FACT-INFO.AZ » İQTİSADİYYAT » “Financial Times”: Xəzəryanı dövlətlər bu dənizlə bağlı problemlərə son qoymağa hazırdırlar
10-08-2018, 10:25 | İQTİSADİYYAT
“Financial Times”: Xəzəryanı dövlətlər bu dənizlə bağlı problemlərə son qoymağa hazırdırlar

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın Aktau şəhərində keçiriləcək beşinci zirvə toplantısı ilə bağlı “Xəzəryanı dövlətlər bu dənizlə bağlı problemlərə son qoymağa hazırdırlar” sərlövhəli məqalə dərc edib. AZƏRTAC məqalənin xülasəsini təqdim edir. Məqalədə deyilir ki, Xəzərin ətrafında yerləşən beş dövlət 26 ildir bu dənizlə bağlı problemin həllində vahid mövqeyə gələ bilmirlər. Ancaq yaxın günlərdə problemin həlli ilə bağlı irəliləyişin əldə olunacağına imkan yaranıb.

Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin karbohidrogen yataqları ilə zəngin olduğu vurğulanan məqalədə deyilir ki, bir vaxtlar bu dəniz Sovet İttifaqı ilə İran arasında bölünmüşdü. Ancaq 1992-ci ildə SSRİ-nin dağılması Xəzər dənizi sahillərində - Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistan olmaqla dörd varisi üzə çıxardı və dənizin statusunu uzun sürən diplomatik mübahisələrin qurbanına çevirdi. Artıq qeyri-müəyyənlik arxada qalıb. Belə ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində beş dövlətin prezidentlərinin dənizin hüquqi statusunu tənzimləyən Konvensiyanı imzalayacaqları gözlənilir.

Məqalədə qeyd olunur ki, görünür, vaxtilə Türkmənistanın dənizin dibi ilə Azərbaycanadək 300 kilometr uzunluğunda qaz kəməri inşa etmək təşəbbüsünün qarşısını alan Moskva indi bu niyyətindən əl çəkib.

“Financial Times” yazır ki, Aktau sammitində qəbul olunacaq Konvensiyada dəniz sərhədlərinin delimitasiyası, dəniz dibinin bölünməsi, hərbi əməkdaşlıq və iqtisadi fəaliyyət - daşıma, ətraf mühitin mühafizəsi və dəniz elmi araşdırmaları kimi məsələlərin yer alması nəzərdə tutulur. Bu Konvensiya Azərbaycan da daxil olmaqla, digər Xəzəryanı ölkələrin karbohidrogen layihələri üçün maneələri aradan qaldıracaq. Yazıda Azərbaycanın reallaşdırdığı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP qaz boru kəmərinin səhmdarlarından biri olan İtaliyanın SNAM şirkətinin baş icraçı direktoru Marko Alveranın Aktau Konvensiyasını Xəzər dənizi üçün “çox maraqlı bir hadisə” adlandırdığı diqqətə çatdırılır. M.Alvera vurğulayıb ki, bu, Avropa və Azərbaycan üçün əla bir variantdır.




Baxış sayı: 1 758
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30