, igidliyindən çox şey asılıdır. Döyüşçü ən ağır məqamda da zəiflik göstərməməlidir. Torpağını müdafiə edən adam üçün ən müqəddəs amal qəhrəmanlıq göstərməkdir. Hər bir əsgər bu amalla yaşamalıdır. Azərbaycan əsgərinin yolu birdir – Vətən, torpaq uğrunda məharətlə döyüşmək, düşmənə layiqli cavab vermək. Heydər Əliyev əmin idi ki, Azərbaycan əsgəri bu yolda son damla qanını belə əsirgəməyəcək. Çünki, bunu ondan Vətən, xalq, torpaq gözləyir.

Xatirəsini ehtiramla yad etdiyimiz Ulu Öndərimiz istəyirdi ki, digər hərbi peşələrlə yanaşı, bizim cəsur şahinlərimiz də olsun. Bu şahinlər öz məharətlərini bütün dünyaya göstərsinlər ki, azərbaycanlılar hər işin öhdəsindən bacarıqla gəlməyə qadirdirlər. Azərbaycan xalqı istedadlı xalqdır, onun istedadı hərbi sahədə də ən yüksək səviyyədədir. Heydər Əliyev bu sahədə də istəyinə nail oldu. Çox keçməyəcəkdi ki, Ulu Öndərimiz böyük iftixar hissi ilə deyəcəkdi: “Çox sevinirəm ki, indi milli şahinlərimiz var. Sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər”.

“Heydər Əliyev və Azərbaycan əsgəri” mövzusunda keçirilən vətənpərvərlik gecəsində Vətən müdafiəçilərinin bu gün də ölkə rəhbərliyinin, Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunduğu, Heydər Əliyevin siyasi kursunun, ordu quruculuğu ənənələrinin uğurla davam etdirildiyi bildirilib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Bu gün Azərbaycan Ordusu həm döyüş fəaliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminat baxımından dünya miqyasında güclü ordular sırasındadır”.

Polkovnik-leytenant Loğman Xanlarov hərbi hissənin keçdiyi döyüş yolundan danışaraq çıxışını Ulu Öndərin 2002-ci il sentyabrın 14-də şəxsi heyətlə görüşərkən dediyi “Siz gəncsiniz. Azərbaycanın gələcəyi gənclərə, sizə məxsusdur. Sizin hərbi peşəniz Azərbaycanın bu günü və gələcəyi üçün vacibdir. Ümidvaram ki, Azərbaycan Ordusunun zabit heyəti, komandan heyəti, bütün şəxsi heyəti xalqımızın, dövlətimizin bu tələbləri səviyyəsində olacaqdır” sözləri ilə yekunlaşdırıb.

Gənc əsgərlər kursunu Gəncədəki hərbi hissədə keçmiş, “Hərbi and” içərək burada Azərbaycan Ordusunun sıralarına daxil olmuş Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov da minnətdarlıqla yad edilib. Qeyd olunub ki, Çingiz də Ulu Öndərimizin görmək istədiyi qorxmaz, cəsarətli, mərd Azərbaycan əsgərlərindən biri idi. Onun da yolu Vətən, torpaq uğrunda məharətlə döyüşmək, düşmənə layiqli cavab vermək idi və Azərbaycan Dövlət Texniki Universitetinin məzunu olan igid əsgərimiz bunu da etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikamızın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

Çıxışlardan sonra Bakı Bələdiyyə Teatrı tərəfindən “Çingiz dastanı” adlı ikihissəli mənzum tamaşa nümayiş etdirilib. Tamaşada gənc əsgərin 22 illik qısa, lakin əsrə bərabər ömür yolu, onun son qəhrəmanlıq anı aktyorların ifasında peşəkarlıqla təqdim edilib. Tamaşa boyu əsgər Çingizin qürurla dediyi “Mübariz, qardaşım, inan, bu gecə yeni Mübarizlər doğulacaq”, “Komandir, bu gecə öz qanım ilə Çingiz dastanını yazacağam mən”, “Qələbə günündə qayıdacağam, ağlama, qəlblərə köçüb gedirəm” ifadələrini gənc əsgərlər ayaq üstə alqışlarla qarsalayıblar.

Tamaşadan sonra əsərin müəllifi Abdulla Qurbani, Əməkdar artistlər Səmayə Sadıxova, Əfqan Soltanov, Aydın Əliyev, Hüsniyyə Mürvətova, Milli Qəhrəman Çingiz Qurbanovun obrazını məharətlə yaradan istedadlı aktyor İlqar Musayev və başqaları gənc əsgərlərə səmimi arzularını bildirib, onları müasir dövlətimizin və ordumuzun qurucusu Heydər Əliyevin ideyalarına bundan sonra da sadiq olmağa, Vətənə, dövlətə, xalqa şərəflə xidmət etməyə, Ali Baş Komandanın əmrlərinə hər an hazır olmağa səsləyiblər.




Baxış sayı: 1 096
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 20:00 WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub Dünən, 19:00 Azərbaycan və Özbəkistan HHQ-ləri arasında əməkdaşlıq inkişaf etdiriləcək Dünən, 18:00 Orta Şərqdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb Dünən, 17:00 QHT Agentliyinin məsul şəxsləri bir qrup QHT təmsilçiləri ilə birlikdə WUF13-ün keçiriləcəyi ərazi ilə tanış olublar Dünən, 17:00 NATO ölkələrinə çağırış Dünən, 11:00 Azərbaycan bu ölkələrlə yaşıl enerji dəhlizi üzrə əməkdaşlığı genişləndirir Dünən, 10:00 Azərbaycan filmi İtaliyada beynəlxalq festivalda təqdim olunub Dünən, 10:00 “Euronews” telekanalı Bakıda keçiriləcək WUF13 ilə bağlı xüsusi material hazırlayıb Dünən, 09:30 Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb Dünən, 09:00 WUF13: Bakıda keçiriləcək forumun gözləntiləri və strateji əhəmiyyəti 12-05-2026, 19:30 “Türk dillərinin tibb terminləri sözlüyü” kitabının təqdimatı keçirildi- FOTOLAR 12-05-2026, 18:30 President Ilham Aliyev’s speech during meeting at first residential complex in Zangilan in world media spotlight 12-05-2026, 17:00 “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” 12-05-2026, 17:00 Yol təhlükəsizliyi ilə bağlı xəbərdarlıq 12-05-2026, 12:00 Bu ölkənin teleməkanında separatizmə dəstək tezisləri mütəmadi olaraq davam edir 12-05-2026, 11:30 “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb 12-05-2026, 10:30 Qobustanda gənc müəllimlər arasında yarış keçirilib 12-05-2026, 10:00 Bakıda “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgi 12-05-2026, 09:30 Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyi düşünür 12-05-2026, 09:30 Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər 12-05-2026, 08:00 Türkiyə mediası: Heydər Əliyevin Azərbaycan tarixindəki rolu danılmazdır 11-05-2026, 11:00 FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar 11-05-2026, 10:30 Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündən görüntülər paylaşılıb 11-05-2026, 09:30 QHT Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib 10-05-2026, 18:00 Ulu Öndərin İrsi: gələcək nəsillərə müqəddəs əmanətidir 10-05-2026, 15:00 "İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır" 10-05-2026, 12:30 Şair, publisist Ağatahir Cəbirli: Torpaq oğluyam! 10-05-2026, 11:30 Birinci vitse-prezident Mehriban Əliyeva : "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır" 10-05-2026, 11:00 TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq 9-05-2026, 11:30
Köşə yazarları
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031