FACT-INFO.AZ » SİYASƏT » Prezident: Azərbaycan gənci cəmiyyət həyatının bütün sahələrində fəallıq göstərir
17-11-2018, 07:25 | SİYASƏT
Prezident: Azərbaycan gənci cəmiyyət həyatının bütün sahələrində fəallıq göstərir

Təbrik məktubu Azərbaycan Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev tərəfindən oxunub. Məktubda deyilir: "Hörmətli forum iştirakçıları, əziz gənclər. Sizi, Azərbaycan Gənclərinin VIII Forumunun nümayəndələrini səmimi qəlbdən salamlayır və ali toplantınızın işinə uğurlar arzu edirəm. Gənclərin növbəti forumunun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz ildə “Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” şüarı altında keçirilməsi rəmzi məna daşıyır. İstər Xalq Cümhuriyyətinin mövcud olduğu, istərsə də ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə gənclərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verilib. Hazırda da gənclər siyasəti sosial siyasət kursumuzun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir".

Dövlət başçısı qeyd edib ki, 1996-cı ildən Azərbaycan gənclərinə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirilməsi təşəbbüsü gəncləri daha fəal, daha məsuliyyətli və daha yetkin görmək istəyən ulu öndər Heydər Əliyevə məxsusdur: "Ənənəvi olaraq keçirilən forum ulu öndərin tarixi qərarına əsaslanaraq gənclərin fikir mübadiləsi aparmaları, öz təklif və ideyalarını səsləndirmələri üçün platformanı təmin etməklə onların dövlət və cəmiyyətin həyatında fəal iştirakına şərait yaradır. İqtisadi və hərbi qüdrəti, siyasi nüfuzu regional və qlobal miqyasda davamlı olaraq artan respublikamızda ötən dövr ərzində gənclərin hərtərəfli inkişafını təmin edən və onların intellektual və innovativ yaradıcılıq potensialının reallaşmasına şərait yaradan ictimai təşəbbüsləri dəstəkləyən çoxsaylı tədbirlər həyata keçirilib".

Prezident bildirib ki, bu gün Azərbaycan gənci layiqli vətəndaş kimi cəmiyyət həyatının bütün sahələrində fəallıq göstərir, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artması, siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işinə əhəmiyyətli töhfə verir: "Gənclər ölkəmizi beynəlxalq arenada da layiqincə təmsil edir, ictimai diplomatiyanın genişlənməsində, xarici həmyaşıdları ilə əlaqələrin qurulmasında səylərini əsirgəmir, Azərbaycanın milli mənafeyini yüksək tuturlar. Gənclər siyasəti üzrə I Qlobal Forumun Azərbaycanda keçirilməsi, gənclər sahəsində Bakı öhdəliklərinin qəbul edilməsi ölkəmizin gənclər siyasəti sahəsində uğurunu, yeni yanaşmaların və standartların tətbiqini əks etdirir. Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda da həyata keçirilməkdə olan Azərbaycan Gənclərinin İnkişaf Strategiyası, “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclərin fərdi inkişafı və qərarların qəbulu prosesində iştirakının artırılması istiqamətində yeni imkanlar yaradır. Əminəm ki, forum dövlət gənclər siyasətinin daha səmərəli icrası ilə bağlı geniş və hərtərəfli müzakirələr, parlaq və innovativ ideyalar məkanına çevriləcək, gəncləri yeni uğurlara ruhlandıracaq. Bir daha sizə və VIII Forumun işinə uğurlar arzu edirəm".




Baxış sayı: 1 276
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Dünən, 21:30 Zeytun Festivalı başlayıb Dünən, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Dünən, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Dünən, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Dünən, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Dünən, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Dünən, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Dünən, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Dünən, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Dünən, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031