FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev: "ASAN xidmət” ölkəmiz üçün çox vacib olan sahəni inkişaf etdirir"
28-10-2018, 21:30 | SİYASƏT
Prezident İlham Əliyev: "ASAN xidmət” ölkəmiz üçün çox vacib olan sahəni inkişaf etdirir"

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışı zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

"Mən çox şadam ki, Şəki şəhərində belə gözəl Kompleks yaradılıb və işə başlayıbdır. Burada Şəki gəncləri üçün iş yerləri yaradılıbdır. Sizə 190 iş yeri təqdim edilir. Şadam ki, burada işləyənlərin mütləq əksəriyyəti gənclərdir, o cümlədən qızlardır. Eyni zamanda, mənə verilən məlumata görə, Kompleksdə 50 könüllü fəaliyyət göstərəcək. Beləliklə, vətəndaşlara 240 nəfər ən yüksək səviyyəli xidmət göstərəcək. Çünki “ASAN Həyat” kompleksləri, “ASAN xidmət” mərkəzləri, ümumiyyətlə, dünya miqyasında ən yüksək ictimai xidmət göstərən qurumlardan biridir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl BMT ictimai xidmətlər üzrə “ASAN xidmət”ə xüsusi mükafat təqdim etmişdir. Bildiyiniz kimi, bu təcrübə bir neçə ölkədə öyrənilir və “ASAN xidmət” üzrə bir neçə ölkə ilə müvafiq sənədlər imzalanıb. Bu, onu göstərir ki, bu xidmət indi dünya miqyasında böyük maraq doğurur. Bu, bizi çox sevindirir, çünki bu, bizim intellektual məhsulumuzdur. Mən dəfələrlə demişəm ki, “ASAN” Azərbaycanın milli brendidir. Biz öz intellektual məhsulumuzu vətəndaşlara təqdim edirik, eyni zamanda, dünyaya göstəririk ki, Azərbaycan bu sahədə də liderdir", - dövlət başçısı deyib.

Prezident İlham Əliyev vurğulayıb ki, “ASAN xidmət” mərkəzlərinin yaradılması ölkəmizdə ictimai xidmətlər sahəsində bir inqilab idi: "Çünki biz hamımız yaxşı bilirik ki, bu sahə ən çox narazılıq doğuran sahə idi. Bu gün Azərbaycanda fəaliyyət göstərən 15 mərkəzdə, - bu, 15-ci mərkəzdir, - ən yüksək xidmət göstərilir və bu mərkəzlərdə bürokratiya, rüşvətxorluq, korrupsiya, süründürməçilik sıfır səviyyəsindədir. Təsadüfi deyil ki, vətəndaşların “ASAN xidmət” fəaliyyətinə verdiyi qiymət də 100 faiz müsbətdir, bəyənmə əmsalı 100 faizə yaxındır. Bu mərkəzlərin yaradılmasında Azərbaycanın uğurlu siyasəti öz əksini tapır. “ASAN xidmət” mədəni xidmətdir, “ASAN xidmət” ən yüksək səviyyəli innovativ metodları vətəndaşlara təqdim edən mərkəzdir. Korrupsiya, rüşvətxorluqla bağlı apardığımız mübarizə “ASAN xidmət” mərkəzlərində tam bərqərar olub və bu, bütün dövlət qurumları üçün nümunədir, örnəkdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, Azərbaycanda bütün sahələrdə şəffaflıq, dürüstlük “ASAN xidmət” mərkəzlərinin səviyyəsinə qalxmalıdır və biz tədricən bu hədəfə də çatırıq".

“ASAN xidmət”də bizim gənclər siyasətimiz özünü göstərir, çünki “ASAN xidmət” mərkəzlərində işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Gənclər üçün iş yerləri yaradılır. Azərbaycanda könüllülər hərəkatı öz fəaliyyətinə “ASAN xidmət”də start vermişdir. Deyə bilərəm ki, “ASAN xidmət”ə qədər Azərbaycanda könüllülər hərəkatı demək olar mövcud deyildi. Bu sahədə ilk addımı məhz “ASAN xidmət” atmışdır və son illər ərzində ölkəmizdə keçirilmiş Avropa və İslam Oyunlarında minlərlə könüllü öz gözəl xidmətini göstərmişdir. Bu günə qədər bütün “ASAN xidmət” mərkəzlərində minlərlə könüllü təcrübə qazanıb, təlim keçib, vətəndaşlarla təmasda olub və artıq müstəqil həyata tam hazırdır. “ASAN xidmət” kadr hazırlığı baxımından da çox uğurlu təşəbbüsdür və bu xidmətlərdə bu sahədə də apardığımız işlər öz əksini tapır".

“ASAN” son vaxtlar öz fəaliyyət dairəsini genişləndirir. Mən dəfələrlə demişəm, o sahələr ki, bu gün vətəndaşlar tərəfindən bəyənilmir, narazılıq doğurur, o sahələrə “ASAN xidmət”in yanaşması mütləq gətirilməlidir. Təsadüfi deyil ki, mərkəzlərdə göstərilən xidmətlərin sayı da getdikcə artır. Bax, bu mərkəzdə 320 xidmət göstərilir. Biz birinci “ASAN xidmət” mərkəzlərində təqribən 100, ondan sonra 200 xidmətə çata bilmişik. İndi xidmətlərin sayı çoxalır və getdikcə çoxalacaq. “ASAN xidmət” ölkəmiz üçün çox vacib olan sahəni - özünüməşğulluq sahəsini inkişaf etdirir, “ABAD” mərkəzləri fəaliyyət göstərir. O cümlədən bu gün Şəki şəhərində “ABAD” mərkəzinin açılışı olacaqdır. Ailə-fermer təsərrüfatlarının səmərəli fəaliyyəti üçün “ASAN” mərkəzlərinin xüsusi rolu var. Yəni, bu mərkəzlər demək olar ki, ölkə qarşısında duran vəzifələrin bir çoxunu əhatə edir və nümunə göstərir, yol göstərir, yanaşma göstərir. Təsadüfi deyil ki, vətəndaşlar bu mərkəzləri çox bəyənirlər. Şəki “ASAN Həyat” kompleksində 2 kinoteatr fəaliyyət göstərir. Mən maraqlandım ki, Şəki şəhərində kinoteatr var? Mənə dedilər ki, yoxdur. İndi iki kinoteatr olacaq. Gənclərin, vətəndaşların asudə vaxtlarının səmərəli keçirilməsi üçün “ASAN” mərkəzləri xüsusi rol oynayır, nəinki Şəkidə, “ASAN xidmət”in mövcud olduğu bütün şəhərlərdə. Məhz buna görə mən qarşıya vəzifə qoymuşam ki, biz “ASAN xidmət” mərkəzlərinin sayını getdikcə artırmalıyıq. Bu mərkəz bir neçə rayonun - Şəki, Oğuz, Zaqatala, Qax, Balakən rayonlarının vətəndaşlarına xidmət göstərəcək. Gələcəkdə bu bölgədə yeni mərkəz yaradılacaq ki, vətəndaşlar üçün daha rahat olsun. Bir sözlə, biz “ASAN xidmət” mərkəzlərində öz uğurlu siyasətimizi görürük", - dövlət başçısı qeyd edib. •




Baxış sayı: 1 354
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Dünən, 21:30 Zeytun Festivalı başlayıb Dünən, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Dünən, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Dünən, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Dünən, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Dünən, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Dünən, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Dünən, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Dünən, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Dünən, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031