16-6-2025 4:38
FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Tarixi həqiqətlər və etiraflar: Lukaşenko nəyi demədi?
26-12-2018, 10:05 | TƏDQİQATLAR-ANALITIKA
Tarixi həqiqətlər və etiraflar: Lukaşenko nəyi demədi?

Bəzi KİV orqanları təntənəli surətdə "sensasion fikirlər" barədə yazdı. Doğrudan da, Aleksandr Lukaşenko adətən dövlət başçılarının ifadə etmədiyi tərzdə fikirlər söyləyib. Onlar həmin keyfiyyətdə gözlənilməz təsir bağışlayır. Lakin məsələlərin mahiyyətinə vardıqda, A.Lukaşenkonun sensasion deyil, səmimi danışdığına əmin oluruq. Hətta bəzi məqamlarda həqiqəti sona qədər etiraf etmir. Xüsusilə Ermənistanla bağlı mövzularda bir sıra prinsipial məqamların üstündən sükutla keçir. Məsələn, açıq demir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Dağlıq Qarabağın azad olunmasından deyil, ətrafındakı bir neçə rayonun ərazisindən ermənilərin çəkilməsindən bəhs edir. Bir yerdə isə vurğulayır ki, Serj Sarkisyana "bu beş rayon Dağlıq Qarabağ deyil ki, niyə qorxursan?" deyib. Yəni Dağlıq Qarabağı azad etməyə ehtiyac yoxdur? Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və o, erməni silahlı qüvvələrindən təmizlənməlidir. Bunlara baxmayaraq, A.Lukaşenko maraqlı fikirlər söyləyib və onların geosiyasi aspektdə təhlilinə ehtiyac görürük. İttifaq dövlətinin taleyi: Belarus Prezidentinin sualları

Belarus Prezidenti Aleksandr Lukaşenkonun rusiyalı jurnalistlərə verdiyi müsahibəni ekspertlər sensasiya kimi qiymətləndirib. Müsahibədə həqiqətən də adi görünməyən və çox açıq hesab edilməli olan fikirlər vardır. Ancaq onları sensasiyadan çox səmimiyyətin əlaməti hesab etmək olar. Belarusun dövlət başçısı jurnalistlərlə çox səmimi və açıq olub. Verilən suallara siyasətçi kimi yox, postsovet məkanında inteqrasiya və əməkdaşlığın tərəfdarı kimi cavab verməyə çalışıb. Bu səbəbdən də A.Lukaşenkonun ifadə etdiyi fikirlər böyük maraq doğurur. Onlara ümumi bir mövqedən baxdıqda, geosiyasi aspektdə də əhəmiyyətli məqamları görmək mümkündür (bax: Vstreça s predstavitelyami rossiyskoqo mediynoqo soobşestva / president.gov.by, 14 dekabr 2018). Belarus Prezidentini hər şeydən əvvəl Rusiya ilə olan müttəfiqlik münasibətləri narahat edir. Onun sözlərinə görə, bəzi rusiyalı məmurlar "müttəfiq dövlət" anlayışını düzgün dərk etmirlər. Hesab edirlər ki, Rusiya Belarus üçün böyük qardaş olmalıdır. Və Belarus daha zəif olduğundan çox məsələlərdə Rusiyaya güzəştə getməlidir.

Məsələn, vergi məsələsində bərabərhüquqlu olmaq rusiyalılara görə doğru deyil. A.Lukaşenkonun hesablamalarına görə, işlər hazırkı qaydada davam etsə, Belarus 2024-cü ilə qədər 10,8 milyard dollar pul itirəcək (bax: əvvəlki mənbəyə). Bu, Belarus üçün böyük rəqəmdir. Bu səbəbdən rusiyalı məmurlar dedikləri "vergi manevrləri"ndən imtina etməlidirlər. Ancaq reallıqda bunun əksini görürük. Hətta Rusiyada bəziləri Belarusu dağıdıb, əyalətlər formasında Rusiyaya qatmaq haqqında danışırlar. Məsələn, Vladimir Jirinovski belə bir fikir bildirib (bax: əvvəlki mənbəyə).

Belarusun dövlət başçısı bu cür yanaşmaları tam qəbuledilməz sayır. O, hesab edir ki, mənəvi və tarixi olaraq Rusiya və Belarus çox yaxın olsalar da, onlar ayrı-ayrı dövlətlər şəklində qalmalıdırlar. Belaruslar hansısa dövlətin tərkibinə keçməyə razı olmazlar. Lakin geosiyasi baxımdan əsas məsələ Rusiyanın bu fikrə düşməsindədir? Sovet təcrübəsi onlara dərs olmadımı? Bundan başqa, beynəlxalq arenada Rusiya diplomatları NATO və Aİ-ni antidemokratik addımlarda ittiham edirlər. Onlar deyirlər ki, bu strukturlardakı böyük dövlətlər digərləri üçün böyük qardaş olmağa çalışırlar. Guya KTMT və Aİİ-də vəziyyət belə deyil. Rusiyanın yaratdığı bu təşkilatlarda bərabərlik hökm sürür. A.Lukaşenkonun dedikləri isə bunun doğru olmadığını ortaya qoyur.

Rusiya hətta ən yaxın saydığı Belarusa belə böyük qardaş olmağa çalışırsa, onda başqaları haqqında nə danışmaq olar? A.Lukaşenkonun qaldırdığı məsələnin mahiyyəti məhz bundan ibarətdir. O, müsahibəsində tez-tez Belarusun suverenliyindən bəhs edir. A.Lukaşenko deyir: "Yadınızda saxlayın, bizim üçün müqəddəs olan suverenlikdir. Mən bu barədə artıq demişəm. Həm də mövcud olan nisbi müstəqillikdir. Mən hesab edirəm ki, mütləq mənada müstəqil dövlət yoxdur. Biz də o dərəcədə müstəqil deyilik, ancaq suverenik. Əgər, sizin Jirinovski sayağı bizi əyalətlərə bölüb Rusiyaya qatmaq istəyirlərsə, bu, heç vaxt olmayacaq. Əgər Rusiyada bu kateqoriyalarla düşünürlərsə, bu, ilk növbədə Rusiyaya ziyandır" (bax: əvvəlki mənbəyə). Bunlar Belarus Prezidentini narahat edən məsələlərdir. O, bəzilərinin Minski şantaj etməyə çalışdığını da gizlətməyib, "Belarusu diz çökdürməyə çalışmaq əbəsdir" deyir. Bu səbəbdən əgər real inteqrasiya barədə fikirləşirlərsə, Belarusa münasibət dəyişməlidir. "Yeraltı sular" və təbliğat: postsovet məkanının həqiqət anı

Aleksandr Lukaşenkonun bu fikirləri Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı haqqında müəyyən rəy formalaşdırır. Belə görünür ki, bu təşkilatlarda heç də hər şey nizamnamədə yazılan kimi deyil. Müəyyən dairələr "qabı öz qarşısına çəkməyə" çalışır. Bu da üzv dövlətlər arasında müəyyən narazılıq və fikir ayrılığı yaradır. Ermənistan kimi dövlət də həmin məqamdan öz maraqlarına uyğun istifadə etməyə cəhd göstərir. Rəsmi İrəvanın şıltaqlığı arxasında bunun dayandığını düşünürük.

Məsələn, A.Lukaşenko Ermənistan rəhbərləri ilə bir sıra məsələləri necə müzakirə etdiklərindən bəhs edib. Kütləvi informasiya vasitələrində onlar haqqında geniş məlumatlar verilib. Maraqlısı odur ki, Rusiya və Belarus dövlət başçılarının təklifini Ermənistan rəhbərliyi rədd edib. V.Putin və A.Lukaşenko isə regionda sülh olması üçün təklif veriblər. A.Lukaşenkonun sözlərinə görə, onlar Dağlıq Qarabağ ətrafındakı beş rayonun Azərbaycanın nəzarətinə qaytarılmasının lazım gəldiyini deyiblər. Erməni rəhbərliyi buna razı olmayıb. Hətta bunun qarşılığında Azərbaycanın Aİİ və KTMT-yə daxil olacağını da vəd ediblər. Bəs Ermənistan niyə imtina edib?

Əslində, hər kəs bilir ki, torpaqları ermənilər öz güclərinə zəbt etməyiblər. Onlara böyük yardım göstərilib. Bu səbəbdən də məsələni tək ermənilər həll etmirlər. Münaqişə bu qədər də bəsit deyil. Əgər situasiya A.Lukaşenkonun təqdim etməyə çalışdığı kimi olsaydı, onda Azərbaycan çoxdan torpaqlarını təcavüzkardan təmizləmişdi. Başqa cür də deyə bilərik: əgər vəziyyət Belarus Prezidentinin dediyi kimidirsə, onda niyə 2016-cı ilin aprel döyüşlərində Moskva əməliyyatları dayandırmaqla bağlı Azərbaycana təzyiq göstərdi? İstədikləri beş rayonun azad olunması deyildimi? Azərbaycana heç olmasa bir neçə rayonu tam azad etməyə imkan verəydilər! Bunu etmədilər, əksinə, qəzəblə hərbi əməliyyatları dayandırmağı tələb etdilər. Onda bəs A.Lukaşenko bu fikirləri niyə deyir? Təbii ki, bunu onun özündən soruşmaq gərəkdir. Münaqişə ilə bağlı isə hələ də gec deyil. Belarus Prezidenti kənar qüvvələrin işə qarışmayacağı ilə bağlı razılığını alsın, Azərbaycan əsgəri özü torpaqlarını azad etməyə qadirdir! Ancaq məhz bunun baş verməsini bir sıra dairələr istəmir və onları A.Lukaşenko da yaxşı tanımamış deyil.

Bütün hallarda Belarus Prezidenti alqışlanmalıdır. Səmimiliyinə və ədalətliliyinə görə. Onun dedikləri bir daha göstərir ki, "münaqişənin açarı Kremldədir" deyənlər ya qərəzlidirlər, ya da yanılırlar. Bu yolu tutanlar daim ermənilərin şıltaqlığı və rusların "nə edək" deyib, çiyinlərini çəkmələri ilə rastlaşacaqlar. Bir halda ki, Belarusla Rusiya ittifaq dövləti modelini dəqiqləşdirə bilmirlər, hansı reallıqdan söhbət gedir? Onlar heç vaxt Ermənistanı qoşunlarını çəkməyə məcbur etməyəcəklər. Bu mənada Azərbaycanın ərazi bütövlüyünü nə NATO, nə Aİ, nə Aİİ, nə də KTMT təmin etməyəcək. Bu işi ancaq Azərbaycan Ordusu görə bilər! Azərbaycan Prezidentinin komandanlığı ilə görəcək də!

Belarus Prezidentinin Rusiya KİV-lərinin nümayəndələri ilə keçirdiyi görüşdə ifadə etdiyi fikirlər postsovet məkanında geosiyasi mənzərənin hələ qarışıq olduğunu göstərir. Bu məkanda olan dövlətlərin hamısı eyni mövqedə deyillər. Onlar arasında hətta strateji məsələlərdə belə fikir ayrılığı mövcuddur. Ermənistan isə separatçı, radikal və sürüşkən mövqedə qalmaqdadır. Bu ölkə üzvü olduğu təşkilatların belə prinsiplərinə əməl etmir. Qəribədir ki, həmin təşkilatlar İrəvandan işğal etdiyi ərazilərdən qəti surətdə çıxmağı tələb etmirlər. Çünki belə olduqda, bütövlükdə postsovet məkanı qeyri-müəyyənlik və risklərlə dolu vəziyyətdə qalmış olur. A.Lukaşenko isə Belarus üçün mövcud olan təhlükələrdən bəhs edir. Avropadan, cənubdan və hətta Rusiyadan olan risklərdən danışır. Lakin Ermənistanın təcavüzkarlığı üzündən meydana gələn təhdidləri tam həcmdə ifadə etmir. Bunun səbəbi nədir?

Real vəziyyəti ört-basdır etməklə təhlükəsizliklə bağlı heç bir məsələni həll etmək mümkün deyildir. Yəni artıq anlamaq lazımdır ki, ermənilərə havadarlıq etmək bu məkanın hər bir ölkəsi üçün təhlükələr yaradır. Məsələ yalnız Azərbaycanla bağlı deyil. Bu məkanda yerləşən hər bir dövlətin sərhədləri tam təminatla qorunmur. Həmin bəladan xilas olmaq üçün öncə bəzi dövlətlər köhnə imperiya ambisiyalarından əl çəkməlidirlər. Bu, baş verməsə, ixtilaflar onları da quyunun dibinə çəkəcək. Tarixi təcrübə bunu deyir. Newtimes.az




Baxış sayı: 1 551
Ərdoğan Suriyanın regional münaqişədən kənarda qalmasının vacib olduğunu deyib Dünən, 19:30 Tarixdə iz qoyan sənəd - Şuşa Bəyannaməsi Dünən, 16:00 Aydın Kərimov: Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub Dünən, 11:00 Azərbaycanda Milli Qurtuluş Günüdür Dünən, 10:30 Prezident İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib Dünən, 10:00 Qurtuluş məfkurəsi: müstəqilliyin dönməzliyini təmin edən Zəfər salnaməsi 14-06-2025, 11:30 İsrail Tehranda ZRK infrastrukturunun məhv edildiyini açıqlayıb 14-06-2025, 11:00 İran XİN: ABŞ ilə nüvə dosyesi üzrə danışıqlar mənasızlaşıb 14-06-2025, 11:00 Levon Mnatsakanyan: Silahları Ermənistan silahlı qüvvələrindən onların tərkib hissəsi kimi alırdıq – MƏHKƏMƏ 14-06-2025, 08:00 Ürək çatışmazlığına çarə tapıldı 14-06-2025, 07:30 Şuşa Bəyannaməsi – dostluqdan strateji əməkdaşlığa gedən yol 13-06-2025, 16:00 İran İsrailin hücumuna görə BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib 13-06-2025, 14:30 TDT-nin mülki müdafiə mexanizminin təsis edilməsi haqqında saziş ratifikasiya edildi 13-06-2025, 12:00 Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət edib 13-06-2025, 12:00 Prezident İlham Əliyev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresinin iştirakçılarını təbrik edib 13-06-2025, 12:00 Xankəndində iclas keçirilib 13-06-2025, 09:00 Kazakh President meets with Speakers of Parliaments of TURKPA member states 12-06-2025, 17:00 На суде раскрыты новые факты, касающиеся мин, установленных на некогда оккупированных территориях Азербайджана 12-06-2025, 17:00 Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb 12-06-2025, 16:00 “Füzuli qəzəlləri Azərbaycan musiqisində” 12-06-2025, 11:30 Prezident: Azərbaycan və Rusiya xalqlarını sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək münasibətləri birləşdirir 12-06-2025, 11:30 TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib 12-06-2025, 11:30 Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub 12-06-2025, 11:00 Azərbaycan və Gürcüstan hərbi tibb mütəxəssisləri arasında görüş keçirilib 12-06-2025, 10:30 Azərbaycan dəniz ekosistemlərinin qorunması istiqamətində mühüm addımlar atır 12-06-2025, 08:00 TDT-nin Bakıda keçirilən tədbirində Orta Dəhlizin strateji rolu müzakirə edilib 12-06-2025, 07:30 Vətən müharibəsindəki Zəfərimizin 5 illiyinə həsr olunmuş “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib 11-06-2025, 20:30 На международном мероприятии в Будапеште представлена информация об истории вопроса Западного Азербайджана 11-06-2025, 15:00 New edition of IRS-Heritage magazine published in German 11-06-2025, 15:00 “İRS” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görmüşdür 11-06-2025, 15:00
Köşə yazarları
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30