FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanın tarixi və mədəni irs abidələri erməni işğalçıları tərəfindən dağıdılır
30-06-2018, 10:35 | SİYASƏT
Azərbaycanın tarixi və mədəni irs abidələri erməni işğalçıları tərəfindən dağıdılır

Mədəni irs nümunələrini ayrı-ayrı xalqlar yaradır. Lakin həmin sərvətlər yalnız konkret xalqlara mənsub olmaqla qalmır, bəşəriləşir. Azərbaycanın Ağdam rayonunun Boyəhmədli kəndində 2 min yaşı olan heykəl var. Hələ 1970-ci illərdə həmin abidə araşdırılıb, kitablarda əksini tapıb. Azərbaycan xalqının ən qiymətli mədəni sərvətlərindən biri kimi qiymətləndirilən həmin abidə, eyni zamanda, bütün bəşəriyyətə aiddir. Çünki 2 min yaşı olan mədəni irs abidəsi hansı coğrafiyada yerləşməsindən asılı olmayaraq bəşəri irs abidəsi kimi qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov AŞPA-nın sessiyasında “Mədəni irsin məqsədli şəkildə dağıdılması və qeyri-qanuni dövriyyəsi” adlı məruzənin müzakirəsində söyləyib. Qeyd edib ki, həmin abidə və onun ətrafındakı digər qədim daş heykəllər bu gün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindədir. Bu ərazilər işğalçı tərəfindən dağıdılıb, mədəni irs nümunələri məhv və ya qəsb edilib.

“Azərbaycanın Ermənistan və ona havadarlıq edən dövlətlər tərəfindən zəbt edilmiş ərazilərində 22 muzey, 6 rəsm qalereyası var idi. Bu muzeylərdə qədim və orta əsrlərə aid minlərlə qiymətli sənət nümunəsi qorunurdu. Onların bəziləri müharibə atəşləri ilə dağıdılaraq məhv edilib, böyük əksəriyyəti isə oğurlanıb və ya erməniləşdirilib. Son 26 il ərzində erməni işğalı altında olan Şuşa şəhəri Azərbaycanın əsas klassik mədəniyyət mərkəzlərindən biri idi. Şuşaya abidə, muzey şəhəri deyilirdi. Təkcə bu şəhərdə Azərbaycanın 9 nadir muzeyi vardı. Lakin həmin muzeylərdən əlavə ayrı-ayrı insanların mənzillərində xalq sənətinin gözəl nümunələri olan minlərlə Azərbaycan xalçası vardı. Həmin xalçalar oğurlandı, dünya bazarlarına çıxarıldı, ən yaxşı halda isə hansısa xarici muzeylərdə erməni xalçası kimi qeydiyyata salındı. İşğalçı dövlətin mədəni irsə münasibətdəki ən qəbuledilməz fəaliyyətlərindən biri də dini abidələr və məzarlıqlarla bağlıdır”, - deyə R.Hüseynov diqqətə çatdırıb.

Deputat bildirib ki, işğalçı dövlət tərəfindən 403 tarixi dini abidə, 67 məscid, 144 məbəd, 192 ziyarətgah dağıdılıb, yüzlərlə qəbiristanlıq yerlə-yeksan edilib, hətta qəbir daşları belə oğurlanıb. Mədəni irsə münasibətdə işğalçı Ermənistanın uzun illərdən bəri apardığı dağıdıcılıq, qəsb və həmin sərvətləri qeyri-qanuni ticarətə yönəltmək xəttindən başqa bir təhlükəli əməli olduğunu bildirib. “Mədəni irslə bağlı sistemli saxtalaşdırma siyasəti! Bu, ilk növbədə, qədim tarix göstəricisi olan abidələrə yönəlib. Həm də bu gedişatda ermənilər yalnız sırf Azərbaycan abidələrini deyil, tarixən Azərbaycan ərazisində yaşamış digər xalqların da abidələrini, hətta qəbirlərini özününküləşdirməyə çalışıblar. Məqsəd guya bu torpaqlarda çoxdan yaşadıqlarını sübut etmək üçün mənbələr yaratmaqdan ibarətdir. Həm də bunu ermənilər yalnız işğal dövründə deyil, elə ardıcıl şəkildə həmişə davam etdiriblər. Məsələn, Azərbaycanın Gəncə şəhərinin yaxınlığında XIX əsrdən etibarən alman icmasının kompakt yaşadığı Yelenendorf şəhəri var idi. Həmin ərazidəki kəndlərdə almanlarla yanaşı, azərbaycanlılar, ermənilər də yaşayırdı. İndi Göygöl adlanan o şəhərin müxtəlif kəndlərində xeyli tarixi qəbiristanlıqlar var. Oraya köçüb gəlmiş ermənilər, sən demə, xəlvəti olaraq bu ərazilərdəki alman məzarlarını erməniləşdirməklə məşğul olurmuşlar”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Qeyd edib ki, 1980-ci illərin sonlarında Ermənistandan 300 mindən artıq azərbaycanlı deportasiya edildikdən sonra Göygöl rayonundakı erməni ailələri də Azərbaycandan getmək zəruriyyəti ilə üzləşib. Onları ifşa edən əcaib faktlar ortaya çıxıb. Tam erməniləşdirməyə imkan tapdıqları alman qəbirləri çox idi. Bir sıra alman qəbirləri də vardı ki, məzar daşının bir tərəfində almanca yazılar pozularaq erməni mətni ilə əvəz edilib. Lakin daşların digər üzündə hələ dəyişdirilməyə imkan tapılmamış köhnə alman səliqəsi ilə yazılmış mətnlər qalır. Yalan, saxtakarlıq, oğurluq, dağıdıcılıq dünyanın hər yerində qəbuledilməzdir. Amma bu arzuolunmaz əməllər mədəni irsə tətbiq ediləndə ikiqat, üçqat dözülməzdir. Ona görə də biz hamımız mədəni irsə qarşı belə hallarla mübarizəni müştərək və daha qətiyyətlə aparmalıyıq.




Baxış sayı: 1 610
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031