FACT-INFO.AZ » CƏMİYYƏT » Azərbaycan Milli Radiosunda nələr gözlənilir
19-09-2019, 18:20 | CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlənilir

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi olan Azərbaycan Radiosu böyük inkişaf yolu keçib. Fəaliyyətə başladığı gündən insanları ovsunlayan “sehirli qutu”nun səsi dövrün nəbzinə uyğun nizamlanıb, qarşıya qoyulan hədəflərə doğru istiqamətlənib.

Dinləyicinin operativ informasiya ilə təmanatında , xalqın maariflənməsində, mütərəqqi fikirlərin təbliğində, ədəbi mühütün genişlənməsində və ən əsası dövlət siyasətinin geniş təbliğatçı rolunda çıxış edən ana radiomuz zamanın tələblərinə uyğun olaraq həmişə siyasi hərəkatın önündə gedib. Müxtəlif dövrlərdə mürəkkəb ictimai-siyasi vəziyyətlərdə istənilən an mərkəz nöqtəsində olsa da hər axardan üzü ağ çıxmağı bacarıb. Üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlib və sonda böyük uğurlar qazanmağa müvəffəq olub. Nədir bu uğurlar?. Əvvala radiomuz təmiz ana dilimizdə, ədəbi dilin qayda-qanunları çərçivəsində danışıb və bu ənənə illərdir ki, daha qətiyyətlə qorunur.

Milli mənəvi dəyərlərə aid yüzlərlə verilişlər hazırlanıb. Radiostiudiyalarda və eləcə də obyektlərdə lentə alınan minlərlə səs nümunəsi, fonetkada qorunan radioəsərlər, tamaşalar - “Qızıl Fond”da toplanaraq səs yaddaşımıza çevrilib. Azərbaycan Milli Radiosu ana dilimizin saflaşmasına xidmət edib. Bu gün də ədəbi danışıq dilinin elitası hesab olunur. Peşəkarların toplaşdığı sənət məkanı, yeganə radiojurnalistika məktəbidir və müasir dövrdə ölkəmizdə inkişaf edən özəl və internet radioları üçün bir tədris bazası sayılır.

Təsadüfü deyil ki, Azərbaycan Televiziya və Radio verilişləri QSC-də yaradılan akademiyada illərinin sınağından keçən və dəsti-xətti ilə seçilən, ecazkar səsi, düzgün tələffüzü ilə diktorlar məktəbinin örnək sayılan simalarının, eləcə də bu məkanda teleradio jurnalistikasının inkişafında müstəsna xidmətləri olan yaradıcı insanların ustad dərsləri təşkil edilir. Xüsusi fitri istedada mailik gənclərin axtarışı, qeyri-adi səslərin tapılması, televiziyaya, radioya məftun olan, ona mənəvi dünya kimi baxanların sorağına çıxmaqla kadr potensialını həll etməyə, bu sahədə olan boşluğu doldurmağa çalışır.

Xüsusən ilin əvvəlində akademiyanın canlanması, müsabiqə elanı, yüzlərlə gəncin müraciəti, seçimlər və yaradıcı gəncliyə bu böyük sənət dünyasının qapılarının sərbəst açılması buradakı abu havanın tamamilə dəyişməsinə işarədir. Bu dəyişikliyə isə milyonlarla izləyici, dinləyici şahiddir. Çünki televiziya xalqın gözüdür və onun fəaliyyətinə, bu güzgüyə kənardan qiymət verilir, radio isə xaqlın qulağıdır, səsi aləmdə eşidilir, xoş gələrsə dinlənilir, hətta bəzilərinin könül sirdaşına çevrilir.

Milli teleradiomuzda gedən dəyişikliklər, canlanma ziyalılarımızın da diqqətindən yayınmadı. Akademik, Milli Məclisin deputatı Nizami Cəfərov: “Baş verən yeniliklərin, dəyişikliklərin fonunda televiziyanın indiki rəhbəri Rövşən Məmmədov olduqca yaxşı, hazırlıqlı mütəxəssisdir. Həm politoloq kimi, həm də televiziya işçisi kimi. Həm cəmiyyəti, həm siyasi prosesləri, həm də televiziya işini yaxşı bilir...”.

Akademik, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov: “AzTV-nin daxili həyatına da onillər boyu bələd olan bir insan kimi görür və fərəhlənirəm ki, şirkətdə mənəvi sağlamlaşma necə könülaçan nəticələr verməkdədir. Şirkətdən qaçaq salınmış, müxtəlif subyektiv səbəblərlə sevdiyi sahədən uzaqlaşdırılmış, amma hələ çox faydalar verə biləcək mütəxəssislər yenidən iş başındadırlar. İllər boyu çox dərinə işləmiş buz qatını bir neçə ay içərisində xüsusi radikal addımlar atmadan belə uğurla dəyişə bilmək, AzTV mühitində canayatan yaradıcılıq mühiti formalaşdırmaq qətiyyən rahatlıqla başa gələn sadə iş deyil. Buna nail olunub!. İnanıram ki, ən çətin olan həmin mərhələ keçilibsə, demək, qarşıda bizi AzTV-nin daha ürəkaçan nailiyyətləri gözləyir...”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev: “AzTV Azərbaycan teleməkanında olan boşluğu doldurur və xalqımızın milli-mənəvi dəyərlərinin qarantı rolunda çıxış etməyə başlayır...Televiziyada inzibati amirlik metodlarının deyil, yaradıcı mühitin hakim olduğu görünür. Elm ictimaiyyətinin nümayəndəsi kimi deyə bilərəm ki, televiziyaya elm ictimaiyyətinin münasibəti də yaxşıya doğru dəyişir...”.

Millət vəkili Qənirə Paşayeva: “Az.TV-nin həyatında yeni mərhələ özündə yeniləşmə, müasirləşmə və yüksək zövq ehtiva edir. Efir dinamikasına nəzər salan hər kəs bunun canlı şahidi olur. Təbii ki böyük zəhmət və gərgin fəaliyyət tələb edən verilişlərin ərsəyə gəlməsi, efirin yüksək zövqlə təqdimatı həm də mənəvi-psixoloji amillə də birbaşa bağlıdır. Şübhəsiz ki, sağlam mühit yaradıcılıq imkanlarını artırır, yeni-yeni ideyalara yol açır...” .

Millət vəkili Elmira Axundova: “Bədii-estetik cəhətdən AzTV-nin əvvəlki ənənəsinin qayıtması, xüsusilə, bu günlərdə keçmiş tanınmış diktorların dəvət olunaraq onlarla görüş keçirilməsi, fikir mübadiləsi aparılması Azərbaycan Televizyasının yeni fəaliyyətinin gələcəyi ilə bağlı böyük ümidlər yaradır...”. BDU-nun professoru, televiziya tədqiqatçısı Nəsir Əhmədli isə jurnalistin təşkilata rəhbərliyinin uğurlu addım olduğunu və telerodiomuzun həyatında bunun ilk dəfə atıldığını deyir. “Uğurun səbəbini dəfələrlə demişəm, yenə deyirəm: çörəyi çörəkçiyə vermək lazımdır!.N.Ə.”.

Bu ali quruma, yaradıcı mühitə yazmağı, söz deməyi bacaran insanın, sahə üzrə alim və mütəxəssisin, jurnalistin, ölkə başçısının etimadı qazanan bir şəxsin təyin olunması nəinki kollektivin, eləcə də elin ziyalı təbəqəsinin ürəyincə oldu. Yeni sədrin gəlişi ilə təkcə verilişlərin məzmun və keyfiyyəti dəyişmədi, həm də uzun müddət rəhbərliyin bağlı qalmış qapıları kollektivin üzünə taybatay açıldı. Sədr səlahiyyətlərinin icrasına başlandığı ilk gündən özü bir-bir redaksiyaları gəzdi. Kimin nə işlə məşğul olduğuna diqqət yetirildi. Əməkdaşların hər biri ilə ayrılıqda tanış olmağa çalışdı. İşçini yaxından tanımaq, kimin nəyə qadir olduğunu bilmək üçün fərdi ünsiyyət qurmağa cəhd etdi. Nəticə isə ürəkaçan oldu və çox keçmədi ki, buradakı dəyişikliər müsbət sonluqla tamamlandı. Kollektiv toplantılar, iclaslar, şəxsi qəbullar məmur və işçinin bir-birini daha dərindən tanıması və anlaması öz müsbət təzahürünü tapdı.

Televiziyada gedən yenilklərlə yanaşı, ana radioda da köklü dəyişiliklərin olacağı yaxın vaxtlarda seziləcək. Çünki akademiyada təhsil almış, seçilmiş bir qrup gənc kadr üçün meydan açılıb. Onların efirə, ekrana səviyyəli təqdimatı ilə bağlı hazırlıq gedir. Hələlik xırda süjetlərlə dinləyici, tamaşaçı auditoriyasına çıxsalar da, yaxın gələcəkdə orijinal layihələrini gerçəkləşdirmək və göstərilən etimadı doğrultmaq məqamı gözlənilir.

Bir neçə gün öncə daha bir toplantı keçirildi. Yeni sədrin ana radionun kollektivi ilə ayrıca təşkil edilən görüşü maraqlı məqamlarla yadda qaldı. Radionun müsair tələblər səviyyəsində fəaliyyət göstərməsi üçün kollektivin daha əzmkar çalışması tövsiyyə edildi. Əvvəlki ənənəni qorumaq, elit səviyyə nümayiş etdirmək şərti ilə yeni fikir və ideyalarla, maraqlı mövzularla gündəmə gəlməyin, xüsusi ilə gəncliyi özünə cəlb etməyin, düşündürən və diqqət çəkən verilişlərin araya-ərsəyə gəlməsinın vacibliyindən söhbət açıldı.

Yeri gəlmişkən Azərbaycan Radiosunda ilk dəyişiklik olunan veriliş, yeni formatda səslənən iki saatlıq “Gəl Səhərim” proqramı dinləyici və aparıcı arasında daha yaxın bağlılığa səbəb olub. İstənilən dinləyicinin efirə qoşulmaq, telefonla, votsapla əlaqə yaratmaq, aparıcılarla polemika imkanı yaranıb. Günün aktual mövzuları ilə bağlı hər səhər radioya dəvət olunan qonaqlar canlı efirdə auditoriyanın suallarını cavablandırır. Sitarə İsmayılın, Günay Tehranqızının, Zaur Qüdrətoğlunun, ilkin Babayevin, Fərid Məmmədovun apacılığı ilə birbaşa yayımlanan, təcrübəli rejissorların Kamran Nadiroğlunun və Ramin Həzərxanoğlunun ustalıqla təqdim etdiyi verilişə həftə içi hər səhər televiziyamız da bağlanır.Telesəhər və 105 FM ortaq yayımında ana radiomuzun studiyası dinləyicilərlərin və tamaşçıların nəzər nöqtəsinə çevrilir.

Sədr məhz belə yeniliklərin daha çox olmasını, dinləyicilərin diqqətini çəkmək və rəqabət şəraitində üstünlüyü əldə etmək üçün format dəyişikliyinin zəruriliyini, xüsusən verilişlərin canlı aparılmasının önəmini, lakin bununla bərabər birbaşa efirdə nizam-intizamın, həmişə yüksək danışıq mədəniyyəti nümayiş etdirməyin vacibliyini qeyd etdi. Bu məsələ yaşlı diktorları da narahat edən məqam olduğu üçün radionun veteren diktoru, xalq artisti Əli Məhəmmədoğlu efirdə yersiz gülüşlərin, şit zarafatların olmasını Azərbaycan radiosu üçün qəbahət sayaraq, gənclərə daha da diqqətli olmağı, ağayana danışmağı, ədəb-ərkan qaydalarına ciddi riayət etməyi tövsiyyə etdi.

Proqram direktorunun yeni müavini, professor İlham Rəhimli qısa müddət ərzində müşahidə etdiyi radionun mövcud problemlərini, burada illərlə çalışan texniki heyətin əmək dərəcələrinə laqeyd yanaşıldığını, internet sarıdan vəziyyətin ürəkaçan olmadığını, texniki avadanlıqlarla bağlı çətinlikləri və s. həlli vacib olan məqamları sadaladı.

Toplantıda xalq artisti, rejissor Mehriban Bəşirzadə bəzi verilişlərin efir sıralanması ilə bağlı təkliflərini səsləndirdi. Xüsusən tərbiyəvi xarakterli verilişlərin eşidilən saatda təqdim olunmasını arzuladı.

Bu haqda radio üzrə sədr müavini Rəşad Nəsirov ətraflı məlumat verdi. Proqram setkasında yeni mövsümlə bağlı ciddi yedəyişmə olduğunu, canlı verilişlərin hazırlanacağını, dinləyicilərlərin qoşula biləcəyi proqramların, birbaşa efirlərin “praym-taym”larda səslənməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı. Müxtəlif adlar altında gedən eyni məzmunlu verilişlərin bağlandığını, yeni düşüncə və müasir təfəkkürün təlqin etdiyi layihələrə meydan verildiyini bildirdi. Efirdə musiqi və sözün bərabər paylanması, 24 saatlıq fasiləsiz yayımda dinləyicini usandırmamaq üçün ciddi bölgü aparılması, ritmin, dinamikanın əsas amil olduğu vurğulandı.

Azərbaycan radiosunda bayağı musiqilərin qarşısını almaq üçün ciddi tapşırıq da verildi. Sədr Bədii Şuranın burda da yaradılması üçün müəyyən işlər görülməsini lazım bildi. Radiotamaşaların bərpası xahişi də müsbət nəticəsini verdi. Yeni sədr dinləyicilərin və kollektivin istəyinə laqeyd qalmadı. Uzun illərin fasiləsindən sonra nəhayət ki, bu məqsədlə bir saat vaxt ayrıldı.

Radiodakı bənzərsiz səsi olan diktorların dublyajda da istifadə edilməsi xahiş olundu, bunun həm dublyajın fonem səslərinin yenilənməsi və həm də maddi təminat baxımından sərfəli olduğu deyildi.

“Xalq yaradıcılığı” redaksiyanın baş redaktoru Tahir Talıblı, “Ədəbi dram verilişləri” redaksiyasının baş redaktoru Şəfəq Əlixanlı təqdim etdikləri efir məhsullarının özəlliklərinə toxunaraq onların böyük məna kəsb etdiyinə, xüsusən maarifçilik nöqteyi-nəzərindən əhəmiyyətinə toxundular. Uzunömürlü və ən reytinqli verilişlərdən olan Bulağın adı xüsusi çəkildi.

Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri Natəvan Dəmirçioğlu isə çıxışında radionun bütün rəqiblərə, televiziya, internet mediası ilə mübarizədə tab gətirməsinə və mobilləşməsinə diqqət çəkdi. Professional radiojurnalist, eyni zamanda bu sahə üzrə ekspert, fəlsəfə doktoru Natəvan Dəmirçioğlu elektron medianın zamanın sürətilə paralel olaraq, yeni dinamika qazanmalı olduğunun zəruriliyini vurğuladı. Beynəlxalq Radionun nüfuzunun daha da qaldırılması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində yeni vəzifələrə diqqət çəkdi. Azsaylı xalqlara aid verilişlərin kollektivi isə ayrıca bir görüşün təşkil olunmasını istədi.

Sədr Rövşən Məmmədov Azərbaycan mili radiosunun beynəlxalq əlaqələrinin qurulması istiqamətdə mühim işlərin görülməsinin vacibliyini söylədi. Televiziyada, TV Akademiyasında qonaq olan beynəlxalq ekspertlərin radionu da ayrıca ziyarət etməsi, sənədlər imzalanması radiomuzun tanınması, təbliği baxımdan mühim əhəmiyyət kəsb edir. Vaxtilə Avropa dillərində verilişlər səslənirdi və Azərbaycanın haqq səsinin yayılmasında müstəsna əhəmiyyətə malik idi. Uzun müddətdir ki, naməlum səbəblərdən bağlanan həmin verilişlərin bərpasına çox böyük ehtiyac duyulur.

Milli Radioda səslənən xəbər proqramları haqqında da söz deyildi. Xəbər redaktoru Elnurə Hüseynova diqqəti ana radionun sütunu olan xəbər redaksiyasına yönəltdi. Gənc mütəxəssis Zaur Rzayevin rəhbərlik etdiyi komandanın işgüzar fəaliyyətini, hər saatın tamamında efirdə səslənən buraxılışların operativ hazırlanmasını, xəbərlərin olduqca qısa və lakonik olmasını, dinamik musiqi ilə müşayiəti və s. yaradıcılıq proseslərini sadaladı. İnformatorların böyük təcrübəyə yiyələndiklərini, savadlı, intelektual və istənilən ictimai-siyasi proqramları ərsəyə gətirmək gücündə olduqlarını bildirdi.

Çıxışlarda radionun istedadlı qələm sahiblərinin bir neçəsinin adı da xüsusi olaraq qeyd edildi. Qeyri adi səs tembrinə malik Rəbiyyə Səyadinin müəlllifi olduğu “Söz dünyamız”, Musiqi proqramlarından Dilşad Tahirqızının hazırladı müxtəlif verilişlərin, Xəbərlər redaksiyasından Rövşən Ramazanlının imzası ilə təqdim edilən “Qum saatı”, yeni layihəsi olan “Kadrarxası” verilişlərinin maraqla dinlənildiyi qeyd olundu. Həmkarlarının rəğbətini qazanmış hər iki müəllifin, Dilşad və Rövşənin adı çəkiləndə zalda gurultulu alqış sədaları da səsləndi.

“Gəl Səhərim” proqramında aparıcı və rejissor, eyni zamanda canlı yayımlanan "Ekstra taym" idman verilişinin və s. müxtəlif məzmunlu layihələrin müəllifi olan İlkin Babayevin öz işini məharətlə görməsi, operativ çalışması, canlı dialoqlarda müsahibi ilə düzgün ünsiyyət yarada bilməsi, mövzunu asan və başadüşülən şəkildə təqdim etmək bacarığı rəhbərlik tərəfindən yüksək qiymətləndirildi.

Toplantıda sədr Rövşən Məmmədov qocaman ana radiomuzun yaşlı nəslin sevgisini qazandığı kimi gənclərin da maraqla dinləməsi üçün yeni layihələrin gərəkli olduğunu və bundan sonra sözə, sənətə geniş meydan açıldığını dəfələrlə vurğuladı. “Azərbaycan milli radiosu əvvəlki ənənəsinə sadiq qalaraq mili-mənəvi dəyərlərinin qorunması və gələcəyə ötürülməsi üçün həmişə örmək olmalı, dilimizin saflaşması yolunda apadığı mübarizəni daha əzmkarlıqla davam etdirməli, eyni zamanda ustadlardan öyrəndiklərini əxz edəcək gəncliyə sahib olmalı, sözü, nəfəsi ilə gəncləşməli, yeni ideya, fikir, təfəkkür sahiblərinin söz yarışmasına, sənət meydanına çevrilməlidir... R.M.)”.

Ən böyük istək və tələb isə işə məsuliyyətlə yanaşmaq, davamiyyətin gücləndiriməsi, aylıq, illik hesabatların aparılmasında, fəaliyyətin təhlil olunmasında yeni quraşdırılacaq turniketlərin önəm daşıdığı bildirildi.

Efir materiallarının sənətkarlıq baxımından yüksək səviyyədə hazırlanması və milli radioda səs effektlərdən düzgün istifadə edilməsi ilə bağlı da xüsusi göstərişlər verildi. Efirə həssas münasibət, söz, səs və musiqinin düzgün vəhdəti, səs rejissorlarının məsələyə daha ciddi yanaşması, yaradıcılıq imkanlarının genişləndirilməsi ilə bağlı tələblər qoyuldu. Bu məqamda onun da xatırladım ki, yeni rəhbər, “Lider jurnalist” kitabının müəllifidir. Bu sahədə tədqiqatçı alim kimi teleradio jurnalistikasının nəzəriyyəsinə yaxından bələd olduğundan efirdəki nöqsanları daha tez görür. Onun radio efirində gedən verilişlərdən misal çəkdiyi bəzi iradlar təbii ki, yaradıcı heyəti ciddi düşündürəcək. Hazır verilişlərin əvvəlcədən texniki səviyəsinin yoxlanılması haqqında isə bu sahəyə nəzarət edən mütəxəssis İbrahim Səfərov danışdı.

Maraqlı məqamlardan biri də o idi ki, iclasda bir nəfər olsun belə sosial məsələ səsləndirmədi. Radio əməkdaşlarının maaşının az olmasına baxmayaraq bu barədə söhbət getmədi. Halbuki sədrin səmimiyyətindən istifadə edib, şəxsi problemləri qabartmaq mümkün idi. Lakin radionun azman sənətkarlarının toplandığı bu iclasda əsas məsələ, sənətkarlıq və reytinqin daha da qaldırılması haqqında geniş fikir mübadiləsi, hər üç təbəqənin, gənc, orta və yaşlı nəslin iştirak etdiyi, sanki Aztv-nin yeni verilişi olan “Nəsillərin debatı” idi.

Nəhayət görüşdən belə nəticə hasil oldu ki, Azərbaycan radiosunda qələmi iti, mənalı sözü, düzgün tələffüzü, geniş nəfəsi, ən əsası sərbəst efir təcrübəsi olan və səmimi ünsiyyət qura bilən yaradıcı heyət üçün böyük meydan açılır.Kimin isə geniş auditoriyaya deməyə sözü yoxdursa bu aləmdən gedəcəyi şəksizdir.

Teleradiomuzun inkişafı dövlətimizin də diqqət mərkəzindədir. Hər il verilişlərin səviyyəsinin yüksəldilməsi və işçilərin maddi rifahının yaxşılaşdırılması üçün büdcədən xeyli vəsait ayrılır. Kollektivin üzərinə düşən vəzifə isə öz işinə məsuliyyətlə yanaşmaqdır. Qocaman radiomuzun illərlə yığılıb qalan problemləri həll olunmaq üzrədirsə, bu gün rəhbərliyin diqqət və qayğısını görürsə, yazıb-yaratmaq üçün lazımı şərait yaradılırsa demək qarşıda dinləyicilərimizi bir-birindən maraqlı verilişlər, Azərbaycan Milli Radiosunun “Qızıl dövr”ü gözləyir. Ümidlərimiz doğrularsa, gözləntilər reallaşanda Allah ömür verərsə, həmin tarixi mərhələni bir tədqiqatçı alim kimi qələmə almaq istəyi ilə mövzuya yenidən qayıdacam.

Şəlalə Məhyəddinqızı

Azərbaycan Milli Radiosu




Baxış sayı: 2 719
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930