FACT-INFO.AZ » SİYASƏT » Rafael Hüseynov: Avropanın enerji təhlükəsizliyinə töhfələr verən Azərbaycana münasibətdə bu qitə daha diqqətli olmalıdır
27-06-2018, 08:35 | SİYASƏT
Rafael Hüseynov: Avropanın enerji təhlükəsizliyinə töhfələr verən Azərbaycana münasibətdə bu qitə daha diqqətli olmalıdır

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, yay sessiyası çərçivəsində keçirilən sərbəst müzakirələrdə erməni nümayəndə heyətinin bir neçə üzvü də çıxış edərək, Azərbaycan haqqında yalanları səsləndirməyə başlayıb. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov həmin yalanları qətiyyətlə rədd edərək deyib: “Məndən qabaq Ermənistan nümayəndə heyətindən olan deputatlar, az öncə erməni xalqının devirdiyi Sarkisyan rejiminin və komandasının üzvləri həmişəki kimi Azərbaycan əleyhinə böhtan və saxtakarlıqla dolu, nifrət yağan çıxışlar etdilər. Mən həmin həqiqətdən uzaq iftiraları qətiyyətlə rədd edirəm. İnanmaq istəyirəm ki, onların yerinə gələcək yeni Ermənistan deputatları ilə biz burada daha konstruktiv dialoq aparmaq imkanına malik olacağıq”.

R.Hüseynov Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm yeri barədə danışaraq bildirib: “Bakının mərkəzində bir abidə ucalır. Abidə anlayışı ilk növbədə mədəniyyət faktı deməkdir. Lakin haqqında söz açmaq istədiyim abidənin mədəniyyətdən daha əvvəl tarixi, iqtisadi, siyasi mənası var. Dünyada sənaye üsulu ilə neft ilk dəfə 1846-cı ildə Azərbaycanda, Bakıda hasil edilib. Həmin abidə də bu dünya əhəmiyyətli hadisənin şərəfinə yaradılıb. Azərbaycan bir neft, qaz ölkəsidir. Neft və qaz isə həmişə birbaşa olaraq siyasətin maraq dairəsində qərar tutub. Keçmişdə belə olub, indi də belədir.

Mayın 29-da Bakıda təməli 4 il əvvəl qoyulmuş Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilirdi. Bu mühüm iqtisadi layihənin həm də son dərəcə ciddi siyasi yükü var. Çünki bu layihə yalnız Avropanın gələcək enerji təhlükəsizliyi üçün deyil, həm də milli təhlükəsizliyindən ötrü xüsusi əhəmiyyət kəsb edir”. Cənub Qaz Dəhlizinin Avropanın iqtisadi həyatında vacib rol oynayacağını vurğulayan azərbaycanlı deputat bu layihəyə dünyanın ən böyük dövlətlərinin də dəstək göstərməsindən söz açıb: “Azərbaycanın aparıcı fiqur olduğu Cənub Qaz Dəhlizi Avropanı həm qazla təmin edəcək, həm də müəyyən qüvvələrin qaz amilindən Avropa ölkələrinə qarşı siyasi təzyiq kimi istifadə imkanlarını aradan götürəcək. Azərbaycan qazı 3500 kilometr uzunluğunda olan boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya ərazisinə, 2020-ci ildən başlayaraq digər Avropa ölkələrinə nəql olunacaq.

Bu nəhəng layihənin gerçəkləşməsinə illərdir ki, ABŞ, Böyük Britaniya, Avropa İttifaqı daimi ciddi siyasi dəstəyini və digər köməkliyini göstərir. Çünki onlar bu layihənin ən əvvəl ağır siyasi çəkisi olduğunu anlayırlar. Cənub Qaz Dəhlizi Azərbaycanın Avropaya iqtisadi və siyasi dayaq, etibarlı tərəfdaş olan ölkə kimi önəmini xeyli artırır. Eyni zamanda, Cənub Qaz Dəhlizi iqtisadi maraq və gücləri birləşdirən amil kimi də çıxış edir. Çünki gələcəkdə bu kəmərlə Azərbaycan qazı ilə yanaşı, Orta Asiya, İsrail, İran qazının da ötürülməsi nəzərdə tutulur. Avropanın qaz şantajı vasitəsilə törədilən siyasi təhdidlərdən qurtulmasına mötəbər əsas yaradan Cənub Qaz Dəhlizinə Azərbaycan da öz milli təhlükəsizliyi üçün əlavə vasitə kimi baxır. Çünki belə faydalanmalar həmişə qarşılıqlı olur və olmalıdır”.

Rafael Hüseynov Azərbaycanla sıx tellərlə bağlanan Avropanın gələcəkdə ölkəmizə münasibətdə ən azı bu səbəbdən daha həssas münasibət bəsləməsinin zəruriliyini diqqətə çatdırıb. “Mən səni qoruyuram, sənə arxayamsa, sən də məni qorumalı, mənə arxa durmalısan. Çünki bir-birimizə bağlıyıq, bir-birimizə gərəyik. Bu kontekstdə müəyyən görünməz qüvvələrin əli Azərbaycana qarşı bəzi Avropa qurumlarındakı süni təzyiqlər narahatlıq doğurur və anlaşılmazdır. Beləliklə, Cənub Qaz Dəhlizi Avropa üçün həm enerji, həm də milli təhlükəsizlik baxmından böyük imkanlar açır. Artıq fəaliyyətə başlamış Cənub Qaz Dəhlizi Avropadan da ən azı elə bu səbəblərdən Azərbaycana münasibətdə daha korrekt və aydın, daha ölçülü-biçili və düşünülmüş, daha ədalətli və obyektiv – əsl tərəfdaşlara layiq mövqe ortaya qoymağı tələb edir”, - deyə R.Hüseynov vurğulayıb.




Baxış sayı: 1 523
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031