FACT-INFO.AZ » CƏMİYYƏT » Pakistan mətbuatı Azərbaycandan yazdı
20-08-2019, 21:55 | CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzularının məntiqi nəticəsi olaraq, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi, bununla da azadlıq mübarizəsinin öz kulminasiya nöqtəsinə çatdığı qeyd olunur.

Yazıda Cümhuriyyətin fəal xarici siyasət xətti yeridərək, xarici ölkələrlə ikitərəfli əlaqələr qurmaqla yanaşı, beynəlxalq səviyyədə tanınma istiqamətində də önəmli diplomatik fəaliyyət həyata keçirdiyi vurğulanır. Məqalədə 1991-ci ildə vətənpərvərlik, milli və mənəvi dəyərlər əsasında yenidən öz müstəqilliyini əldə edən Azərbaycan Respublikasının özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdiyi diqqətə çatdırılır. Bildirilir ki, 1993-cü ildə Prezident seçilən Heydər Əliyevin rəhbərliyi altında ölkədə siyasi və iqtisadi sabitlik bərqərar olub, həmçinin ictimai həyatın müxtəlif istiqamətlərində, eləcə də insan hüquqları və demokratiya sahəsində inkişaf mərhələsi başlayıb. Ulu Öndərin rəhbərliyi ilə xarici siyasət xətti qlobal və regional gerçəkliklərə uyğun yenidən qurulub, buna görə də indi Azərbaycan bütün beynəlxalq platformalarda öz mövqeyini qətiyyətlə müdafiə edir. Heydər Əliyevin həyata keçirdiyi səmərəli iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının durumu nəzərəçarpacaq dərəcədə dirçəlib.

Məqalədə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi, iqtisadi və sosial islahatların davam etdirilərək genişləndiyi, onun rəhbərliyi altında mühüm uğurlara imza atıldığı bildirilir. Yazıda Azərbaycanın geostrateji potensialına da toxunulur. Vurğulanır ki, Avropanın cənub-şərq sərhədlərində yerləşən Azərbaycan Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayır. Regionda ən böyük hava və dəniz limanı, habelə dəmiryolu xətti ilə Xəzər hövzəsi üçün logistik qovşağı olan Azərbaycan Transxəzər Şərq-Qərb Dəhlizi layihəsi vasitəsi ilə Çin və Avropanın 2 qlobal iqtisadi əlaqəsini təmin edir.

Məqalədə Azərbaycan dövlətinin həyata keçirdiyi yeni turizm və viza siyasəti barədə oxuculara məlumat verilir. Həmçinin Azərbaycanda İslam dəyərlərinin dirçəldilməsinə böyük əhəmiyyət verildiyi, minlərlə məscidin tikildiyi və ya bərpa edildiyi qeyd olunur.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunur. Bildirilir ki, münaqişə nəticəsində Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və 7 ətraf rayon ermənilər tərəfindən işğal olunub. BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində (822, 853, 874,884) Ermənistanın işğal etdiyi torpaqlardan geri çəkilməsi, məcburi köçkünlərin öz dogma evlərinə qayıtması tələb edilir. Buna baxmayaraq, Ermənistanın beynəlxalq hüququn tələblərinə məhəl qoymur və işğalçılıq siyasətini davam etdirir.

“Azərbaycan – Müsəlman Şərqində ilk parlamentli demokratiya” sərlövhəli məqalədə isə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 1919-cu il iyulun 9-da Azərbaycanın ilk Xarici İşlər Nazirliyinin rəsmi olaraq təsis olunması haqqında məlumat verilir. Yazıda müasir Azərbaycanın Cümhuriyyətin varisi kimi müstəqilliyini bərpa etdikdən sonra müəyyən çətinliklərdən, sınaqlardan şərəflə keçməsindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycan diplomatiyasının 100 illik yubileyindən bəhs olunur. (Azərtac)




Baxış sayı: 1 302
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30