FACT-INFO.AZ » CƏMİYYƏT » Yaponiyada Azərbaycanla bağlı kitab nəşr olunub
19-03-2019, 09:25 | CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr olunub

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafında xüsusi rol oynayan “Cross Border Club” (“Sərhədləri aşanlar klubu”) şirkətinin meneceri, WITV televiziyasının baş prodüseri Kazuyasu İşidadır.

Yeni kitabı barədə fikirlərini agentliyin Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən K.İşida bildirib ki, məqsəd son illər yapon gənclər arasında geniş yayılan “bunu bacarmıram” psixologiyasının aradan qaldırılması, bunun üçün dünyada sürətli irəliləyişə nail olan ölkələrin timsalında həmin xalqların əldə etdiyi nailiyyətlər barədə onları məlumatlandırmaqdır.

Belə ölkələr içərisində böyük sevgi ilə yanaşdığı Azərbaycanı və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) nümunə kimi götürən K.İşida həmin ölkələrdə həm də Yaponiyaya qarşı xüsusi hörmətin, marağın şahidi olduğunu qeyd edib. Məsələ burasındadır ki, yaşlı nəsildən fərqli olaraq, yapon gəncləri ölkədən kənara çox nadir hallarda çıxırlar.

Bu da onların dünyanı öyrənmək, digər ölkələrdə baş verən proseslər barədə məlumat almaq imkanlarını azaldır. Buna görə də mən yeni kitabımda gəzdiyim çoxsaylı ölkələr içərisində özünəməxsus xüsusiyyətləri ilə seçilən, yapon gənclərin nümunə götürə biləcəyi ölkələr barədə məlumatlar vermişəm. Eyni zamanda, Yaponiyanı sevən, bizə dost kimi yanaşan ölkələri gənclərimizə tanıtmağa çalışmışam. Fikrimcə, gənclərimiz məhz belə ölkələrlə əl-ələ verərək Yaponiyanı daha yaxşı gələcəyə apara bilərlər. Əlbəttə, dünyada Yaponiyanı sevən ölkələr çoxdur. Lakin düşünürəm ki, Azərbaycan onların içərisində xüsusi yer tutur. Məhz buna görə də kitabda Azərbaycan, qədim tarixə, zəngin mədəniyyətə malik bu ölkə haqqında məlumatlara xüsusi yer verməyə çalışmışam.

Kitabda Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı çətinliklərə də yer verildiyini qeyd edən K.İşida bildirib ki, burada ümummilli lider Heydər Əliyevin böyük çətinliklər hesabına ərsəyə gətirdiyi layihələrdən də danışıb. Azərbaycana məxsus karbohidrogen ehtiyatlarının dünyaya çıxarılmasında mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru xətlərinə geniş yer verib. Vurğulayıb ki, məhz bu layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadi xaosdan çıxaraq sürətli inkişaf yoluna qədəm qoyub.

Azərbaycan barədə ilk məlumatı Dubayda səfərdə olarkən yerli iş adamlarından aldığını xatırladan K.İşida bildirib ki, həmin vaxt dubaylı dostları ölkəmizdə böyük layihələrin başlandığını bildiriblər. Məhz onların tövsiyəsi ilə Bakıya yollanıb. Kitabda, eyni zamanda, BƏƏ-nin qazandığı uğurlara da yer verilib, bu ölkənin keçdiyi yola nəzər salınıb. Vurğulanıb ki, insan məqsədi uğrunda əzmlə çalışarsa, ona nail ola bilər. Bunu həmin ölkələrin timsalında yapon gənclərinə çatdırmağa çalışıb.

Kitabda Azərbaycanı BƏƏ ilə müqayisə edildiyini bildirən K.İşida qeyd edib ki, bu ölkələrin hər birinin özünəməxsus yolu var. Yaponiyada Bakını ikinci Dubay adlandırsalar da mən bununla razılaşmıram. Hesab edirəm ki, öz yolu ilə irəliləyən Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti və enerji ehtiyatları ilə BƏƏ-dən fərqlənir. Əgər BƏƏ Avropa ilə Afrika ölkələri arasında bir mərkəzdirsə, Azərbaycan Asiya ilə əlaqələrin qurulması üçün körpü rolunu oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən nəhəng layihələr bu ölkəni yalnız regionun deyil, bütün dünyanın diqqət mərkəzinə çevirib. Buna görə də biz ikitərəfli əlaqələri inkişaf etdirməyə çalışaraq, Bakıda “Japan Expo” sərgilərini böyük uğurla keçiririk. Düşünürəm ki, Yaponiya belə ölkələrlə əməkdaşlığa can atmalı və onlarla birlikdə irəliləməlidir.

Hazırda Yaponiyada Olimpiya Oyunlarına böyük hazırlıq işlərinin aparıldığına diqqət çəkən K.İşida bildirib ki, bu yarışların daha yaxşı təşkili üçün Azərbaycanın tolerantlıq, multikulturalizm sahəsindəki təcrübəsindən istifadə etmək lazımdır. Azərbaycan xalqına məxsus olan ürəyiaçıqlıq, qonaqpərvərlik kimi xüsusiyyətlər Yaponiyaya gətirilməlidir. Yaponiya Azərbaycan kimi daha açıq ölkə olmalıdır. K.İşida kitabda Azərbaycana qarşı onun qəlbində yaranan sevginin formalaşmasında xüsusi rol oynayan azərbaycanlılar barədə də yazıb və əməkdaşlığa görə onlara minnətdarlığını bildirib.

Qeyd edək ki, hazırda “Amazon” internet satışı şəbəkəsində yapon dilində daha çox satılan kitablar arasında “Dəyişmək üçün əla yol - bunu bacarmıram” kitabı ikinci yerdə gedir. Bunu nəzərə alaraq, müəllif nəşrin ümumi tirajını 30 minədək qaldırmaq barədə düşündüyünü bildirib.(Azərtac)




Baxış sayı: 1 298
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031