FACT-INFO.AZ » SİYASƏT » Ekspert: Rəsmi Brüssel Ermənistanın əsassız Qarabağ iddialarının Avropanın özü üçün də təhlükə mənbəyi olduğunu daha konkret göstərdi
16-07-2018, 09:10 | SİYASƏT
Ekspert: Rəsmi Brüssel Ermənistanın əsassız Qarabağ iddialarının Avropanın özü üçün də təhlükə mənbəyi olduğunu daha konkret göstərdi

Bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib. A.Quliyev qeyd edib ki, Avropa İttifaqı və NATO-nun son Zirvə toplantıları tək qəbul etdikləri tarixi qərarlarla əlamətdar deyil. Həm də Azərbaycanın və Ermənistanın Avroatlantikanın ümumi rifahına nə verdiyi və verə biləcəklərinin müqayisəsi baxımından önəmlidir: "NATO və Avropa İttifaqının daha bir imkanı oldu ki, Prezident İlham Əliyevin və Paşinyanın öz ölkələrinin inkişaf yolları və dünya prosesləri barədə necə düşündükləri ilə tanış olsun. Əminəm ki, hər iki beynəlxalq strukturunun rəhbərliyində bu gün Azərbaycan və Ermənistan barədə tam fərqli rəy var. Rəsmi Brüsselin bu ölkələrə və onların liderlərinə əks rəydə olmasının möhkəm əsasları var. Azərbaycan Prezidenti ilə Avropanın enerji təminatı, regionda böyük neft-qaz layihələrinin icrası, Əfqanıstanın bərpası, Çindən Londona ən səmərəli kommunikasiyalara nail olmaq yolları kimi qlobal məsələlər müzakirə edildiyi halda, bu gün tam təcrid edilmiş və özünü hamıya qarşı qoymuş miskin Ermənistanın Brüsselə hansı cəhətdən maraqlı ola biləcəyi, doğrusu, qeyri-müəyyəndir". Ekspert bildirib ki, Azərbaycan Prezidenti avropalı insanların enerji təminatının yaxşılaşmasına, Avropa biznesi üçün meydan açılmasına, avropalı turistlərin istirahəti üçün imkanlar yaradılmasına, qarşılıqlı təhlükəsizlik şəraitinin yaradılmasına və s. əhəmiyyətli təsir göstərə bilər və göstərir də: "Bəs Ermənistanın rəhbəri nə edə bilir? Bu gün Paşinyan çiynində daşıdığı təcavüzkarlıq mirası ilə avropalı liderlərin ovqatını korlayan ağır aura mənbəyindən başqa bir kimsə deyil. Brüssel rəsmiləri qlobal və regional xarakterli iqtisadi-siyasi məsələlər barədə Prezident İlham Əliyevdən faydalı fikirlər eşidəcəklərinə hər görüşdən qabaq əmin olduqları halda, Ermənistan rəhbərlərinin özgə torpaqlarını qəsb etməkdə yardım istəmək məntiqindən xoflanırlar. Məncə, bu sammitlərdən sonra Avropa İttifaqı və NATO-nun Azərbaycan və Ermənistana daha fərqli münasibətlərinin şahidi olacağıq. Rəsmi Brüssel Ermənistanın əsassız Qarabağ iddialarının Avropanın özü üçün də təhlükə mənbəyi olduğunu son Zirvə toplantılarının qərarları ilə daha konkret göstərdi. İlk dəfə sərhədlərin dəyişməzliyi prinsipini Zirvə sənədlərinə salmaqla Azərbaycana və Ermənistana münasibətdə yeni səhifə açdılar".




Baxış sayı: 1 508
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031