FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev: Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır
30-11-2018, 10:50 | SİYASƏT
Prezident İlham Əliyev: Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır

Bir daha demək istəyirəm, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Əgər Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləməsə, biz müstəqil siyasət apara bilmərik. Bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər. Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 72-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2016-cı il fevralın 17-də Gəncə şəhərində “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanışlıq zamanı söylədiyi nitqindən götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 72-ci kitabındakı materiallar 2015-ci ilin dekabrından 2016-cı ilin fevralınadək olan dövrü əhatə edir. Həmin dövrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunduğu mühüm hadisələrdən biri Davos Forumu olub. Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfər edib. Kitaba Azərbaycan Prezidentinin Forum çərçivəsində bir sıra ölkələrin dövlət və hökumət başçıları, nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlərinə, Forumun “Yeni enerji tarazlığı” mövzusunda sessiyasında iştirakına dair materiallar, habelə Prezident İlham Əliyevin Forumun rəsmi saytında yerləşdirilmiş “Azərbaycan iqtisadiyyatının gələcəyi” adlı geniş məqaləsi daxil edilib.

Nəşrdə Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam Respublikasına rəsmi səfərləri, Böyük Britaniyaya səfəri, Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı keçirdiyi görüşlərə, habelə ölkəmizə rəsmi səfərə gələn Əfqanıstan İslam Respublikasının Prezidenti ilə görüşünə, imzalanan sənədlərə, mətbuata bəyanatlara dair materiallar toplanıb. Bu kitabda Azərbaycan Prezidentinin Türkiyə, ABŞ, Pakistan, Almaniya, Bolqarıstan, Yunanıstan və digər dövlətlərin, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT, NATO, Avropa İttifaqının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsini əks etdirən materiallarla, İran İslam Respublikasının Radio-Televiziya Şirkətinə müsahibəsinin mətni ilə də tanış olmaq mümkündür.

Çoxcildliyin 72-ci kitabında Prezident İlham Əliyevin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyi münasibətilə bu institutun əməkdaşlarına, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına, Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına, SSRİ Xalq artisti Murad Kajlayevin 85, Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyləri münasibətilə təbriklərinin mətnləri və digər məktubları da yer alıb.

Kitabda, həmçinin Prezident İlham Əliyevin 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda, Azərbaycan Gənclərinin I Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə söylədiyi nitqlərin mətnləri toplanıb.

Oxucu bu cilddə Prezident İlham Əliyevin Tovuz rayonuna, Gəncə şəhərinə səfərləri zamanı nəqliyyat, iqtisadi və sosial infrastruktur, habelə mədəniyyət obyektlərinin, Bakıda Gözdən əlillər üçün yeni yaşayış binasının, “Baytarlıq şəhərciyi”nin, Zirə Mədəniyyət Mərkəzinin və Eko-Parkın açılış mərasimlərində iştirakına dair materiallarla tanış ola bilər. Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də verilib. “Azərnəşr” tərəfindən buraxılan 72-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.




Baxış sayı: 1 398
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Dünən, 21:30 Zeytun Festivalı başlayıb Dünən, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Dünən, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Dünən, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Dünən, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Dünən, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Dünən, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Dünən, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Dünən, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Dünən, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031